(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qəribəliklərlə dolu “Neftçi”

Qəribəliklərlə dolu “Neftçi”

Qəribə tur idi. “Qarabağ“ heç-heçə edəndə çempionun 2 xal itirməsindən danışırdıq, indi isə bəlli olur ki, 1 xal qazanıbmışlar.
 
“Neftçi” ağdamlılarla xal fərqi yarada bilmədi, əksinə, onların şərikliyinə “göz yumdu”. Bakılılar bunu rəqibin səhvlərini təkrarlayaraq, hətta daha artığını edərək reallaşdırdı. Sanki hər iki komanda qızıl medallardan imtina edir, xüsusilə “Neftçi” bunun üçün canfəşanlıq göstərir.
 
Premyer Liqada rəqabət yüksəlməyib, heç bir inkişafdan da danışa bilmərik. Sadəcə, liderlər geriləyib, komandalar arasında səviyyə fərqi azalıb. İndi daha az səhv edən, daha çox döyüşən sevinir. Son turda bütün favoritlərin qələbəyə həsrət qalması da buna görə idi. Hətta sonuncu pillədən qurtulmaq uğrunda mübarizə çempionluq yarışından önəmli olmağa başlayıb. Bu isə ümumi səviyyədəki geriləmənin göstəricisidi.
 
***
 
Qəribə təsadüf idi. Bir gün öncə Bədavi Hüseynov qapıçıyla anlaşmazlıq üzündən topu öz qapısına göndərib, “Qarabağ”ın xal itirməsinə səbəbkar oldu. Ertəsi Tural Axundov oxşar səhvlə yadda qaldı. “Neftçi”nin müdafiəçisi adi epizodda qapıçısına çox pis ötürmə verdi – avtoqol olmadı, amma zərbəyə oxşar bu ötürmə Səlahət Ağayevi keçdi, dirəyə dəyib, meydana qayıtdı. “Səbail”in hücumçularının ilk zərbəsi qapıçıdan qayıtdısa, ikincisi tora milləndi.
 
İkinci qolun tez vurulması “Neftçi”nin arzularının üstündən xətt çəkdi. Oyunun ən yaxşısı olan Yevgeni Koçuk özü qazandığı cərimə zərbəsini “doqquzluğ”a göndərəndə rəqib legionerlərdən matçın nəticəsini həll etmək baxımından nə qədər üstün olduğunu göstərdi.
 
3-cü qol da eyni qapıya vuruldu. Son vaxtlar qollarıyla yox, qəlyana meyl etməsi üzündən daha çox gündəmdə olan Baqali Dabo yoldaşlarının əziyyətini yerə vurmadı. Amma qalan dəqiqələrdə o, yalnız top itirməklə, komanda oyununu pozmaqla yadda qaldı. Qol müəllifi olsa da, xilaskara çevrilmədi.
 
***
 
Qəribə statistikadı. “Neftçi” ilk qolu buraxan tərəf oldusa, qələbəsi mümkün deyil. Roberto Bordin bakılıların baş məşqçisi olandan bu yana heç vaxt hansısa matçı çevirə bilməyib. Yalnız “Qarabağ”la oyunda 1 xal qazanılıb, vəssalam.
 
Bu isə italiyalının bəsit futbol taktikasından irəli gələn məsələdi. Monoton oyun tərzi ilə hansısa rəqibi 1, uzağı 2 dəfə udmaq olar. Qarşındakı ağıllı məşqçidisə, səni “oxuyub” cəzalandıracaq. Aftandil Hacıyev də bunu etdi. Baxmayaraq ki, bu qələbədə bəxt də az rol oynamadı.
 
Bordini heyət seçiminə görə də qınamaq olar. İtaliyalı həmyerlisi Canluka Sansoneni start heyətdə oynatmaqla komandadakı ədalətli rəqabəti korlayıb. Vaxtilə Kvame Karikariyə də belə güvənirdi, indi isə yeni legioner layiq olmadığı forma şansını qazanır. Komandanın bombardirlərindən olan Mirabdulla Abbasova qarşı bu ayrıseçkiliyin cəzasını futbol tanrısı verir. Amma bundan Miriyə xeyir yoxdu, o, ruhdan düşür və inamını itirir. Bizə isə Sansoneni yox, onu qazanmaq lazımdı.
 
Doğrudu, Canluka səviyyəli oyunçudu, lakin bu, Abbasovun etdiyatda qalmasına səbəb ola bilməz. Dabo, Qoran Paratski kənarda qalmağa daha layiqdi, heyətdə başqa rotasiya imkanları da var.
 
Qəribə “oyun”du. Və bu oyunu Bordin oynayır. Komandasını kökləmək, irəli aparmaq əvəzinə Roberto bacarıqsızlığını şouyla unutdurur. Aftandil Hacıyevlə deyişməsi iz azdırmaq cəhdi idi. Ondansa Baqalini rəqib ehtiyat oyuçular skamyasına tərəf tüpürməsinə görə məzəmmət edər, sonra buna əsəbləşən rəqib həmkarı ilə danışardı. Amma o, şouyla fikir yayındırır.
 
Pis məşqçi deyil, amma “Neftçi”nin yükü onun üçün ağırdı. Eyni futbol tərzi ilə indiyə qədər topladığı xallar maksimumdu. Və komandanın daha parlaq oynaması üçün heyəti də var. Xüsusilə qış fasiləsində yaxşı oyunçular alınıb, lakin italiyalı onlardan düzgün istifadə etmir, əsasən müdafiəni düşünür, hücum oyunçularının fərdi bacarığıyla vuracağı qollara ümid edir. Belədə rəqib hesabı açanda at izi it izinə qarışır.
 
Tural Axundovun səhvi də təsadüf deyildi. Çünki ona yanlış ötürmə elə rəhbərlikdən gəlmişdi. Klub rəhbərliyi heç uyğun olmayan bir zamanda Axundovla yeni müqavilə imzaladı. Vacib oyundan 2 gün öncə fikir dağıtmağın yeri yox idi. Turalı bəlkə də arxayınlaşdıran bu anlaşma üçün ya qış, ya yay fasiləsini seçmək lazım idi. Bəlkə heç o, bu müqaviləyə layiq deyil. Cavabi da özü verdi – layiq deyilmiş.
 
FƏRİD

 
tarix: 24-02-2019 21:50


 
Xəbər lenti
12.12.2019
11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az