(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Məşqçi cəbhələşməsi: “Neftçi” – “Qarabağ” rəqabəti

Məşqçi cəbhələşməsi: “Neftçi” – “Qarabağ” rəqabəti

Premyer Liqada ikihakimiyyətlilikdi. Ardıcıl xal itkiləri “Neftçi”ni xeyli geri saldı və “Qarabağ” zirvəyə şərik oldu. Bakılıların bu il keçirdiyi 4 oyunun 3-də büdrəməsi çempionluq yarışında büdrəməsini şərtləndirdi.
 
Ümumiyyətlə, liderlər 7 oyunda xal itirib. Hərəyə 5 heç-heçə edən rəqiblər 2 dəfə də məğlub olub. Bu oyunların siyahısına baxanda çox şey aydın olur. Ölkə futbolunda ciddi cəbhələşmə var və sevindirici məqamdı. Hiss olunur ki, beyin döyüşü gedir və hər iki klub bundan faydalanır.
 
“Neftçi” 2 məğlubiyyətdən birini “Qəbələ”dən, digərini “Səbail”dən alıb. “Dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev keçən ilə kimi ağdamlıların düşərgəsində idi və burada yetişib. Bakılıların heç-heçə etdiyi 5 oyunda da eyni mənzərədi. “Qarabağ”ın özü ilə 2 oyun bərabərə bitib, daha 2 dəfə “Zirə” “Neftçi ilə sülh bağlayıb. “Qartallar”ın sükan sahibi Ağdam klubunda işləməsə də, bu klubda karyera yaşamış və hələ də “atlılar”a bağlı insan kimi tanınan Samir Abasovdu. Yenə bu klubda məşqçi kimi yetişən Ayxan Abbasovun “Sumqayıt”ı isə Roberto Bordindən 2 xal alıb.
 
Deməli, 10 xal indiki və ya sabiq “Qarabağ”lılarla matçlarda itirilib. Ayxan bəyin kubokda bu komandanı kubokda yarımfinala buraxmamasını unutmamalıyıq.
 
“Qarabağ”da vəziyyət oxşardı. Ağdamlılar bir məğlubiyyəti “Səbail”dən alıb və həmin texniki hesabı nəzərə almamaq da olar. Digər yenilgi, eləcə də 2 heç-heçə “Neftçi” ilə şəxsi görüşdə reallaşıb. “Atlılar”ın daha 3 bərabərliyi bakılıların sabiq baş məşqçilərinin komandaları ilə oyunlarda qeydə alınıb. Elşad Əhmədovun “Sabah”ı 2, Tərlan Əhmədovun “Keşlə”si 1 dəfə bərabərliyə nail olub. Maraqlıdı ki, hər iki Əhmədov futbolçu kimi “Qarabağ”da daha çox tanınıb.
 
Beləliklə, 13 xal “Neftçi” cəbhəsində olan məşqçilərlə duellərdə itirilib. “Qarabağ” məhz bu üzdən hələ də zirvəyə qalxa bilməyib.
 
İki cəbhə var və hər iki klub ölkənin məşqçi sektoruna da ciddi töhfələr verib. Xüsusilə “Qarabağ”ın bu baxımdan böyük rolu var. Birbaşa Qurban Qurbanovun dəstəyi ilə məşqçilikdə ilk addımlarını atanlar indi ona fayda verir. Ən maraqlısı isə odur ki, fərqli cəbhələrdə yetişənlər öz klubları ilə oyunlarda yalnız təslimçiliklə seçilib.

 
tarix: 25-02-2019 10:13


 
Xəbər lenti
19.07.2019

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az