(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Elxan Məmmədovla TƏKbəTƏK

Elxan Məmmədovla TƏKbəTƏK

Elxan Məmmədov psixologiyanı yaxşı mənimsəyib. Hədəfində kimsə varsa, mütləq onun haqqındakı ilk sözləri tərif tonunda olur. Və lazımi məqam gələndə sarsıdıcı zərbəni vurur.
 
Bu, sovet vaxtından formalaşmış məlum sistemin taktikasıdı. AFFA-nın baş katibi də əla mənimsəyib. Kimin haqqında tənqid demək, onu gözdən salmaq istəyirsə, öncə yağlayır, sonra at quyruğuna bağlayır.
 
Loru dildə bunu başqa cür də təsvir etmək olar. Plastik borunu alovun istisində yumşaldıb, sonra ona dəmir boru keçirirlər. Və o dəmir uzun illər orada qalır.
 
Məmmədov dünən “CBC Sport”da efirə gedən “Təkbətək” verilişində bir neçə dəfə bu üsuldan istifadə etdi. İcraiyyə Komitəsini, klubları, Qurban Qurbanovu təriflədi, yaxşı işlərindən danışdı, amma həlledici məqamda elə variant işlədib çəpəki zərbə vurdu ki...
 
Deyəsən, mən də yuxarıdakı sətirlərdə Elxan bəyin psixoloq bacarığından danışmaqla onu xeyli tərifləmişəm. İndi ikinci hissəyə başlamaq olar.
 
Öncə onu vurğulayaq ki, bu verilişin ilk canlı efirinin Məmmədovun iştirakı ilə baş tutması təsadüf deyildi. Baş katib ona xeyli mənfi emosiyalı suallar veriləcəyini bilə-bilə buna razılaşmışdı. Həm də demək olar, birbaşa idarəçisi, sahibi olduğu kanalda fərqli verilişə nail ola bilərdi. Ancaq o, məhz bu yolu seçdi. Və bu heç də demoratik düşüncənin nümayişi deyildi. Son vaxtlar jurnalistlərdən qaçan katib guya bütün futbol ictimaiyyətinə, azarkeşlərə açıq efirdə cavab verdiyini, onlara müzakirəyə hazır olduğunu nümayiş etdirirdi. Halbuki kanalın feysbuk səhifəsində neçə gündü yığılan suallardan öncədən xəbərdar idi və cavabları hazırlamışdı. Cavablarına əks sual verilməyəcəyini, əks arqument qoyulmayacağını bildiyindən sərbəst idi.
 
Məmmədov danışdı, onunla üzbəüz dayanan mən deyildim, lakin qiyabi TƏKbəTƏK də mümkündü. Baş katibin dediklərini analiz edib, virtual müzakirə apara bilərəm.
 
Bu veriliş xüsusi plan idi. Məqsəd var idi, Elxan bəy bəzən yanlış xallar vursa da, lazımi mesajları verdi. İndiki vəzifəsinin əbədi olmadığını bilir, artıq vida vaxtı yaxınlaşır. Bu, bir həftə sonra baş tutacaq, amma haqqında kəlmə də kəsilməyən AFFA-nın Hesabat Konfransından sonra da ola bilər, milli komandanın seçmə mərhələdəki nəticələrindən asılı olaraq, ilin istənilən ayı da. Ən maksimum vaxt 2020-di...
 
Və Elxan bəy yüksəlişə hazırlaşır. Bu səbəbdən veriliş xüsusi materiala çevriləcək, ona əl gəzdiriləcək və SV-yə əlavə olunacaq. Videorolik üçün də pis müsahibə deyildi. Rusiya prezidenti Vladimir Putindən nümunə götürənlərdən nümunə götürərək efir şousu yaratdı, istəyinə çatdı. Özünü harasa hazırlayır – AFFA prezidentliyinə də ola bilər, UEFA və FIFA-ya da, futboldankənar başqa sahəyə də. Amma dəqiqdi ki, bu verilişdə xüsusi məqsəd var idi və o, yüksəlişə hazırlaşan perspektivli kadr imici yaratmağa çalışdı.
 
Alovla isidilmiş boru misalını milli komanda haqda danışarkən “tutdum”. Şanlı-şöhrətli Qurban Qurbanov və onunla müqaviləyə XİTAM VERİLDİYİ, yəni, QOVULDUĞU haqda açıqlama. İmicin darmadağın edilməsi üçün daha gözəl cümlə fikirləşə bilməzdi. Nikola Yurçeviçin maaşı və millinin xərcləri barədə danışarkən “eyni büdcədi” açıqlaması da taktiki gediş idi. Yəni, “havayı işləməmisən, kompensasiya istəməmisənsə, öz günahındı, istəsəydin də onun əks təbliğatını aparardıq” demək istəyirdi.
 
Elxan bəy eyni üsulla İcraiyyə Komitəsini də yüklədi və bu gün tənqid olunan bütün məsələlərə görə məhz bu qurumun cavabdeh olduğunu göstərdi. Özü isə yenə ortada yeyib, kənarda gəzən oldu. Hətta 100-dən artıq azarkeşin istefasıyla bağlı sualına da İK-nı misal göstərərək cavab verdi: razı deyillərsə, vidalaşsınlar. Yəni, günah məndədisə, məni bu postda saxlayanlar niyə güvənir? Deməli, yaxşı işləyirəm. Nə üçün, kim üçün yaxşıdı – bax, bu sualı yalnız əyani TƏKbəTəkdə vermək olar.
 
Qurbanovun istefaya göndərilməsi məsələsində də İK üzvləri hədəf göstərildi. Guya ki, bəzi üzvlər Qurban bəyin 2 yerdə işləməsinin fəsadları barədə tez-tez danışırmış. Kim? Baş katibin danışan dili olan Vaqif Sadıqov və İsgəndər Cavadov kimi sifarişli musiqi ifa edənlərdən başqa kimsədən bu sözü eşitməmişik. Hətta onlar da aşkar şəkildə deyil, dillərini süründürərək bu barədə danışıblar. Halbuki hərəsi 5-6 vəzifəni icra edən İK üzvlərindən heç birinin bunu deməyə haqqı yoxdu. Qurbanov ən azı klub səviyyəsində uğuru ilə seçilirsə, sözügedən şəxslər hər işdə zibil içindədi.
 
Məmmədov çıxışında SOCAR-ın, dövlətin futbola misilsiz qayğısından bir kəlmə də danışmadı. Ancaq AFFA, AFFA. Unutdu ki, AFFA sadəcə, vasitəçidi, bütün maliyyə dövlətin belindən çıxır və bunu qiymətləndirməmək ayıb oldu. Əvəzində Vergilər Nazirliyi ilə bağlı həvəslə danışdı. Bəlkə də bu, gələcək karyera üçün vacib məqam idi. Axı, çox söz-söhbətlər gəzir, ciddi ehtimallar var...
 
Əsas milliyə xorvat, digər yığmalara serblərin başçılıq edəcəyi ilə bağlı suala baş katib siyasi səhv buraxaraq cavab verdi. İki düşmən xalqı birləşdirməkdən dəm vuran Məmmədov milli komandanın məşqçi seçimi ilə də bağlı yersiz açıqlama verdi. Sanki Azərbaycan millisi məşqçi poliqonudu və bu post yalnız kiminsə özünü sübut edib, karyerasını irəlilətmək üçün nəzərdə tutulub. Robert Prosineçki nümunəsi doğrudu, amma bu ölkədən gedəni istirahətdə olan Berti Foqts nümunəsi də var axı.
 
Bölgə futboluyla bağlı yenə ümumi danışan Məmmədov Tovuz azarkeşlərinə müjdə verdi. Bu rayonda futbol akademiyasının açılması əla qərardı. Lakin bu qərar da indi yox, 10 il əvvəl verilməliydi ki, indi bəhrəsini görək. Dövlət Proqramının qəbul edildiyi, pulların sel kimi axdığı dövrdə akademiyalar barədə düşünmək lazım idi. Həm də təkcə Tovuzda yox, Gəncədə, Mungəçevirdə, İmişidə, Qubada, Lənkəranda, Qaxda və s. Odu söndürüb külüylə oynamaq lazım deyil. Hə, bu yeni addım da perspektivə hesablanıb, ancaq təkcə buna görə daha 10 il zaman vermək doğru deyil. İndiyəqədərki karyeranı təcrübə toplamağa sərf etməkdənsə, dost-tanışla yox, əsl futbol adamlarıyla əməli addımlar atılmalıydı.
 
Elxan bəy bölgələrdə problemin olduğunu göstərmək üçün “Kəpəz”i misal gətirdi. AFFA-nın (SOCAR-ın deməliydi – red.) maliyyəsi ilə Gəncə futbolunu divizionda formalaşdırdıqlarını, PremyerLiqaya buraxdıqlarını xatırladan Məmmədov bu klubun yenidən aşağı düşməsini misal çəkdi. Amma o faktı unutdu ki, “Kəpəz”in tez “sönməsinin” günahkarı gəncəlilər deyildi, məhz AFFA-nın ora rəhbər təyin etdiyi, sonra da maliyyə fırıldaqlarına görə qovduğu Mikayıl Nərimanoğlu idi. Yəni öz kadrları...
 
VAR sisteminin tətbiqinə hazırlaşan Məmmədov artıq İcraiyyə Komitəsində təsdiq almaq üçün bütün işləri görüb. Rəsmi təqdimatdan sonra katibliyin hər layihəsinə “baş üstə” deyən İK-dan fərqli cavab gözləmirik. Onun maliyyəsinin necə təmin olunacağını da Məmmədov hesablayıb, tezliklə biz də biləcəyik. Yəqin SOCAR-ın daha neçə milyonları gözdən çıxarılıb. Halbuki Azərbaycan kimi azarkeşdən, teleyayımdan, reklamlardan, sponsorlardan qazanc götürülməyən, klubları yanız SOCAR-ın əlinə baxan ölkədə bu bahalı sistemin zamanı yetişməyib. Məhəllə yarışı təsiri bağışlayan Bakı çempionatı üçün hətta Çempionlar Liqasının bütün oyunlarında ehtiyac duyulmayan VAR çox tezdi.
 
Elxan bəyin milli komandaların oyunlarını Respublika stadionuna salmamaları barədə suala cavabı açıq idi. AFFA əlavə xərclərdən qaçır və öz balansındakı stadionlar üstünlük verir. Sanki mərkəzi arenaya ödəniləcək 50 min manat başqa ölkənin büdcəsinə köçəcək. Məgər bu arenanın, balansında olduğu AGİN-in Azərbaycana dəxli yoxdu?
 
Elxan bəy sualın cavabında başqa bir səhv də etdi. Menecment ixtisaslı katib “sky-box”lardan daha çox pul götürdükləri üçün matçların “Bakcell Arena”ya salındığını bildirdi.
 
Əks arqumentimiz odur ki, yaxşı təbliğatla 30 minlik Respublika stadionu tam doldurula bilər və 1-2 manatlıq biletlərlə bütün xərclər qarşılanar. Yox, Məmmədova yalnız “sky-box”da oturanlar lazımdısa, sıravi azarkeşləri vecinə almırsa, o başqa məsələ. Deməli, bizə dolu tribunalar, sadə camaat yox, varlı təbəqə, “sky-box” camiəsi lazımdı. Bu ölkədə futbol bir qrup adamın bahalı əyləncəsidi, kütləvilik kimsəni maraqlandırmır.
 
Uşaq futbolu ilə bağlı danışarkən klubları yükləyən baş katib bu idman növünə həvəskar yanaşmasını da büruzə verdi. Özü həvəskar səviyyəni aşa bilmədiyindən beynində yalnız Region Liqası, Məktəbli kuboku və s. idi. Halbuki güclü klublar, güclü milli və sistemli işləyən futbol məktəbləri əsas qayə olmalıdı. Onun klublara müdaxilə etmədiyini deməsi isə ağ yalandı. AFFA vasitəsi ilə maliyyələşən bütün klublar baş katibin kadrlarının sərəncamındadı və bunu bütün futbol ictimaiyyəti bilir. Uzun siyahı hazırlayıb, faktlarla hamısını sübut edərəm. Necə ki, baş katib “Sumqayıt” haqda danışarkən az qala bu klubun meneceri kimi çıxış edib, özünü ifşa etdi.
 
Məmmədov “Səbail” və “Sumqayıt”a gələcək əcnəbi idman direktorlarından da danışdı. Mətbuatın yazmadığı, klubların açıqlamadığı bu faktı hamıdan əvvəl Elxan bəyin bilməsi də elə özünüifşadı. Müdaxilə etmirsənsə, ən mübhəm sirləri hardan bilirsən? Bütün klublara əcnəbi idman direktorlarının gətirilməsini xatırladan Elxan bəy bir ildən sonra onların göndərildiyini də dilə gətirdi.Uğurlu layihə idisə, niyə heç kim onlarla yola davam etmədi? AFFA büdcəsindən bunun üçün 5-6 milyon manat xərcləndi, pullar havaya sovruldu. Çünki onlar yüksək səviyyəli, aldıqları pula layiq mütəxəssislər deyildilər. Bernard Raab kimi bədən tərbiyəsi müəllimləri idi və hamısı göndərildi. Yalnız “Qəbələ” əcnəbi koordinatora güvəndi, onu da özləri seçdi və akademiyalarında mükəmməl iş qurdular, yalançı görüntü yaratmadılar.
 
AFFA-nın güvəndikləri Mik Bennet kimilərdi. Neçə il Bakıdakı “Mançester Yunayted” məktəbində vaxt öldürən bu ingilis hətta məşqçi kateqoriyasını da burada aldı. Ölkəmizə gələrkən sıradan biri olan bu şəxs indi “Neftçi”yə göndərilib. Bəlkə də bacarıqlı biridi, amma illərdi onu yetişdirmək, diplom almasına yardım etməkdənsə, öz mütəxəssislərimizi üzə şıxara, onların xaricdə təhsil almasına, təcrübə keçməsinə yardımçı ola bilərdik. Daha doğrusu, bilərdiz...  “Səbail”ə, “Sumqayıt”a gətirdiklərinizin də kim olduğunu incələyəcəyik.
 
Məmmədov gördükləri müsbət işlərdən danışılmamasından gileyləndi. Qismən haqlıdı, legioner limiti həqiqətən yerli futbolçuların ayaqda qalmasına xidmət etdi. Amma əvəzində Premyer Liqada klub sayının minimum həddə salınması ilə yenə eyni problem aktual oldu. Uşaq futbolunda normal iş qurulmayınca, yeni istedadlar üzə çıxmayınca, təbii rəqabətlə və uşaq futbolunda düzgün bünövrə nəticəsində xaricə yollanacaq təmsilçilərimiz olmayınca inkişaf mümkünsüzdü. Guya bu gün ölkə futbolunda hansı yerli futbolçu var ki? Elə Məmmədovun dostlarının sayəsində klublarımızda Azərbaycana dəxli olmayan 20-dən çox milliləşən oynayır. Limit buna görə lazım idimi?
 
Klubların 6 yer üçün lazım olandan çox əcnəbi gətirməsini vurğulayan Məmmədov yenə “Qarabağ”a ilişdi. “Futbolinfo”da gedən yazı-statistikadan ilhamlanan baş katib düz deyir, bəli, 13 legioner çoxdu. Bəs, siz bunun qarşısını almaq üçün nə etmisiz? Daimi əlaqədə olduğunuz UEFA-nın, FIFA-nın təcrübəsindən yararlanın, daxili çempionatda müəyyən tələblər qoyun, klubları öz yetirmələrini oynaymağa, ən azı sifariş vərəqinə salmağa məcbur edin.
 
Boru isinmişkən dəmir hissəciyi ora əlavə edək. Millimizin baş məşqçisi Nikola Yurçeviç ilk mətbuat konfransında Avro-2020 ilə bağlı ona heç bir şərt qoyulmadığını demişdi. Elxan bəy isə hədəfin məhz bu yarıç, final mərhələsi olduğunu bildirdi. Hətta əlavə etdi ki, bütün namizədlərlə danışıqlarda söhbətin ilk cümləsi məhz bu barədə olurdu.
 
Ola bilsin, Yurçeviç düz deyir. Amma Məmmədov belə danışmağa məhkumdu, çünki bu tələb ən yüksək səviyyədə qoyulub. At quyruğuna bağlanmaqdan xilas olmaq üçün zaman qazanmaq lazımdı.
 
VÜSAL MAHMUDOV

 
tarix: 26-02-2019 09:00


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az