(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rahid Əmirquliyev: “0:4-ü unutmamışdıq”

Rahid Əmirquliyev: “0:4-ü unutmamışdıq”

"Çətin oyunun olacağını bilirdik. “Neftçi” liderliyə öz oyunu ilə layiq komandadır. Bizimlə matçda da demək olar ki, bizdən üstün çıxış etdilər. Amma futbolda belə hallar çox olur. Oyunun alınmasa da, sonda qalib gələ bilirsən. Bu gün də belə oyunlardan oldu" - bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
 
30 yaşlı yarımmüdafiəçi lider üzərində qələbəni rəqibin oyununu ciddi analiz etmələri və əks-hücum taktikası seçmələri ilə əlaqələndirib: "İlk qoldan sonra istər-istəməz müdafiədə oturmalı olduq. Ardından ikinci qolu da vurduq. Bundan sonra da meydanda üstünlüyü rəqibə verərək, tam əks-hücum taktikasını seçdik. Müdafiədə isə çox sıx oynadığımız üçün rəqibin təhlükəli hücumlar yaratmasına imkan vermədik".
 
Əmirquliyev Premyer Liqanın II dövrəsində "Neftçi"yə 0:4 hesablı məğlubiyyətin də bu görüşə köklənməkdə yardımçı olduğunu vurğulayıb: "Əlbəttə, belə şeylər yaddan çıxmır. Bu hesabı unutmaq olmaz. Həm bu amil, həm liderə qarşı oynamağımız, həm də əsas rəqiblərimiz "Qarabağ" və "Qəbələ"nin xal itkiləri bizi qələbəyə sövq etdi".
 
Təcrübəli futbolçu bu qələbə sayəsində avrokubok şanslarının yüksəldiyini deyib: "Açığı, avrokuboklara vəsiqə qazanacağımıza kimin inanıb-inanmadığını deyə bilmərəm. Əsas odur ki, biz özümüzə güvənirik. İstəyirik ki, çempionatı ən azı 3-cü yerdə bitirək. Kiməsə nəyisə sübut etmək istəmirik. Göstərmək istəyirik ki, Avropa Liqasında oynaya bilərik. Hər kəsin şəxsi fikri var və buna hörmətlə yanaşırıq".
 
Əmirquliyev "Səbail"in texniki qələbələr sayəsində 3-cü pilləyə yüksəldiyinə dair fikirlərə isə belə şərh edib: "Biz belə şeylərə fikir vermirik. Futbolçuların işi meydana çıxıb, layiqli oynayaraq, xal qazanmaqdır. Hər kəsin öz fikri var və buna hörmətlə yanaşırıq. Bəlkə də klub təzə yaranıb və inam yoxdur. Çalışacağıq ki, bu il avrokuboklarda çıxış edək və inam yaransın".
 
"Səbail"in futbolçusu "Neftçi" üzərində qələbə sayəsində "Qarabağ"ın şərikli lider kimi qalmasına kömək etdikləri fikri ilə razılaşmayıb: "Biz bunu düşünmürdük. “Qarabağ” özü dünən xal itirmişdi. Əsas məqsədimiz 3 xal qazanaraq, rəqiblərimizdən aralanmaq idi. Artıq 4-cü pillədəki "Qəbələ"dən 6 xal öndəyik. 3 xaldansa 6 xal irəlidə olmaq daha yaxşıdır. Amma unutmayaq ki, irəlidə çox oyun var. Növbəti tur “Sumqayıt”ı qəbul edəcəyik və sonra Qəbələyə yollanacağıq. Ona görə də arxayınlaşmaq olmaz. Hər oyuna 3 xal üçün çıxmalıyıq ki, yerimizi daha da rahatlayaq. 3-cü pillədə yer alacağımızı mövsümün əvvəllərində desəydik, bəlkə də buna heç kəs inanmazdı. Komandamıza yaxşı futbolçular qoşuldular. Çempionatda “Qarabağ”la “Neftçi” istisna olmaqla, digər komandaların səviyyələri bərabərdir. Ona görə də 3-cü yeri tutmağa inam var idi".
 
Əmirquliyev sonda Nikola Yurçeviçin Azərbaycan yığmasına baş məşqçi təyinatını da şərh edib: "Belə qərarları AFFA verir. Yəqin ki, analiz aparıblar, nə isə var ki, onu gətiriblər. Bizə yeni baş məşqçi ilə yaxşı nəticələr göstərəcəyimizə ümid etmək qalır. Ona uğurlar arzulayıram. İlk sınağımız səfərdə Xorvatiyaya qarşı olacaq. Təbii ki, görüşün favoriti Xorvatiyadır. Bu gün “Neftçi” favorit idi, lakin qalib gələn biz olduq. Düzdü, "Neftçi" Xorvatiya deyil. Amma futbolda hər şey mümkündür. Meydana çıxaraq sonadək vuruşmaq lazımdı".

 
tarix: 24-02-2019 21:30


 
Xəbər lenti
24.07.2019

11:17   "Neftçi"ylə debüt oyununda anşlaq

11:11   "Sabah"ın ilk rəqibi müəyyənləşdi

11:02   "Neftçi" Rusiyaya vaxtında uça bilmədi - təyyarədə problem yarandı

10:57   Elxan Məmmədova görə yazdırılan izahat

10:31   Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

10:24   “Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu

10:14   Başverənlərin “Hədiyyə Essyen”ə dəxli yoxdu

10:00   Mirbağır İsayev təyinatı üçün istefanı gözləyir

09:44   Premyer Liqa klubundan rekord transfer

09:30   Hazardın forma nömrəsi ona “miras” qaldı

09:21   “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

09:12   Millimizin futbolçusundan İngiltərə klubunda dubl

09:00   “Səbail”in çöküşünün pərdəarxası

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az