(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

"Hər oyun finaldı"

"Hər oyun finaldı"

"Bizim üçün ağır oyun idi, çox ciddi hazırlaşmışdıq. Matçın mahiyyətini çox gözəl başa düşdürdük. Dünən "Keşlə"nin də xal itirməsindən sonra 2 pillə yüksəlmək imkanımız vardı və bunu bacardıq" - bunu "Zirə"nin kapitanı Kamal Bayramov Premyer Liqanın XVIII turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

34 yaşlı qapıçı bildirib ki, hədəfləri yuxarı pillələrə qalxmaq və avrokuboka vəsiqə qazanmaqdır: "Sumqayıt" həftə ərzində məşqçilər korpusu tərəfindən yaxşı analiz olunmuşdu. İlk hissədə verilən tapşırıqları yerinə yetirdik. Düşdüyümüz durum bizi hesabı qorumağa sövq edir və bu, futbolçularda psixoloji gərginlik yaradır. Fasilədən sonra müdafiədə daha etibarlı oynayıb, əks-hücumlara çıxmaq istədik. Pis də alınmadı. Qol epizodlarımız olsa da, üstünlüyü artıra bilmədik".

Bayramovun sözlərinə görə, "Zirə" qış fasiləsində yaxşı transferlər həyata keçirib: "Mfo Kqasvane, İsmael Fofana, Robin Nqalade kimi oyunçular götürmüşük. Hamısı istedadlı uşaqlardı. Sadəcə, komandaya yeni gələndə tam formada deyildilər. İrəlidəki turlarda bizə daha çox kömək edəcəklər. Məqsədimiz Avropa Liqasına düşməkdi. Heyətimiz də buna imkan verir".

"Zirə" martın 3-də XIX tur çərçivəsində "Qəbələ"ni qəbul edəcək. Kapitan hər oyunun onlar üçün final xarakteri daşıdığını deyib: "Bundan sonra hər oyun "Zirə" üçün bir finaldı. "Qəbələ"nin yaxşı hücum xətti var. Bunu dəfələrlə sübut ediblər. Ağır oyun olacaq".

Anar Nəzirovun qış fasiləsində "Qəbələ"yə keçidindən sonra "Zirə"nin əsas heyətində yer alan Bayramov heyətdə onda başqa da çox yaxşı qapıçıların olduğunu deyib: "Mənim üçün əsas qapıçı anlayışı yoxdu. İstər Orxan Sadıqlı, istərsə də Abdulla Seyidəhmədov istedadlı oyunçulardı. Hər ikisi gəncdi və gələcək vəd edən qapıçılardı. İşimə məsuliyyətlə yanaşıram. Ehtiyatda oturan yox,  meydanda olan oyunçu səhv edə bilər".


 
tarix: 25-02-2019 13:22


 
Xəbər lenti
12.12.2019

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az