(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt” missiyasını icra edə bilmir!

“Sumqayıt” missiyasını icra edə bilmir!

Dünən Azərbaycan U-17 millisinin toplanış üçün heyəti açıqlandı. Baş məşqçisi məlum olmayan yığmaya hazırlıq müddətində aşağı yaş qrupları üzrə koordinator Miloş Velebit rəhbərlik edəcək. Serb mütəxəssis 27 futbolçuya dəvət göndərib. Onlar Premyer Liqanın 7 klubu – “Neftçi” (7), “Qəbələ” (5), “Zirə” (5), “Sabah” (4), “Qarabağ” (3), “Səbail” (1), “Keşlə” (1) və İsveç “Savedalense”sini təmsil edir.
 
Diqqət yetiriləcək məqamlar çoxdu: niyə ancaq Premyer Liqa klublarının yetirmələri yer ala bilib, “Qəbələ”dən başqa heç bir bölgə təmsilçisindən milliyə gələ biləcək futbolçu yoxdu, I Divizion klubları futbolçu yetişdirə bilmir və s. Daha bir maraqlı məsələ isə “Sumqayıt”dan bir nəfərin belə “27-liy”ə düşə bilməməsidi.
 
“Səbail”, “Keşlə”, “Zirə” olsa, fikir verməmək mümkün idi, ancaq axı “Sumqayıt”ın mövcudluq səbəbi kimi millilərə futbolçu hazırlanması göstərilir. İki gün əvvəl isə AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport”un efirində “Sumqayıt”ı bütün Premyer Liqa təmsilçilərində yetirməsi olan yeganə klub (?) kimi təqdim edib. Guya orda legioner oynamır, milliyə futbolçu hazırlanır və s.
 
“Sumqayıt”ın AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda cari nəticələrinə diqqət edək...
 
U-10 Liqası. “Sumqayıt” cəmi 4 komandanın mübarizə apardığı şimal regionunun Sumqayıt bölgəsində yarışır. Digər rəqibləri çox zəif olan komanda liderdi.
U-11 Liqası. “Kimyaçılar” yenə 4 komandalı liqada çıxış edir. Ancaq bu dəfə “Sumqayıt”ın nəticəsi pisdi. Komanda 3-cü pillədə qərarlaşıb.
U-12 Liqası. Sumqayıt təmsilçisi Bakı zonasında mübarizə aparır. Komanda 19 iştirakçı arasında 8-cidi.
U-13 Liqası. “Sumqayıt” 15 iştirakçı arasında 9-cu yeri tutub və pley-offa keçə bilməyib.
U-14 Liqası. 15 komanda arasında 10-cu yeri tutan “kimyaçılar” pley-offdan kənar qalıb.
U-15 liqası. “Sumqayıt” 14 iştirakçı arasında 8-cidi. Maraqlıdı ki, ilk 7 komanda Premyer Liqa təmsilçilərinindi və bu baxımdan “kimyaçılar” autsayderdi.
U-16 liqası. 14 komanda arasında 10-cu yer. “Sumqayıt” yenə Premyer Liqa klubları arasında ən pis nəticəyə malikdi.
U-17 Liqası. “Sumqayıt” 12 komanda arasında 8-cidi. Elita təmsilçilərindən təkcə “Səbail” daha aşağı mövqedədi.
Gənclər Liqası (U-19). 8 komanda arasında sonuncu pillə. Bu turnirdə yalnız Premyer Liqa klubları təmsil olunur.
 
Real durum məhz bu cür və acınacaqlıdı. Əsas komandası çoxdan legionerxanaya çevrilən (və autsayder olan) “Sumqayıt”ın aşağı yaş qruplarının da nəticələri biabırçıdı. İrandan, İsraildən, Dağıstandan, Türkiyədən... Azərbaycana hər hansı formada bağlantısı olan (və ya heç o da olmayan) lazımsız legionerləri gətirməklə xidmət edilmir ölkə futboluna. Əslində, belə mənzərəni normal qəbul etmək lazımdı. Başı menecerlik fəaliyyətinə, müştərisi olan futbolçulara klub tapmağa, millilərə baş məşqçi axtarmağa, kluba gətirdiyi legionerlərin milliləşdirilmə proseslərinə, sədri olduğu Klublar Komitəsində vacib məsələləri qeyd eləməyə və s. qarışan Riad Rəfiyevin əsas komandaya necə vaxt ayırdığını sorğulamışdıq, bəlkə heç akademiyanın nəticələri barədə məlumatlı belə deyil. (Futbolpress)


 
tarix: 27-02-2019 18:23


 
Xəbər lenti
22.07.2019

13:00   “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37   “Napoli”ni “Benfika”ya dəyişdi

12:16   295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:30   “Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - YENİLƏNİR

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:10   “Qarabağ”ın potensial rəqibi məlum olur - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az