(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Emin Mahmudov: "Bölgə klubları olmadan..."

Emin Mahmudov: "Bölgə klubları olmadan..."

Millimizin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyada kifayət qədər məşhurdu. O, “Spartak”, “Krılya Sovetov”, “Tom” və “Mordoviya”da çıxış edib. 26 yaşlı yarımmüdafiəçi Portuqaliyanın “Boavişta” klubunda legioner həyatı yaşayıb.
 
Emini unutmayan news.ru saytı ondan müsahibə götürüb.
 
- Ötən mövsümdən Azərbaycanda çıxış edirsiniz. Çempionatın səviyyəsi ilə bağlı fikirləriniz necədi?
- Çempionatın səviyyəsi Rusiya və Portuqaliyadakından geridədir, lakin çox da zəif deyil. Məsələn, biz ötən mövsüm Çempionlar Liqasında, bu mövsüm isə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”la çempionluq uğrunda mübarizə aparırıq.
 
- Bəs bu iki komanda ilə başqa rəqabət apara bilən klub yoxdur?
- Hesab edirəm ki, bu mövsüm əsas mübarizə bu iki komanda arasında gedəcək. Lakin bundan sonra hər oyun daha çətin keçəcək.
 
- Sizin fikirinizcə, çempionatda 8 komanda çox az deyil?
- 8 komanda, əlbəttə, kifayət deyil. Manatın dəyərini itirməsi ölkə futboluna da təsir etdi. Amma düşünürəm ki, yavaş-yavaş klubların da sayı artacaq. Bölgələrdə futbolun olması vacibdir. Bölgə klubları olmadan stadionda azarkeş sayı çox olmayacaq və istedadlar üzə çıxmayacaq.
 
- Rusiya və Azərbaycan çempionatlarını müqayisə edə bilərsinizmi? Sizcə, “Qarabağ”la “Neftçi” Rusiya Premyer Liqasında hansı yerlər uğrunda yarışa bilər?
- “Qarabağ” və “Neftçi” ikinci səkkizlikdə olarlar. Hər hansısa oyunda güclü Premyer Liqa klubunu məğlub edə bilərik. Ancaq ümumi baxsaq, Rusiya futbolu daha güclüdür. Rusiyada pul daha çoxdur və legionerlərin də ustalıq səviyyəsi yüksəkdir.
 
- Statistikalar göstərir ki, bu mövsüm az oynayırsınız. Bunun səbəbi nədir?
- Bu mövsüm az oynamağımla bağlı göstərilən statistika səhvdir (gülür). Mövsüm başlayandan zədəli kapitanımız Ruslan Abışovun əvəzinə bazubəndi mən taxıram.
 
- Uzun müddət Rusiya Premyer Liqasında çıxış etdiniz. Rusiya üçün darıxırsınız?
- Qışda, soyuqlar düşəndə və fasilə yarananda hərdən darıxıram. Amma şaxtalı havada meydana çıxmadığım üçün də çox xoşbəxtəm (gülür).
 
- “Boavişta”dan ayrıldıqdan sonra Rusiyaya qayıtmaq variantınız var idi?
- “Boavişta” ilə müqaviləyə transfer pəncərəsinin bağlanmasına bir gün qalmış xitam verdim. Düşünməyə vaxt yox idi. “Neftçi” mənimlə çoxdan maraqlanırdı, ona görə də dərhal gəlməyə qərar verdim. Həmin müddət oyun təcrübəsi qazanmaq istəyirdim.
 
- Rusiyada köhnə komanda yoldaşlarından kimlərlə münasibət saxlayırsınız?
- Hər kəslə çox ünsiyyətdə olduğumu deyə bilmərəm. Hazırda “Rubin”də oynayan İbrahim Çallaqovla əlaqəm var. Digərləri ilə vaxt olanda münasibət qururam.
 
- Səhv etmirəmsə, yaxın keçmişdə bir çox Azərbaycan klubları böyük maliyyə problemləri yaşadı. Bu məsələ indi necədir?
- Ümumiyyətlə, əvvəl dediyim kimi, Azərbaycan valyutasının çökməsindən sonra futbolda böyük problemlər yaşanıb. Buna görə də klubların sayı azaldı, əsas da bölgə təmsilçilərinin.
 
- Yaxın gələcəkdə Premyer Liqada klubların sayının artması gözlənilir?
- Mən ümid edirəm ki, yerli futbol daha da böyüyəcək. Ancaq infrastruktur yaxşı olmadan qlobal inkişafdan danışmaq çətindir. Təəssüf ki, “Qəbələ”dən başqa akademiyasına regionlardan uşaq götürəcək klub yoxdur. Hesab edirəm ki, Azərbaycan futbolunun əsas problemi budur.
 
- Azərbaycan milli komandası ilə bağlı məsələyə toxunmasam, olmaz. AÇ-2020-nin seçmə mərhələsi barədə fikirləriniz necədir?
- Qrupun çox çətin olduğu aydındır. Fikrimcə, başqa komandalarla da düşsəydik, təəssüf ki, favorit olmayacaqdıq. Yalnız hər oyunda mübarizə aparmaq, xal qazanmaq və turnir cədvəlində yuxarı yerlərə qalxmaq lazımdır. Mən başqa yol görmürəm.

 
tarix: 27-02-2019 10:44


 
Xəbər lenti
15.10.2019

12:21   Millimiz San Marino ilə üz-üzə

12:07   AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48   Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

11:21   Uçurumun dibində: dövləti unutduran AFFA

11:03   Cüzeppe Rossi rəsmən La Liqa klubunda

10:51   “Fənərbaxça”nın zədəliləri sıraya döndü

10:37   Paytaxt klubunda yeni futbolçu

10:23   Almeyda APOEL-ə qarşı oynaya biləcək

10:12   Təhlükəli mitinq oyunu

10:00   Almaniya klubundan türk futbolçu ilə bağlı sərt qərar

09:39   PSJ-də Neymar şoku – 4 həftə olmayacaq

09:27   Fransa klubunda yeni baş məşqçi

09:11   “Spartak” Tedeskoya tapşırıldı

09:00   Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

08:45   Macarlar qrupdan çıxsa, Bəhlula hədiyyə göndərəcək

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az