(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Cavid İmamverdiyev: “Azarkeşlərə nəsə demək olmaz”

Cavid İmamverdiyev: “Azarkeşlərə nəsə demək olmaz”

“Sabah”ın kapitanı Cavid İmamverdiyev futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, öncə qarşılaşma ilə bağlı danışıb.

- Kimə qarşı oynadığımızı bilirdik. Böyük klubun qarşısına çıxmışdıq. “Qarabağ” Avropada və Azərbaycanda layiqli çıxış edən klubdur. Bu komanda ilə oyuna futbolçunu kökləmək üçün əlavə nəsə deməyə ehtiyac yoxdur. Belə kluba qarşı oynamaq hər futbolçu üçün stimuldur. Fikrimcə, komandamız mübarizə apardı və bunun nəticəsində xal qazandıq. Geridə olsaq da, qol vurduq. “Qarabağ”la oyunda mübarizəni sona kimi davam etdirdik.

- Komanda üzvləri aqressiv görünürdü. Hakim də tez-tez əlini cibinə atmalı oldu.
- Bunun səbəbləri çoxdur. Neçə tur idi ki, qələbə qazanmırdıq. Bizə özümüzə gəlmək lazım idi. Yaxşı nəticə gələcək oyunlar üçün stimul ola bilər. Digər tərəfdən də “Qarabağ” kimi komandaya qarşı hər kəs özünü göstərmək istəyir. Hər kəs ən yaxşı oyunlarından birini keçirmək üçün oyuna çıxır. Aqressiv oynamasan, fikrimcə, “Qarabağ” nəinki bizi, bütün komandaları rahat şəkildə uda bilər. Ona görə də belə komandalara qarşı aqressiv oynamaq lazımdır.

- Hakimlik barədə fikirlərinz necədir?
- Mən hakimlərin işi barədə indiyə qədər danışmamışam. İndi də fikir bildirmək istəmirəm. Onların öz rəhbərləri var. Bizim işimiz onların qərarlarını qəbul etməkdir.

- “Qarabağ”a qarşı oynadığınız oyunu digər komandalarla matçda sərgiləyə bilmərsiniz? “Sabah” bunu bacara bilər?
- Olar, əlbəttə. “Qarabağ”a qarşı köklənmək üçün məşqçinin və digərlərinin sözünə ehtiyac qalmır. Çünki böyük kluba qarşı oynayırsan. Ona görə də bəzən başqa komandalarla oyunda istənilən kimi köklənmək alınmır. Ancaq “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı böyük həvəslə oynayırsan, özünü göstərmək istəyirsən.

- İkinci hissədə “Qarabağ” azarkeşləri Rəşad Eyubovu söyürdülər. Buna səbəb görəsən, nə idi?
- Sözün düzü, mən söyüş eşitməmişəm. Azarkeşlərə axı sən nə deyə bilərsən ki? Sən futbolçusan və oyununu oynayırsan. Rəşad yaxşı futbolçu olmaqla yanaşı, mərifətli, qanacaqlı oğlandır. İnanıram ki, o, bu şeylərə fikir verməz. Azarkeşlərə nəsə demək olmaz. Onlar da istəyir ki, komandaları udsun. Bizim də fanatlar bu hərəkəti “Qarabağ”ın oyunçularına qarşı edə bilər. Nə etmək olar axı?

-  Çempionluq uğrunda hansı komandanı şanslı görürsən: “Qarabağ”ı, yoxsa “Neftçi”ni?
-  Hər ikisi sona qədər rahat oynayacaq. İki komanda arasında güclü rəqabət olacaq. Ötən illərə baxanda “Neftçi” “Qarabağ”a müqavimət göstərəcək. Bu da Azərbaycan futbolu üçün sevindirici haldır. Hər dəfə düşünürdük ki, “Qarabağ”   çempion olacaq. “Neftçi” hələ də mübarizəni davam etdirir. Kim güclüdürsə, o da qalib olsun.


 
tarix: 24-02-2019 09:20


 
Xəbər lenti
23.05.2019

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az