(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt” bütün klublara futbolçu verib? Kimdi onlar?

“Sumqayıt” bütün klublara futbolçu verib? Kimdi onlar?

“Keşlə” diviziona düşmək istəmirsə, növbəti oyunlara daha diqqətli yanaşmalıdı. Düzdü, eyni təhlükə “Zirə”ni, hətta qismən “Sabah”la “Qəbələ”ni də gözləyir. Lakin bu komandaların heyəti və xal ehtiyatı nisbətən rahat olmalarına imkan verir. “Keşlə” isə...
 
AFFA-nın baş katibi Elxan Məmmədovun son müsahibəsindən bəlli oldu ki, o, “Sumqayıt”ın son pillədə olmasından narahatdı. Assosiasiyanın xüsusi diqqət göstərdiyi bu komandanın Premyer Liqada qalması üçün mümkün olan ediləcək. “Keşlə” və ya başqa biri axırıncı yerə düşsə, mütləq diviziona göndəriləcək, “Sumqayıt” özünə gələ bilməsə, reqlament dəyişikliyi ilə bu komandanı qorumağa çalışacaqlar.
 
Məmmədov dostu Riad Rəfiyevin əvəzinə “Sumqayıt” barədə çox danışdı. Bu komandada legionerlərin oynamamasından, milli üçün ehtiyat baza olmasından və s. Ən şedevr qeyd klubun yetirmələrinin başqa klublarda oynaması ilə bağlı idi. Çünki Məmmədov bu klubun yetirmələrinin bütün Premyer Liqa təmsilçilərinə paylandığını dilə gətirdi. Tənbəllik etməyib, araşdırdıq.
 
“Neftçi”
Elxan bəy Tural Axundovun adını çəkdi. Amma biz siyahını böyüdəcəyik. Çünki Səlahət Ağayev, Mirabdulla Abbasov və Məhəmməd Mirzəbəyov da “Sumqayıt”da çıxış edib. Amma onlar yalnız qısa müddətdə burada olublar. Turalın ölkədə oynamadığı komanda yoxdu, formasının zirvəsinə “Kəpəz”də çatıb, Mirabdulla “Neftçi”, Səlahət "İnter" yetirməsidi, Mirzəbəyovun isə bizə dəxli yoxdu, Dağıstandan gətirilənlərdəndi.
 
“Qarabağ”
Bədavi Hüseynov tək deyil, Şahruddin Məhəmmədəliyev də var. Hər ikisi Dağstandan gətirilən milliləşənlərdi. Onları “Sumqayıt” yetirməsi saya bilmərik, bu klubun seçib gətirdiyi, pasport verdiyi futbolçulardı.
 
“Səbail”
Məmmədov Ağabala Ramazanovun adını çəkdi. Amma Vüqar Bəybalayev, Ruslan Qurbanov da var. Bu oyunçuların heç birinin “Sumqayıt”a dəxli yoxdu. Vüqar bir il burada oynayıb, digərləri başqa klubun üzvü kimi icarədə olub. Bəlkə də Fərhad Vəliyevin adını çəkmək daha doğru olardı, lakin o da bu klubun yox, şəhərin yetirməsidi, indiki komanda olmayanda Vəliyev futbol oynayırdı.
 
“Qəbələ”
Bəhlul Mustafazadənin adı çəkildi. Amma o, “Qəbələ” yetirməsidi, Sumqayıtda 2 il icarədə oynayıbsa, bu şəhərin yetirməsi sayıla bilməz.
 
“Sabah”
Cavid İmamverdiyev, Məqsəd İsayev, Elşən Abdullayev, Rəşad Eyubov – ilk üçü “Neftçi” yetirməsidi, “Sumqayıt”a icarədə olublar və ya sonradan gəliblər, Rəşad da bircə mövsüm burada oynayıb. İndi onları bu klubun futbolumuza qazandırdıqları kimi necə təqdim etmək olar?
 
“Zirə”
Orxan Sadıqlı 6 ay icarədə olub, heç 6 oyuna çıxmayıb, Budaq Nəsirov, Mirsayib Abbasov da onun kimi. Hə, Pərdis Fərcad-Azad bu klubda tanınıb. Amma Almaniyadan gətirilən cənubi azərbaycanlı “Sumqayıt”da yalnız milli pasport alıb, onu yetirmə saymaq qəbahətdi. Bu rola uyğun gələn yeganə futbolçu Bəxtiyar Həsənalızadədi ki, o da qışda “Zirə”yə gəlib.
 
“Keşlə”
Nəvaxtsa Sumqayıtda oynamış Tərlan Quliyev, Kamran Ağayev, Azər Salahlı, Slavik Alxasov, Amil Yunanov və başqaları var. Amma onlardan hansı bu klubda yetişib ki? Bəlkə də Azərlə Slavik – mübahisə etməyəcəm.
 
Siyahıda diqqətdən qaçan kimsə ola bilər, amma yenə də ümumi say 2-3 nəfəri keçməz. Bunun qarşılığında “Sumqayıt”ı bütün ölkə klublarında yetirməsi olan yeganə klub kimi təqdim etmək yolverilməzdi.
 
Vaxtilə belə olub. Arif Əsədov, Mehman Yunusov, Aqil Məmmədov, İsmayıl Məmmədov, Zahir Əsgərov, Seymur Rəhimov, Kamal Quliyev, Nazim Əliyev və daha neçə futbolçu ölkə klublarına səpələnmişdi və çempionluqların taleyini həll edirdilər. Onlardan sonra Sumqayıt futbolu ancaq işbazların əlində olub və heç kim yetişdirilməyib, klub daha çox milliləşdirilənlərin məkanı olub, oyunçu lazım olanda digər klublardan icarəçilər çağırılıb.
 
Məmmədovun dediklərinin əksini düşünək. Baxıb görək “Sumqayıt” üçün hansı klublar futbolçu hazırlayıb?
 
Qapıçılardan Mehdi Cənnətov milliləşdirilib, digər ikisi bu qış başqa klublardan gətirilib – biri “Neftçi”dən, digəri “Sabah”dan. Müdafiəçilərdən heç biri “Sumqayıt”da yetişməyib, hamısı müxtəlif klublarda oynayandan sonra bu şəhərə gəlib. Digər mövqelərdə Ülvi İsgəndərov, Yisif Nəbiyev və Ehtiram Şahverdiyev kimi “Qəbələ” yetirmələri, saysız milliləşdirilənlər, veteranlarla yanaşı, yerli uşaqlar da var. Amma onların sayı çox azdı, çünki ötən illər ərzində heç kim yetişdirilməyib, yalnız milliləşmə biznesi ilə məşğul olublar.
 
Və baş katib “Sumqayıt”a görə çox narahatdı...
 
CAVAD

 
tarix: 26-02-2019 11:43


 
Xəbər lenti
19.10.2019

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az