(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Reynaldo: “İndi qol vurmaq daha çətindi”

Reynaldo: “İndi qol vurmaq daha çətindi”

"Qarabağ"ın hücumçusu Reynaldo Silva futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sabah"la heç-heçə etdikləri oyundan (1-1) sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Ümumi götürəndə çox maraqlı oyun oldu. İlk növbədə komanda yoldaşlarımı təbrik edirəm. Xüsusilə, birinci hissədə yaxşı oynadıq. Bəzi qol vəziyyətlərimiz oldu. Oyunun taleyini həll etmək öz əlimizdə idi. Təəssüf ki, alınmadı. Xal itkisinə baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqib komandanı da təbrik etmək istəyirəm. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, doğru yoldayıq. Qarşıdakı matçlarda daha yaxşı nəticələr olacaq.

- Uzun müddətdən sonra "Qarabağ" formasıyla qol vurdun. Təəssüratlarını bilmək maraqlı olardı...
- Təbii ki, sevincliyəm. Yenidən "Qarabağ"ın heyətində qol vurdum. Təəssüf ki, bu qol komandaya 3 xal gətirmədi. Həmin anda Rəşad da yanımdaydı. Ondan cərimə zərbəsini vurmağı xahiş etdim. Bildirdi ki, vura bilərsən. Çox sevinirəm.

- İkinci hissənin əvvəlində əvəzləndin. Bu, nə ilə bağlı idi?
- Əvvəlki oyunlarda uyğunlaşmaq bir az çətin idi. Start heyətində meydana çıxdığım üçün əvəzlənməyim normaldır. Bu gün 60-70 dəqiqə oynadım. Öz üzərimdə işləməyə davam edirəm. Ümid üdirəm ki, baş məşqçi gələn oyunlarda məni daha çox oynadacaq.

- 2.5 ildən sonra Azərbaycana qayıtdın. Çempionatın səviyyəsini necə görürsən?
- Komandalar bir az taktiki cəhətdən artırıblar. Daha qapalı futbol nümayiş etdirirlər. Qol vurmaq daha çətindir. Deməzdim, komandalar zəifdir. Artıq qapalı müdafəni yarmağın yolunu axtarmalıyıq. Çıxış yolu tapmalıyıq ki, daha asan olsun.

- Yəqin ki, bu tur "Neftçi"nin xal itirməsini gözləyəcəksiniz...
- Təbii ki, onların xal itirməyini istərdik. Amma bu, bizim üçün o qədər də önəmli deyil. Öz işimizə köklənməli, öz oyunumuz hqqda düşünməliyik. Əsas olan budur.


 
tarix: 24-02-2019 09:05


 
Xəbər lenti
25.05.2019

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az