(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm”

“Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm”

“Səbail”in yeni transferi İmanol İriberri klubun rəsmi saytının suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Karyeranıza baxarkən diqqəti ilk cəlb edən indiyə qədər oynadığınız klubların sayı olur. Tez-tez, demək olar ki, hər mövsüm klub dəyişmisiniz. Bunun səbəbi nə idi?
– Argentinadan çox gənc yaşımda ayrıldım, Paraqvaya getdim. Bu, ilk təkan idi. Karyeramın çox hissəsini Venesuela və Boliviyada keçirmişəm. Bəzən getdiyim ölkələrdə olan vəziyyət mənim orada uzun müddət qala bilməməyimə gətirib çıxarıb. Bəzən yaxşı təkliflərə və bəzən isə daha yaxşı hədəflərə görə başqa klublara getmişəm. Venesueladakı siyasi vəziyyətə görə qərara aldım ki, ailəmlə birlikdə oranı tərk edim. Mənim üçün futbolda maddi maraqlar hər zaman ikinci planda olub. Fikirləşirəm ki, futbol Allahın bir lütfüdür. Qısa futbolçu karyerası ərzində futboldan öyrənmək, oyundan həzz almaq daha önəmlidir.

– Argentina, Paraqvay, Portuqaliya, Venesuela və s. kimi ölkələrin klublarında oynamısınız. İndi isə tam fərqli bir futbol mühitinə düşmüsünüz. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Düzünü deyim ki, həmişə Azərbaycana gəlmək şansım olub. Hələ “Boavişta”da oynayarkən menecerimlə bu barədə söhbət etmişdim. Əlbəttə, futbol cəhətdən hər bir ölkənin özünəməxsusluğu var. Həmişə başqa ölkəyə gedərkən adaptasiya bir az çətin olur. Amma Bakıya gəlməzdən əvvəl burada oynayan dostlarımdan Huqo Barqas Qarsiya ilə Azərbaycan futbolu barədə danışmışdım və ölkə haqqında çox müsbət fikirlər eşitmişdim. Bu şans yarananda, artıq heç bir tərəddüd etmədən qəbul etdim. Burada həm futbolçular, həm çempionat məni müsbət mənada çox təəccübləndirdi.

– Ölkəmiz barədə eşitdikləriniz sayəsində formalaşan təsəvvürünüz və burada gördükləriniz bir-birini nə dərəcədə tamamlayır?
– Hər bir futbolçu hər hansı ölkəyə getməzdən öncə özü üçün araşdırma aparır, dost-tanışlarından məsləhət alır. Hər zaman Azərbaycan barədə müsbət təsəvvürüm olub. Buraya gəldikdən sonra həqiqətən çox düzgün qərar verdiyimə əmin oldum. Bakı çox gözəl şəhərdir. İnsanlar həddindən artıq mehribandır. Hələ ilk gündən bunu hiss etdim. Baxmayaraq ki, “Səbail” gənc klubdur, inanıram ki, biz çalışaraq öz hədəflərimizə nail olacağıq.

– Artıq çempionatımızda debüt etmisiniz. İlk oyununuz barədə təəssüratlarınız necədir?
– "Sabah"la matçın ikinci hissəsində meydana daxil oldum. Əlbəttə, əvəzetmədən oyuna daxil olmaq asan deyil. Çünki başqa futbolçularla eyni ritmdə olmursan, digərləri ilə konsentrasiya fərqli olur. Amma sevinirəm ki, qalib gəldik. Çempionat çox çətindir və qarşıda bizi ağır oyunlar gözləyir. Fikrimcə, daha az səhvə yol verən komanda müsbət nəticəyə daha yaxın olacaq. 

– Komandadakı ab-hava sizi qane edirmi?
– Çox istedadlı, sadə və çalışqan komanda ilə qarşılaşdım. Birinci məşq çox çətin idi. Adaptasiya dövrü, uyğunlaşma… Amma futbolun bir dili var, bütün dünyanın hər yerində futbolun dili eynidir və bu dil bizi birləşdirir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar məni çox mehriban qarşıladılar. Komandamızda istedadlı oyunçular var və əminəm ki, hədəflərimizə nail olacağıq. Bunun üçün bütün varlığımla səy göstərəcəyəm. Çünki Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm.

– “Səbail”in azarkeşlərinə sözünüz…
– Azarkeşlərimizin hər zaman “Səbail”in yanında və hər zaman “Səbail”ə dəstək olmalarını arzu edərdim.


 
tarix: 27-02-2019 16:23


 
Xəbər lenti
19.10.2019

13:22   Test

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az