(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“CBC Sport” Elxan Məmmədova qarşı: “Niyə istefa vermirsiz?”

“CBC Sport” Elxan Məmmədova qarşı: “Niyə istefa vermirsiz?”

“CBC Sport”da efirə gedən "Təkbətək" verilişi ilk dəfə canlı yayımlanacaq. Və budəfəki qonaq AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.
 
Son vaxtlar mətbuatdan qaçan, jurnalistlər önünə çıxmaqdan yayınan katib, birbaşa siyasətini müəyyənləşdirdiyi kanalın efirində görünməklə görüntü yaratmaq istəyir. AFFA-nın Növbəti Hesabat Konfransı ərəfəsində suallara cavab verəcək Məmmədov bir sıra məsələlərə aydınlıq gətirməlidi.
 
Təbii ki, efirdə hər şey nizamlanacaq. Veriliş canlı olsa da, telekanalda ona ünvanlanan bütün suallar filtrdən keçiriləcək. Əks halda, AFFA rəsmisi yalnız istefadan danışmalı olar.
 
“CBC Sport”un feysbuk səhifəsində elanı gedən bu xəbərə yazılan şərhlərdən də görünür ki, Məmmədov futbol ictimaiyyətinin, azarkeşlərinin sevmədiyi tipdi. Doğrusu, bu xəbərin paylaşılması, müzakirəyə açıq saxlanması özü qəribədi. Sanki telekanal baş katibə qarşıdı.
 
Sosial şəbəkədəki paylaşımda 200-dən çox şərh var və onların əksəriyyəti eyni ruhludu.
 
* Onsuz nə sual versək də, fırladacaq. Bir dənə buna cavab versin: nə vaxt istefa verir?
* Elxan Məmmədov AFFA-nın baş katibi təyin olunanda Premyer Liqada 14 klub var idi (yarısı bölgə klubu), bu gün isə 8. Bu inkişafa necə nail oldu? Çox çətin olmadı ki? Cavabı maraqlıdır.
* Biz bölgələrdə futbol istəyirik, hər tur fərqli bir rayona getmək istəyirik, AFFA-da futbolu bilən adamların olmasını istəyirik. Ürəkdən sevib güvənə biləcəyimiz milli komanda istəyirik. Buna niyə mane olursuz?
* Bu mövsüm də keçən mövsüm kimi olacaq? Axırıncı yeri tutan düşməlidi, 1-ci divizionda lisenziyası olan qalxmalıdı. Yoxsa sistem yenə dəyişib?
* Nə vaxt regionlarda klublar yaradilacaq. Məsələn, Quba Xacmaza, Lənkəran Astaraya qarşı. Belə oyunlarda stadionlarda yer olmaz. Biz bir vətəndaş kimi boyuk futbola nə vaxt qovusacağıq. Bir planları varmi? Nə zaman Azərbaycan cempionatı izləyəcəyik?
* Nə vaxt istefa verəcək? Çünki o olmadan da futbolumuz ən azı bu səviyyədə olacaq, ona ehtiyac yoxdur.
* İstefa verəcəksiz? Yoxsa istefaya göndərək?
* Xaricdən hansısa tədbirə görə gətirilən futbolçuya verilən pulla Mingəçevir kimi böyuk şəhərin komandasının bəlkə də 5 illik xerclərini yola vermek olar. Aylıq 100-150 manata futbol oynayırlar. Region Liqasının 2-cisi olmuş komandaya 5000 manat pul verilir, bu da hec aylıq maaşı ödemir, qaldı yol xərcləri.
* Niyə tarixi klubları silirsiz, əgər qazancınız varsa, bir söz deyə bilmərəm, ama “CBC Sport” olanı çatdırın, “sabun” sözləri yox.
* Sizin Azərbaycan futboluna indiyə kimi nə xeyriniz dəyib, ziyandan başqa?
* Bu qədər biabırçılıqdan sonra nə vaxt istefa verəcək?
* Ölkə futbolunda ictimai rəy nəzərə alınır? Narazı kütlənin çoxluğundan xəbəri var? Nağıl danışacaq... İnkişaf yoxdu, a kişi, o nağılları da saxla özünə!
* Elxan məllimdən futbol ilə əlaqəsi olub-olmadığını soruşun.
* U-1 yigmasına serb, əsas milliyə xorvat baş məşqçi gətirildi və deyilir ki, bunlar əlaqəli işləməlidi. Tarix boyu onlar bir-biri ilə düşmən olub. Bu əlaqə necə olacaq? Məntiqlidi bu addım?
* Bölgə klublarını niyə bu günə qoymusuz? Bakının məhlə klubları Premyer Liqada oynayır, bölgə klubları yox.
* Nə vaxt istefa verdiyini açıqlayacaq? Sadəcə, tarix versin, kifayətdi, uzun-uzadı cavaba ehtiyac yoxdu.
* Nəyə görə milli komandanın oyunlarını Qəbələ, Lənkəran stadionlarında keçirmək barədə işlər görülmür?
* Əgər həqiqətən dürüstsüzsə, deyin, AFFA bütöv heyətlə nə vaxt istefa verib, bütün futbolsevərlərin üzünü güldürəcək?
* Heç utanmırlar FIFA reytinqində Keniya, Madaqaskar, Liviya, Namibiya kimi ölkələrlə mübarizə aparmaqdan? Bu biabırçılığa nə vaxt son verəcəklər?
* Elxan Məmmədov bölgələrə niyə nifrət edir? İstefa verməyi düsünürmü?
* Niyə Elxan müəllim gedib başqa işlə məşğul olmur?
* Elxan muəllim, siz və sizin kimi futboldan anlayışı olmayanlar nəvaxta qeder ölkə futbolunu uçuruma aparacaqsınız?
* Mübariz Mənsimovun yaxın zamanda feysbukda yazdığı "AFFA-da oğrular nə vaxt gedəcəksə, “Xəzər Lənkəran” o vaxt qayıdacaq" sözünə münasibəti...
* Azarkeşlərin uzun muddətdi gördüyünü siz görmürsünüzmü? Hiss eləmirsiz ki, getmək vaxtıdı?
* Hansı möcüzə baş verməlidi ki, onun gedişinə ümid edək?
* Futbolla neçə yaşınızdan maraqlanırsız yox, neçə yaşınızdan maraqlanmığı planlaşdırırsız?
* Niyə bugünə qoymusuz futbolu?
* Əgər futbolumuzun inkisafını istəyirsə, cıxıb, getsin, istefa versin.
* İstefa versəz, Azərbaycan futbolu qabağa gedecek. Bu yaxşılığı azarkeşlər üçün edərsiz?
* Elxan bəy, sizin fəaliyyətiniz rüsvayçılıqdır. Düzdü, sizdən əvvəl də ölkə futbolu yaxşı vəziyyətdə deyil idi, amma indi tələb çoxdur. Tələbləri qarşılamaq lazımdır. 8 komanda ilə çempionat olmaz.
* Qurban Qurbanov nəyə görə istefaya göndərildi?
* Nəyə görə xarici baş məşqçilərə lazımsız yerə bu qədər pullar ödənilir? Yəni AFFA-da bir dənə fikirləşə bilən yoxdurmu ki,bu oyunçularla heç bir baş məşqçi uğur qazana bilməz?
* Almaniyadakı futbol məktəbinə xerclenen pulların hesabatını verə bilərmi? Ordan yetişmiş neçə futbolçunun adını çəkə biler?
* Niyə Mingəçevir futbolunu məhv edirsiz?
* Azərbaycan futboluna baxanda utanırmı?
* Qüvvəyə minən qərarları kim minir?Məqsəd nədir?
* “Futbolumuz inkişaf edir” cümləsini faktlarla əsaslandırsın.
* Futbolmu daha onemlidi, yoxsa menecerliyi?
 
Sualların tam siyahısını yazmaq mümkün deyil. Həddindən artıq çoxdu və əksəri təkrarolunandı. Sualların demək olar, 85-90 faizi ya bölgə futboluna diqqətsiz yanaşma, ya da Məmmədovun istefa verməsi barədədi.

 
tarix: 24-02-2019 10:32


 
Xəbər lenti
10.12.2019

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az