(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Premyer Liqada say artımı olmayacaq: divizion klubları elitaya can atmır

Premyer Liqada say artımı olmayacaq: divizion klubları elitaya can atmır

2019/2020 mövsümündə Premyer Liqada iştirak etmək istəyən 9 klub kadr-inzibati, idman, hüquq və infrastruktur meyarları üzrə tələb olunan sənədləri AFFA-ya təqdim edib. Bu barədə “Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə, klublardan 8-i Premyer Liqa, 1-i isə I divizion təmsilçisidi: “Lisenziyalaşdırma dövrü açıq elan olunandan sonra elita ilə yanaşı, bütün I divizion klubları Premyer Liqa üçün ərizə vermişdilər. Lakin real olaraq sənədləri təqdim etməyə başlayan, mütəmadi əlaqə saxlayan hələlik 1 klubdur. Ötən il də belə hal olmuşdu. Öncədən müraciət gəlsə də, sonradan mövsüm boyu real sənəd təqdim edənlərin sayı çox az oldu. Hazırda lisenziyalaşdırma prosesi davam edir. Kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üçün sənəd qəbulunun müddəti başa çatıb. Hüquq meyarında bank zəmanəti və maliyyə meyarı ilə bağlı sənəd qəbulu üçün son tarix 31 martdı. Bu iki meyarda hər hansı sənədin çatışmazlığı aşkar olunarsa, kluba aprelin 10-dək vaxt verilə bilər. Artıq bir neçə klubla danışıq olub, yaxın günlərdə bank zəmanət məktubunu təqdim edəcəklər. Bu baxımdan digər klublarla bağlı problemin olacağını düşünmürəm”.
 
Hacıyev deyib ki, bundan sonra I divizion klublarından hansınınsa sənədləri təqdim etməsi real görünmür: “Təcrübəyə əsasən deyə bilərəm ki, bu tarixlərdən sonra I divizion klubunun sənədlərini düzgün şəkildə təqdim etməsi real deyil. Belə hal baş versə və sonda bu, elitaya gedəcək yeganə klub olsa, o halda məsələyə Lisenziyalaşdırma Komissiyasında və İcraiyyə Komitəsində baxıla bilər. Amma bununla bağlı bir söz demək çox çətindi. Çünki son tarixlər var. Futbolun inkişafı üçün hər hansı pozitiv məqam olduğu təqdirdə, məsələyə bəlkə hansısa istisna hal kimi baxıla bilər".
 
Göründüyü kimi, yalnız bir divizion təmsilçisi elitaya can atır. Deməli, bizi 10 komandalı Premyer Liqa gözləmir. Ən yaxşı halda inbiki “səkkizlik”dən sonuncusu yerini itirəcək və onu müraciət edən divizion klubu – onun da sənədləri qaydasında olsa - əvəz edəcək. Yalnız İcraiyyə Komitəsinin qərarı ilə, bu qurum məsuliyyəti üzərinə götürəcəyi təqdirdə belə komandaların sayı arta bilər.

 
tarix: 01-03-2019 09:41


 
Xəbər lenti
20.10.2019

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az