(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “1 xal qazandıq, 2 xal itirdik”

Qurban Qurbanov: “1 xal qazandıq, 2 xal itirdik”

“Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: "Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var".

"Qarabağ" bu nəticədən sonra "Neftçi" ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: "Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".

Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: "Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim".

Qurbanov hazırda "Sabah"ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası "Qarabağ"a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: "İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır". (Sportnet)


 
tarix: 23-02-2019 19:16


 
Xəbər lenti
18.07.2019

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az