(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Toparlanmaq zamanı: “Neftçi”nin səhv limiti qalmadı

Toparlanmaq zamanı: “Neftçi”nin səhv limiti qalmadı

Bəzən belə zərbələr də lazımdı. Ayılmaq, silkələnmək, özünə gəlmək üçün. Rəqibin büdrəyibsə, arxayınlaşmaq yox, bu aqibətin səni də gözlədiyini anlayaraq sayıq olmaq lazımdı.
 
Əla şansdı. “Neftçi” uzun illərdən sonra ilk dəfə çempionluğa bu qədər yaxındı. “Qarabağ”la əyani mübarizələri uduzmayan, əksinə, üstün olan bakılılar digər rəqiblərlə oyunlardakı xal itkilərinə görə ağdamlıları özünə şərik edib. Halbuki belə üstünlüklə birnəfəsə irəliləmək, zirvədə möhkəmlənmək lazım idi.
 
“Neftçi” 2019-a çox pis başlayıb. 4 tura 1 qələbə və cəmi 5 xal çempionluğa oynayan komanda üçün bağışlanmaz səhvdi. “Qarabağ”dan bu qədər irəlidə olduğu halda şansı qaçırmağı baş məşqçi Roberto Bordinə bağışlamaq olmaz. Çünki komandanın büdrəmələrində birbaşa onun rolu var. Heyətdə yersiz dəyişikliklər, oturuşmuş “11-liy”in laxladılması sonrakı uğursuzluqların birbaşa səbəbidi.
 
“Neftçi”nin rahat oynaması üçün hər imkanı, hətta büdrəmə limiti də var idi. Bunu çox tez - 17-ci turda istifadə etdi, “Zirə”ylə heç-heçə vəziyyəti qəlişləşdirdi. Amma növbəti turda eyni səhvi “Qarabağ” da təkrarladı, çempion, əsas izləyici “Sabah”la matçda 1 xalla kifayətləndi. “Neftçi” bir gün sonra meydana çıxdığından, yenidən qış fasiləsinə yollanarkən əldə etdiyi fərqi yarada bilərdi. Lakin “Səbail”lə oyunda faciəvi nəticə yaşandı.
 
Həm futbolçuların 2 dəfə yendikləri rəqiblə görüşə arxayın çıxması, həm də Bordinin heyət yanlışlıqları məğlubiyyəti şərtləndirdi. Əsas rəqiblə xallar bərabərləşdi. Sanki mübarizə yenidən başlayır.
 
Hətta indiki vəziyyətdə də hər şey “Neftçi”nin öz əlindədi. Qalan matçlarda ağdamlılardan çox xal itirmə, şəxsi göstəricilərdə üstün olduğun bu rəqiblə son oyunda uduzma və çempion ol.
 
Vəziyyət çox qəlizləşib, lakin ümidsiz deyil. Sadəcə, toparlanmaq, oyunlara daha ciddi yanaşmaq lazımdı. “Neftçi” fanatları üçün 1-ci pillədən başqa yer yoxdu, onlar haqlıdı. Lakin azarkeşlər həm də ona görə lazımdı ki, ən pis vaxtda dəstək olsunlar. Reallıqları, əsas rəqibin gücünü, imkanlarını da nəzərə almaq gərəkdi. Oturuşmuş heyətə malik “Qarabağ” qarşısında “Neftçi” həm mübarizə aparır, geri qalmır, həm də yeni komanda quruculuğu işi aparılır.
 
Ağdamlıların əvəzedici heyətə göndərdiyi legioneri “Neftçi”nin ən ödənişli futbolçusundan bahadırsa, mənzərə aydındır. Bəli, paytaxt klubunda da son illər çox səhvlər edilib, büdcə dağıdılıb, lakin sabiqlərin nöqsanını indiki rəhbərliyin üstünə də yıxmamalıyıq. Klubun cari xərcləri öz yerində, baza tikintisi davam etdirilir, üstəlik, keçmiş rəhbərliyin günahı üzündən kredit ödənilir. Bütün bunlarla yanaşı, “Neftçi”nin indiyədək zirvədə qalması da böyük uğurdu.
 
Amma başqa reallıqlar da var. “Qarabağ”ın başı Avropa Liqasına qarışarkən yaradılan xal fərqini qorumaq mümkün idi. “Neftçi” büdcə və heyətcə daha zəif olan komandalara xalla bağışlamaqla səhv edir. Bu isə artıq futbolçu və məşqçi heyətinin günahıdı. Onlar 3 oyunda “Qarabağ”a uduzmayıb, əvəzində autsayderlərə xallar bağışlayıb. Belə qeyri-sabitliyin cəzası ağır olur. İndi toparlanmaq, azarkeşlərlə bütünləşmək, səhv etmək limitinin tükəndiyini anlamaq lazımdı.
 
AĞA

 
tarix: 27-02-2019 12:09


 
Xəbər lenti
23.05.2019

21:22   “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38   Avroliqanın Bakı finalına yeni formalarla

17:46   La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07   “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41   Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05   “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51   Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41   Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:12   Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44   UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25   “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06   Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26   43 yaşında karyerasını başa vurdu

13:05   “Sabah” futbolçu seçimi elan etdi

12:48   Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27   Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01   David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42   Rusiya kubokunun qalibi bəlli oldu

11:24   “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az