(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rıbka azarkeşlərlə problemdən danışdı: “Mənə tüpürdülər”

Rıbka azarkeşlərlə problemdən danışdı: “Mənə tüpürdülər”

"Səbail"in qapıçısı Aleksandr Rıbka Topaz Premyer Liqasının 18-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
-  Liderə qalib gəldik və bundan hamımız razıyıq. Ağır oyun keçdi. Rəqib görüşün favoriti idi. Lakin favorit görüşdən qabaq olur. Hamı meydana çıxanda hesab 0:0 olur və şərtlər eynidir. Yaxşı müdafiə olunduq. Oyunumuzu əks-hücumlarda qurduq və qələbə qazandıq.
 
- Oyundan öncə qalib gələcəyinizi düşünürdünüz?
- Bayaq dediyim kimi, oyun 0:0-dan başlayır və hər şey ola bilər. Ukraynada kiçik komandada oynamışam və iki dəfə "Şaxtyor"u məğlub etmişdik. "Dinamo" ilə bir dəfə heç-heçə edib, qələbə qazanmışdıq. Kiçik komandalar inkişaf edir və daha yaxşı olacaq. Bu cür xallar bizim üçün çox dəyərlidir.
 
- Oyundan sora "Neftçi" azarkeşləri ilə problemin yaşandı. Nə baş vermişdi?
- Onlar mənə tüpürdülər, təhqir etdilər. Mənim heç bir problemim yoxdur.
 
- Deyəsən, onlara hesabı göstərdiniz...
- Xeyr. Belə şey etmədim.
 
-"Səbail" üçüncü pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksiniz?
- Bizim məqsədlərimiz var. Ancaq gəlin, xalları mövsümün sonunda hesablayaq. Hər oyuna ciddi hazırlaşırıq. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Növbəti tur "Sumqayıt"la qarşılaşacağıq. Bu oyunda da yaxşı nəticəni arzulayırıq. Mən turnir cədvəlinə çox baxmıram. Əsas odur ki, uduzmayaq.
 
- Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün çətin deyil?
- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Yəqin ki, bu, təcrübəmdən irəli gəlir. Yaxşı çempionatdır. Sözün düzünü deyim ki, buna kimi Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.
 
-Oyunlara az azarkeş gəlir. Bu, sizin üçün maraqsız deyil?
- Bu barədə nə deyəcəyimi bilmirəm. Əlbəttə, çox istəyərdik ki, stadionun heç olmasa, yarısı dolsun. Amma bizdən heç nə asılı deyil. Əgər insanlar futbolu sevirlərsə, gəlirlər.
 
- Çempionluq uğrunda "Neftçi" və "Qarabağ" mübarizə aparır. Hansı komandanı şanslı hesab edirsiniz?
- "Neftçi"də dostum Kirilo Petrov oynayır. "Neftçi"nin çempion olmasını istərdim.

 
tarix: 25-02-2019 09:00


 
Xəbər lenti
21.10.2019

01:28   Aftandil Hacıyev: “Xal itkisi limitini doldurmuşuq”

01:11   Marsel “Olimpik”indən inamlı, “Monako”dan çətin qələbə

00:58   “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

00:47   “İnter” qalib gəldi, “Milan” yenə xal itirdi

20.10.2019

23:44  Təbriz klubu evdə məğlub oldu

23:23  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

23:00  “Beşiktaş”ın yeni prezidenti bəlli oldu

22:47  Şeydayev ehtiyatda qaldı, “Dinamo”...

22:35  “Fənərbaxça” səfərdən 3 xalla döndü

22:17  Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

22:07  “Səbail”in ardıcıl üçüncü məğlubiyyəti - VİDEO

21:58  Meydan sahiblərinin günü

21:50  Lənkəranda kütləvi dava: azarkeşlər “Kəpəz”in futbolçusunu döydü

21:43  “Liverpul”u dayandıran tapıldı

21:24  “Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

20:53  “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

20:38  “Qarabağ”ın rəqibi səfərdə uduzdu

19:50  Zaur Həşimovlu “Zirə”nin siftəsi: 0:3 - VİDEO

19:27  Roberto Bordin: “Öz evimizin içinə baxmalıyıq”

19:15  “Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək”

18:25  İsrafilov üçün 90 dəqiqə və 3 xal

17:55  Millimiz Norveçə də böyük hesabla məğlub oldu

17:22  Emil Balayevli “Tobol” evdə uduzdu - VİDEO

17:06  “Sumqayıt”la oyuna 4 itki ilə

16:42  Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

16:20  Serhatın komandasından çətin qələbə

15:50  “Napoli”dən inamlı qələbə - VİDEO

15:33  Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15  Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04  “Yuventus”dan çətin qələbə - VİDEO

14:55  “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33  Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15  “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54  Xəlilzadə üçün təmkinli qərar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az