(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”da “əlcək dəyişimi”: səhv edən ehtiyata gedir

“Qarabağ”da “əlcək dəyişimi”: səhv edən ehtiyata gedir

“Qarabağ”ın daim əsas heyətdə oynaya biləcək 3 qapıçısı var. Onlardan biri ən ödənişli oyunçulardan olan, İslandiya millisinin üzvü Hannes Halldorsson, digəri braziliyalı Vaqner da Silva və nəhayət, sonuncusu milliləşdirilmiş dağıstanlı Şahruddin Məhəmmədəliyevdi.
 
Qurban Qurbanov 3 yaxşı qapıçıya güvənməyi həmişə xoşlayıb. Ağdamlılar adətən 2 legioner qapıçı saxlayıb. İbrahim Şehiçin daha çox güvənildiyi vaxtda əvəzediciləri tez-tez dəyişilsə də, bu tendensiya pozulmurdu. Əvvəllər Fərhad Vəliyev, sonra Şahruddin də həmişə iştirak ərizəsində olurdu.
 
Amma indi bir az qəribə vəziyyət yaranıb. “Qarabağ”ın qapıçılarından hansının əsas heyət oyunçusu olduğunu deyə bilmirik. Premyer Liqada Halldorsson 4, Vaqner 6, Şahruddin 8 oyunda iş başında olub. Legionerlərə avrokubok matçlarında daha çox şans verilməsindəndi ki, Məhəmmədəliyev çempionatda ön plana çıxıb.
 
Ən maraqlısı isə odur ki, son tura kimi heç kim ardıcıl 3 matçda forma geyməmişdi. Turlar üzrə baxaq:
1 – Hannes Halldorsson
2 – Şahruddin Məhəmmədəliyev
3 – Şahruddin Məhəmmədəliyev
4 – Vaqner da Silva
5 – Şahruddin Məhəmmədəliyev
6 – Vaqner da Silva
7 – Hannes Halldorsson
8 – Şahruddin Məhəmmədəliyev
9 – Şahruddin Məhəmmədəliyev
10 – Hannes Halldorsson
11 – Hannes Halldorsson
12 – Şahruddin Məhəmmədəliyev
13 – Vaqner da Silva
14 – Şahruddin Məhəmmədəliyev
15 – Şahruddin Məhəmmədəliyev
16 – Vaqner da Silva
17 – Vaqner da Silva
18 – Vaqner da Silva
 
Bəlkə də elə bu üzdəndi ki, “Qarabağ”da hər qapıçı dəyişikliyi hansısa səhvdən sonra reallaşır. Halldorssonun qələmi Avropa Liqasında Bakıda “Sportinq”ə qarşı matçdan sonra qırıldı. “Vorskla” ilə ev oyununda isə Vaqner kobud səhv nəticəsində qol buraxmış və bir müddət oynamamışdı. Şahruddin “Neftçi” ilə son çempionat matçındakı səhviylə “11-lik”dən kənar qaldı. Yəqin ki, növbəti turda yenə islandiyalını meydanda görəcəyik, çünki braziliyalı da “Sabah”la axırıncı turun oyununda qolla nəticələnən xətayla seçildi.
 
Göründüyü kimi, “Qarabağ”ın 3 yaxşı qapışısı var, amma onlardan heç biri əsas heyətdə yeri təmin etməyib. Bunda yalnız onlar günahkar deyil. Belə qeyri-sabitlikdə rotasiya aparılması da rol oynayır. Qurbanov onların hamısına şans vermək, hamısını oynatmaq istəyir, bu isə problemə səbəb olur.
 
Qapıçı mövqeyi elədi ki, orada sabitlik vacibdi. Belədə əlcək sahibləri həm özü forma şansı qazandıqca heyətdə möhkəmlənir, özünəinamı artır, həm də müdafiəçilərlə anlaşmanın səviyyəsi yaxşılaşır. Amma “Qarabağ”ın arxa xətt oyunçuları bu baxımdan problem yaşayır, az qala hər tur fərqli qapıçıların oyun tərzinə uyğunlaşmağa məcbur olur.
 
Ağdam klubu 14 top buraxıb (daha 3 qol texniki məğlubiyyətə görədi – red.). 18 oyuna bu qədər top buraxmaq yaxşıdı, amma bunu yalnız qapıçıların xidməti saya bilmərik. “Qarabağ” bütün mövqelər üzrə güclüdü, daim öndə oynayır, topla oynama faizi yüksəkdi və belədə qapıçıya böyük yük düşmür. Lakin qeyri-sabit oyunçu seçimindəndi ki, rəqib azca dişli olan kimi problem yaranır, komanda sırf əlcək sahiblərinin fərdi səhvlərindən bu qədər xal itirib. Avrokubok oyunları öz yerində, Premyer Liqada “Neftçi” və “Sabah”la matçlardakı büdrəmələrin başqa səbəbi yoxdu.
 
Düzdü, 3 yaxşı səviyyəli qapışıya güvənilməsi avrokuboklardakı oyunlara görə idi. Nüfuzlu yarışa təcrübəli, bacarıqlı əlcək sahibləri ilə gedilməli idi. Lakin istənilən halda “1 nömrə” müəyyənləşməlidi, ona çempionatda da güvənilməli və dəqiq bilinən əvəzedicisi olmalıdı. “Qarabağ” problemi yoluna qoymaq üçün legionerlərdən birinə daim güvənməlidi, tez-tez edilən dəyişiklik ziyanlıdı. Hətta avrokubok üçün bir, çempionat üçün digər qapıçını da seçmək olardı. O zaman Şahruddinə də kubok matçlarında güvənilər, eyni zamanda ondan limitə görə bəzən digər yarışda da istifadə oluna bilərdi.
 
Bu təcrübə bir çox klublarda var. Hətta “Real”da çempionat və avrokubok oyunları üçün fərqli qapıçılara güvənilməsi ənənəsi olub, bu gün də yarışa görə qolkiper seçimi edilir. Ağdamlılar əlcək sahiblərini əlcək kimi dəyişməkdənsə, dəqiq seçim etsə, “məşq və oyun formalarını” müəyyənləşdirsə, pis olmaz.
 
FƏRİD

 
tarix: 26-02-2019 10:00


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az