(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Srna millimizlə oyun üçün qayıdır

Srna millimizlə oyun üçün qayıdır

"Kalyari"nin futbolçusu Dario Srnanın Xorvatiya yığmasına qayıtması gözlənilir. Xorvatiya mətbuatına inansaq, buna səbəb "damalılar"ın müdafiə xəttində yaranmış problemdi.
 
Məsələ burasındadı ki, martın 21-də Avro-2020-nin seçmə qrup mərhələsində ilk oyununu yığmamıza qarşı keçirəcək xorvatlarda aparıcı müdafiəçilər sıradan çıxıb. Belə ki, mərkəz müdafiəçisi Deyan Lovren bir müddətdi zədədən əziyyət çəkirsə, sağ və sol cinah oyunçuları Şime Vrsalko ilə Yosip Pivariç əməliyyat olunub. Cinaha oyunçu tapa bilməyən baş məşqçi Zlatko Daliç ən azı Azərbaycan və Macarıstanla gələnaykı oyunlar üçün sabiq kapitanın qayıtmasını istəyir. 36 yaşlı futbolçunu buna razı salması üçün onun millidəki ən yaxın dostu Luka Modriç təlimatlandırılıb.
 
Yığma karyerasını başa vuran Srna ötən il də dəvət almışdı. Lakin həmin vaxt həm oyun praktikasının azlığından, həm də Vrsalkonun ehtiyat qüvvəsi olmamaq üçün qayıtmaqdan imtina etmişdi. İndi vəziyyət fərqlidi. Hazırda "Kalyari"də müntəzəm çıxış edən Xorvatiya millisinin rekordçusu müsbət cavab versə, Azərbaycan və Macarıstanla seçmə mərhələ oyunlarında meydana çıxacaq.
 
Qeyd edək ki, 2002-ci ildən 2016-cı ilə qədər Xorvatiya millisinin şərəfini qoruyan Dario Srna 134 oyunla rekordçudu. Onun aktivində 22 qol var.

 
tarix: 27-02-2019 09:52


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az