(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Yurçeviç toplanışa çağıracağı oyunçuları müəyyənləşdirib: “90 faiz!”

Yurçeviç toplanışa çağıracağı oyunçuları müəyyənləşdirib: “90 faiz!”

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Azərbaycanda imiş. Premyer Liqa matçlarında rastlaşmadığımız xorvat çalışdırıcının ölkəsinə döndüyü deyilirdi. Millinin toplanışı ərəfəsində, hazırlığın sürətlənməli olduğu bir məqamda bu, anlaşılmaz addım olardı.

- Siz Azərbaycandasınız?
- Bəli, bir çox görüşlər keçirirəm. İşə yeni başlamışam və hər şeyi qaydasına qoymalıyam.

- Premyer Liqanın son turunun oyunlarını izlədinizmi?
- Əlbəttə ki, izlədim. 2 sürpriz oldu, “Qarabağ” “Sabah”la heç-heçə etdisə, “Neftçi” “Səbail”ə uduzdu. “Neftçi”nin “Qarabağ”dan uzaqlaşmaq üçün yaxşı şansı var idi. Amma bunu əldən verdi. Əslində, bu, çox maraqlıdır. Hər iki komandanın çempionluq şansları eyni olaraq qalır və bu rəqabət deməkdi.

- AFFA ilə rəsmi müqavilə imzaladınızmı?
- Bütün detallar həllini tapıb. Aramızdakı danışıqlar rəsmi şəkildə başa çatıb.

- AFFA Robert Prosineçki ilə müqavilə imzalayarkən onun qarşısına daha çox Azərbaycanda yaşamağı və Premyer Liqanın matçlarını izləmək şərti qoymuşdu...
- Eyni şərtlər bizdə də var. Mənim yoldaşım Bakıya gələcək və biz vaxtımızın çox hissəsini burada keçirəcəyik. Bu, dəyişməz olaraq qalır.

- Çempionat oyunlarını izləmisinizsə, deməli, artıq milliyə kimlərin dəvət alacağı bəllidir...
- Hər mövqe üçün ən azı 2 futbolçu lazımdır. 80-90 faiz müəyyənləşdirmişəm ki, toplanışa kimlər çağırılacaq. Amma qarşıda yenə oyunlar var və bizim diqqətimizi çəkən oyunçular ola bilər. Daha 3 tur oynanılacaq və dəyişən şeylər mümkündü. Amma böyük əksəriyyəti bəllidi.

- Litvaya qarşı yoldaşlıq matçı keçirəcəksiniz və bu, ağır Xorvatiya matçından sonra olacaq...
- Bütün komandalara çətin olacaq. Müasir futbolda asan komanda yoxdur. Ümumiyyətlə, bizim ardıcıl oyunlar keçirməyimiz lazımdı. Demək olar ki, bütün komandalar yoldaşlıq görüşləri oynamağa çalışacaq. Bizim üçün istənilən halda Xorvatiya matçı çox vacibdir. Amma həmin qarşılaşmada meydana çıxmayan futbolçular olacaq. Böyük ehtimalla həmin oyunçular sınaq qarşılaşmasının start heyətində yer alacaq.

- Yerli köməkçinizin adına aydınlıq gəldi?
- Bir neçə namizəd var ki, nəzərdən keçirib danışırıq. Amma sizə konkret ad deyə bilməcəyəm.

FƏRİD


 
tarix: 25-02-2019 16:32


 
Xəbər lenti
21.10.2019

09:00   Obradoviçə xüsusi tapşırıq: Rəfiyev yenə istedadların taleyi ilə oynayır

01:28   Aftandil Hacıyev: “Xal itkisi limitini doldurmuşuq”

01:11   Marsel “Olimpik”indən inamlı, “Monako”dan çətin qələbə

00:58   “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

00:47   “İnter” qalib gəldi, “Milan” yenə xal itirdi

20.10.2019

23:44  Təbriz klubu evdə məğlub oldu

23:23  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

23:00  “Beşiktaş”ın yeni prezidenti bəlli oldu

22:47  Şeydayev ehtiyatda qaldı, “Dinamo”...

22:35  “Fənərbaxça” səfərdən 3 xalla döndü

22:17  Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

22:07  “Səbail”in ardıcıl üçüncü məğlubiyyəti - VİDEO

21:58  Meydan sahiblərinin günü

21:50  Lənkəranda kütləvi dava: azarkeşlər “Kəpəz”in futbolçusunu döydü

21:43  “Liverpul”u dayandıran tapıldı

21:24  “Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

20:53  “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

20:38  “Qarabağ”ın rəqibi səfərdə uduzdu

19:50  Zaur Həşimovlu “Zirə”nin siftəsi: 0:3 - VİDEO

19:27  Roberto Bordin: “Öz evimizin içinə baxmalıyıq”

19:15  “Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək”

18:25  İsrafilov üçün 90 dəqiqə və 3 xal

17:55  Millimiz Norveçə də böyük hesabla məğlub oldu

17:22  Emil Balayevli “Tobol” evdə uduzdu - VİDEO

17:06  “Sumqayıt”la oyuna 4 itki ilə

16:42  Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

16:20  Serhatın komandasından çətin qələbə

15:50  “Napoli”dən inamlı qələbə - VİDEO

15:33  Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15  Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04  “Yuventus”dan çətin qələbə - VİDEO

14:55  “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33  Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15  “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54  Xəlilzadə üçün təmkinli qərar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az