(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Hacıyevin “Səbail”i 2019-un ən yaxşısıdı!

Hacıyevin “Səbail”i 2019-un ən yaxşısıdı!

“Səbail” qış fasiləsindən sonra ən uğurlu çıxış edən komandadı. 4 oyuna 9 xalı hətta çempionluğa iddialılar da əldə edə bilməyib.
 
Əslində, nəticə maksimum olmalıydı. Amma “Zirə”ylə ev oyununda reallaşan şok məğlubiyyət Bayıl təmsilçisini geri saldı. Həmin matç “Səbail”in böyükhesablı qələbəsi ilə başa çatmalıydı. Qapı dirəkləri, rəqib müdafiəçilərinin və qapıçının fantastik oyunu həmin günə damğasını vurdu. Hətta “Səbail” o turda bu mövsümün ən yaxşı oyununu keçirmiş, amma autsayderi məğlub edə bilməmişdi.
 
Növbəti turda rəqib son pillədə olan, bu il xal üzü görməyən “Sumqayıt”dı. Möcüzə baş verməsə, “Səbail” daha bir qələbə qazanıb yoluna davam edəcək. Bir az bəxt gətirsə, komanda 2-ci pillə uğrunda mübarizəyə də qoşula bilər. “Neftçi”ylə “Qarabağ”ın qeyri-sabit çıxışı davam etdikcə bu ehtimalın reallığa çevrilməsi də mümkündü. Cəmi 8 xallıq fərq var və onu əritmək hazırda ən formada olan komanda üçün problem olmaz.
 
Həmişə Aftandil Hacıyev haqda mənfi fikirdə olmuşam. Onun təcrübəsizliyi dəqiqdi, amma həm də xaraktersiz biri olduğunu düşünmüşəm. Komandanın 3-cü pillədə olmasını da bəxt amilinə bağlayıb, texniki nəticələrlə qazanılan 6 xalın bu işdə həlledici rol oynadığı qənaətində idim.
 
Qış fasiləsinə kimi komandanın oyun tərzini də bəyənmir, transferlərin uğursuz olduğunu düşünürdüm. İndi də bu fikirdəyəm – “Səbail”də olan legionerlərin bir çoxu yüksək səviyyəli deyil. Heç yerli oyunçular da ən yaxşılar deyil. Amma Hacıyev çox əla komanda formalaşdıra bilib. Komandanın oyununda düşüş ola bilər, bununla belə, 3-cü dövrənin ən yaxşı komandası məhz “dənizçilər”di. Oyun dəst-xətti, nizam-intizam, məşqçinin oyuna müdaxiləsi – hər şey yerindədi. Ortabab futbolçularla möhkəm komanda yaradılıb.
 
Fasilədən sonrakı ilk turda “Keşlə”nin səfər matçında darmadağın edilməsi hər şeyin başlanğıcı oldu. 3:0-la startı yəqin heç Aftandil də gözləmirdi. Bəlkə də bu nəticə eyforiyaya səbəb oldu və “Zirə”ylə ev matçında 0:2 qeydə alındı. Nəticəyə baxmayaraq, bir daha təkrarlayaq ki, həmin matçda “Səbail” 3-4 top fərqi ilə üstün olmalıydı.
 
Növbəti turda “Sabah”la matçın ilk yarısı yaxşı alınmadı, qonaqlar daha yaxşı təsir bağışlayırdı. Fasilədə Hacıyev məşqçi bacarığını göstərdi, oyunu çevirdi və yeganə qolla qələbəyə nail oldu.
 
Aftandilin yetirmələri ən parlaq nəticəni son turda qazandılar. Lider “Neftçi”ni səfərdə yenməyi bu mövsüm heç kim bacarmamışdı. “Dənizçilər” fasiləyədək 2 qol vurdu, ikinci hissədə isə hesabı qorumağa çalışdı. Rəqib fərqi azaltsa da, qələbə qonaqların oldu.
 
Bu 4 oyunun hamısını izləmişəm və Antalyada məşqçilərin əla işlər gördüyünü deyə bilərəm. Qış toplanışı çox uğurlu alınıb, komandada aşkar yüksəliş hiss olunur. Bir çox futbolçular, xüsusilə də Yevgeni Koçuk, Elvin Yunuszadə, Fəhmin Muradbəyli, Ağabala Ramazanov ən yaxşı şəkildə hazırlanıb. Qeyri-adi nəsə baş verməsə, bu komanda çox şeyə nail olacaq.
 
Artıq Avropa Liqasına vəsiqə təmin olunmaq üzrədi. Düzdü, bunun üçün minimum 3-cü pillədə qərarlaşmaq lazımdı. Kubokda “Sumqayıt”la “Zirə”dən birinin sürpriz etmək ehtimalını nəzərə alsaq, komanda 4-cü pilləyə düşməməlidi. Bu yolda əsas rəqib olan “Qəbələ”nin qeyri-sabit oyunu da “dənizçilər”ə ümid verir. Amma rəqiblərə fikir vermədən, öz oyununu oynasa, “Səbail”in başqasının bədbəxtliyini arzulaması lazım gəlməyəcək.
 
Hacıyev böyük işlər görür və yeni məşqçi nəslinin ən parlaq nümayəndələrindən biri olmaq imkanı var. Psixoloq bacarığı, taktiki savadı yerindədi, analiz qabiliyyəti var, rəqibləri yaxşı “oxuyur”, intizama bir az da diqqət etsə, gələcəkdə böyük işlər görəcək. “Səbail”in mövsümün əvvəlində risk edib, Premyer Liqada debüt şansı verdiyi bu məşqçi öz əsərini ortaya qoymaqdadı.
 
Aftandil buna kimi “Qarabağ”ın əvəzediciləri ilə çempionluq yaşamışdı. Onun Rəşad Sadıqovun yanında qalmaq imkanı var idi, amma müstəqil çalışmağa qərar verdi və riski özünü doğrultdu. Hacıyev hazırda özünü isbatlamağa çalışanlardandı, avrokuboklarda işi çətin olacaq. Hətta orada da uğurlu olsa belə, dayanmamalı, üzərində işləməli, xaricə təcrübə keçməyə getməli, öyrənməli, biliyini artırmalıdı. Sovet futbolundan qalma, köhnə fikirli məşqçilərin yerini məhz Hacıyevin timsalında savadlı özümüzkülər tutmalıdı.
 
Rəhbərlik mövsümün əvvəlində risk etdi və buna görə özləri ilə qürur duymalıdılar. Qarşıda uğursuz oyunlar da ola bilər, məhz o zaman Aftandilin arxasında dayanmaq, ona dəstək vermək lazım gələcək. Klub rəhbərliyi arasındakı ikitirəlikdən təsirlənməsə, bu, işinə mane olmasa, Hacıyev “Səbail”lə çox uzağa gedə bilər.
 
Bayıl təmsilçisi hələlik 3-cü dövrənin ən yaxşısıdı. Çempionatın sürpriz komandası olmaq üçün medalçılar sırasına düşmək kifayət edəcək.
 
CAVAD

 
tarix: 27-02-2019 09:00


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az