(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Bordin: “Onun futbolçularıma irad bildirməyə haqqı yoxdu”

Bordin: “Onun futbolçularıma irad bildirməyə haqqı yoxdu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:

- Oyuna yaxşı başladıq. Qol vursaq da, sayılmadı. İki qol buraxdıqdan sonra geri dönüş etmək çətin oldu. Bizim üçün pis nəticədi. Oyuna diqtə edən tərəf biz idik. Qol buraxdıqdan sonra daha çox əziyyət çəkdik. Qol vurduqdan sonra da çox çalışdıq. Komandanın ümumi oyunundan razı qaldım. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdıq.

- "Qarabağ" da dünən xal itirmişdi, ola bilər ki, komanda qələb üçün həddindən artıq istəkli olur ki, bu da xal itkisinə səbəb olur?
- Deməzdim ki, bu itkilər çox istədiyimizə görə oldu. Sadəcə, istədiyimiz nəticəni əldə edə bilmədik. Oyunda 2 qol buraxacağımızı gözləmirdik. Buna görə də, çətin oldu.

- Ruslan Abışov niyə oynamadı?
- O, yavaş-yavaş sağalır. Amma hələ meydana çıxmağa hazır deyil.

- Tural Axundovun səhvini necə şərh edərdiz?
- Futbolda belə səhvlər normaldı. O, səhv etməsinə baxmayaraq, oyunda sona qədər çalışdı.

- Artıq iki oyundu komanda xal itirir və əsas rəqib "Qarabağ" sizə çatıb. Bu, hansısa psixoloji təzyiq yaradacaq?
- Deməzdim ki, xalların eyni olması hansısa təzyiq yaradacaq. Çempionat yenidən başlayır. Komanda əvvəldən sona qədər hər şeyi düzgün etdi.

- Rəqibdən bu cür oyun gözləyirdiz? Sizi nə ilə təəccübləndirə bildilər? 
- Qollardan birini biz hədiyyə etdik, birini isə standart vəziyyətdən vurdular. Başqa hansısa epizodla yadda qaldıqlarını düşünmürəm. Hər bir rəqibə hörmətlə yanaşırıq. Rəqib komandanın futbolçuları tez-tez vaxt qazanmaq üçün yerə yıxılırdılar. Bu məqamlara heç kim toxunmur.

- İki oyun ardıcıl xal itirdikdən sonra heyətdə hansısa dəyişiklik etmək fikrindəsiz? 
- Biz hər rəqibə eyni hazırlaşmırıq. Artıq növbəti oyun üçün hazırlığa başlayacağıq.

- Rəqib həmkarınız mübahisənizlə bağlı fikir bildirdi və əsas günahı sizdə gördü. Siz nə deyərdiz?
- Oyunun gedişində Baqali Daboya qarşı kobud oynadılar. Onun bir məşqçi kimi mənim futbolçularıma irad bildirməyə haqqı yoxdu. O da əl-qolla danışmağa başladı. Mən də ona “gözləyin, danışarıq” dedim. Amma o, gözləmədi. Nəsə problemi vardısa, gözləyərdi. (komanda.az)


 
tarix: 24-02-2019 18:53


 
Xəbər lenti
23.05.2019

11:24   “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az