(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yubileylər turu

Yubileylər turu

Premyer Liqanın XVIII turu bir neçə məqamla əlamətdar olub. Məsələn, Sumqayıtda yerli komanda "Zirə"yə məğlub olsa da (0:1), "kimyaçılar"ın yarımmüdafiəçisi Elvin Məmmədov üçün xüsusi görüş alınıb. Belə ki, 90 dəqiqəni əvəz edilmədən keçirən 31 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında yubiley - 300-cü matçına çıxıb. O, buna "Turan", "İnter", "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt"ın heyətində keçirdiyi oyunlarla nail olub.
 
“Neftçi” – “Səbail” oyunu baş hakim Orxan Məmmədov üçün əlamətdar alınıb. Belə ki, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüş Məmmədovun elitada idarə etdiyi 100-cü oyun kimi tarixə düşüb. O, yubiley qarşılaşmasında 8 dəfə sarı vərəqəyə əl atıb. Həmin oyunda "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov Premyer Liqada 222-ci matçına çıxıb və ölkə çempionatında ən çox oyun keçirən 100 futbolçu siyahısına daxil olub.
 
“Qəbələ” – “Keşlə” görüşündə qolsuz bərabərlik qeydə alınıb. Bu, birincilərin elitada 100-cü heç-heçəsi olub. Qonaqların hücumçusu Amil Yunanov 100-cü dəfə meydana çıxıb. "Qəbələ"nin yetirməsi olan 26 yaşlı forvard karyerası ərzində Premyer Liqada "Qəbələ", "Sumqayıt" və "Keşlə"nin formasını geyinib.

 
tarix: 25-02-2019 09:53


 
Xəbər lenti
12.12.2019
11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az