(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ramos bilərəkdən “qırmızı” aldı?

Ramos bilərəkdən “qırmızı” aldı?

“Sabah” Erik Ramosun son oyunda meydandan qovulmasına diqqət etməlidi. Təcrübəli futbolçunun “Qarabağ”la matçda ikinci sarı vərəqə alması təsadüf deyildi.
 
Debütant növbəti turda “Neftçi”nin qonağı olacaq. Vaxtı ilə bu klubda əla karyera yaşamış paraqvaylı hələ də flaqman fanatlarının sevimlisidi. Komandaların ilk görüşündə oynayan Ramos həvəssiz çıxış etmiş, komandasına ciddi fayda verməmişdi. O, sanki sevimli klubuna qarşı oynamaq istəmirdi. Təsadüfi deyil, yarımmüdafiəçi sarı vərəqələri elə sıraladı ki, 2-ci dövrədəki matçı buraxdı. İndi də bakılılarla oyun ərəfəsində Erik qırmızı vərəqə alaraq aradan çıxdı.
 
Əvəzində həm Ramos, həm də “Neftçi”də oynamış digər oyunçular – Məsəd İsayev, Saşa Stamenkoviç, Cavid İmamverdiyev əzəli rəqib “Qarabağ”la matçlarda fərqli oyun sərgiləyir. Bu oyunçuların xüsusi əzmkarlığı ağdamlıların 2 dəfə büdrədilməsinə kifayət edib.
 
Yaxşı əlamətdi, hər nə qədər peşəkarlıqla üst-üstə düşməsə də, sevimli komandanın rəqibinə qarşı oynamağa motivasiya tapmaq çox gözəldi. Amma bilərəkdən meydandan qovulmaq, matç buraxmaq olmaz. Ramos qırmızı vərəqə alandan sonra “Qarabağ” “Sabah”ı məğlub da edə bilərdi. Belədə “Neftçi”yə qarşı oynamamaq üçün indiki komandanı pis vəziyyətdə qoymaq bağışlanmaz səhvdi. Klub rəhbərliyi buna diqqət etməlidi.

 
tarix: 25-02-2019 11:37


 
Xəbər lenti
19.10.2019

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az