(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Martyoşkin Lənkəran azarkeşlərini unuda bilmir

Martyoşkin Lənkəran azarkeşlərini unuda bilmir

"2004-cü ildə Dmitri Nejelevlə birlikdə "Xəzər Lənkəran"a keçdik. O, orda çox oynamadı. Təəssüf ki, indi bir-birimizi nadir hallarda görürük" - bunu "Xəzər Lənkəran"ın sabiq qapıçısı Aleksandr Martyoşkin deyib.
 
Hazırda ölkəsi Belarusda uşaq futbol komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən 49 yaşlı mütəxəssis Rusiya mətbuatına geniş müsahibə verib. Futbolçu karyerasını vərəqləyən Martyoşkin 2004-05-ci illərdə formasını geyindiyi "Xəzər Lənkəran"ı da xatırlayıb: "2004-cü ildə "Xəzər Lənkəran"dan çox maraqlı təklif gəldi. Mən maliyyə tərəfdən danışmıram. O illərdə Azərbaycan futbolu ətrafında fantastik ajiotaj var idi. Ordakı bu cür həyəcanı yalnız Türkiyədə görmək olardı. Komandamız Bakıdan xeyli uzaqlıqda məskunlaşmışdı. Amma paytaxtda olduğum zaman, demək olar ki, hamı məni tanıyırdı. Yerli KİV-də - qəzetlərdə, radioda olan futbola diqqət insanları cəlb edirdi. 2004-05 mövsümündə "Xəzər Lənkəran"la "Neftçi" arasında "Qızıl oyun" keçirildi. Bu, böyük Azərbaycan futbolu idi. 1:2 hesabı ilə məğlub olduq. Əla heyətimiz olduğundan, bu yenilgi bizi çox məyus etdi. Növbəti mövsüm yerli assosiasiya əcnəbi limitini məhdudlaşdırdı. 5 əcnəbi əvəzinə meydana cəmi 3 əcnəbi çıxmalı idi. "Xəzər Lənkəran"da da baş məşqçi dəyişikliyi oldu. Yeni gələn məşqçi isə öz qapıçısını - azərbaycanlını gətirdi. Mən də ehtiyatda oturmamaq üçün Belarusa qayıtdım".
 
Martyoşkin karyerası ərzində gördüyü ən yaxşı azarkeşlərin də "Xəzər Lənkəran" fanatları olduğunu vurğulayıb: "Lənkəranlı fanatları yalnız xoş xatirələrlə yadımdadı. "Xəzər Lənkəran"da olanda səfər oyunlarımıza müntəzəm olaraq 10-12 avtobus dolu azarkeşimiz gedirdi. Həm evdə, həm də səfərdə bizə yüksək səviyyədə dəstək olurdular. Azərbaycanda futbol çox sevilir. Təkcə məşqlərimizə bir neçə min azarkeş gələrdi".
 
Martyoşkin 2005-06 mövsümündə "Xəzər Lənkəran"ın avrokuboklardakı debütünü də xatırlayıb: "UEFA Kubokunun I təsnifat mərhələsində "Nistru" ilə qarşılaşanda Moldova klubunun gücünü yüksək qiymətləndirdik. Uşaqlara xəbərdarlıq etdim ki, "Nistru" güclü komandadı. Çünki əvvəllər Soliqorsk "Şaxtyor"unda olarkən onlara qarşı oynamışdım. Nəticədə səfərdə 1:3 hesabı ilə məğlub olduq. Evdə qələbə üçün yaxşı imkanlarımız olmasına baxmayaraq, bu dəfə 1:2 hesabı ilə uduzduq. Mən "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra komanda ölkə çempionu oldu, avrokuboklarda çıxış etdi. Ancaq bir neçə il əvvəl fəaliyyətini dayandırdı. Ordan ayrıldıqdan bir az sonra isə məşqçiliyə başladım".

 
tarix: 28-02-2019 11:09


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az