(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah” “Qarabağ”ın qəniminə çevrilir

“Sabah” “Qarabağ”ın qəniminə çevrilir

“Neftçi”dən başqa yalnız “Sabah” “Qarabağ”dan minimum 2 oyunda xal alıb. Lider ümumiyyətlə, ağdamlılara uduzmayıbsa, debütant 2 heç-heçəylə qızıl medal uğrunda mübarizəyə təsir edib.
 
Amma bu gedişlə belə komandaların sayı çox olacaq. Çünki “Qarabağ”  çempion komandaya bənzəmir, qeyri-sabit oynayır. Müdafiədəki problemlər öz yerində, ağdamlıların qapıçı baxımından da bəxti gətirmir. Sanki bütün əlcək sahibləri ehtiyata düşmək üçün səhv növbəsinə durublar. Hücumda da işləri qaydasında getməyən Qurban Qurbanovun yetirmələri yalnız orta sahədə top hakimiyyətinə görə hələ də əzəmətli görünür.
 
“Qarabağ” mütləq oyununu dəyişməli, inkişaf etdirməlidi. İndi bütün rəqiblər çempiona qarşı necə oynamaq lazım olduğunu bilir. Yalnız oyunçu potensialına, bahalı futbolçuların fərdi keyfiyyətlərinə görə ağdamlılar zirvə yarışından qopmur.
 
“Sabah”a inadkar oyununa görə alqış düşür. Ara-sıra problemlər olsa da, debütant başlıca vəzifənin öhdəsindən gəlib, Premyer Liqada yerini qoruyacaq. Ən vacibi heyətin formalaşmasıdı və gələcəyin komandası, onun dəst-xətti yavaş-yavaş müəyyənləşir. Builki 4 oyunun 3-də matçı azlıqda başa vuran Elşad Əhmədovun yetirmələri dünən Erik Ramosu itirməsəydi, bəlkə qələbə qolunu da vurardı. Çünki qələbə üçün irəli atılan rəqibi əks-hücumda tutmaq üçün daha çox şans yaranacaqdı.
 
“Qarabağ” Bədavi Hüseynovla Vaqner Silvanın anlaşmazlığı üzündən top buraxdı. Amma irəlidə işlər yaxşı getməyincə belə səhvlər gözlənilən idi. Komanda sürüşkən 1:0-a çox bel bağlamamalıydı, neçənci dəfədi bunun əziyyətini çəkir. Hücumda aqressivlik olmayınca, rəqibin ara-sıra belə şansları olur Marko Deviş kimi təcrübəli futbolçunun basqısı oyunçuların belə fərdi səhviylə nəticələnir. Təəssüf ki, qol vurmaq baxımından ciddi problem var. Hətta Reynaldo da hesabı hansısa məntiqli hücumdan deyil, cərimə zərbəsindən sonra açdı. Ümumiyyətlə, komandanın qollarının böyük əksəriyyətini yarımmüdafiəçilər vurur və bu, Qurbanov üçün siqnal olmalıdı.
 
İndi “Neftçi” zirvədə rahat nəfəs almaq üçün bu gün qələbə qazanmalıdı. Bədavinin hədiyyəsindən imtina etmək sonda baha başa gələr.
 
FƏRİD

 
tarix: 24-02-2019 10:03


 
Xəbər lenti
10.12.2019

17:54   Millimizin üzvü cəzalı duruma düşdü

17:25   Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00   UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42   Paytaxt klubunda 2 itki

16:20   1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00   Süleymanov Xəlilzadəyə çatdı

15:41   Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24   Messi: 8 ildən sonra ilk dəfə

15:04   Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40   Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26   “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05   "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51   “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43   “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21   Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az