qaynar xətt
Avropada derbi həftəsi
Bu həftə Avropanın aparıcı ölkə çempionatlarında bir-birindən maraqlı derbilər baş tutacaq.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər İspaniya, İngiltərə, İtaliya və Portuqaliya çempionatlarında böyük maraqla gözlənilən bir neçə oyuna şahid olacaqlar.
İspaniya La Liqasında növbəti “el klasiko” baş tutacaq. Madrid “Real”ı bir neçə gün öncə kubok çərçivəsində doğma meydanda böyük hesabla uduzduğu əzəli rəqibi “Barselona”nı qəbul edəcək. 26-cı tur çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçiriləcək bu görüşdə madridlilərə qələbə hava-su kimi lazımdı. Lider Kataloniya klubundan 9 xal geridə olan “Real” bu dəfə uduzacağı halda, çempionluq şanslarını daha da azaldacaq. Sabah baş tutacaq bu oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək.
İtaliya A Seriyasında isə iki paytaxt klubu - “Latsio” və “Roma” qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda keçiriləcək bu görüş sabah saat 23:30-da başlayacaq. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan əzəli rəqiblərin dueli bu üzdən 6 xallıq əhəmiyyət daşıyır.
A Seriyasının 26-cı turu həm də “Napoli” - “Yuventus” matçı ilə əlamətdar olacaq. Neapol təmsilçisi bazar günü keçiriləcək və Bakı vaxtı ilə 23:30-da başlayacaq bu görüşdə liderlə xal fərqini azaltmağa çalışacaq. Əks halda Turin təmsilçisi digər rəqiblər kimi, “Napoli” üçün də əlçatmaza çevriləcək.
İngiltərə Premyer Liqasının 29-cu turunda da 2 maraqlı oyun baş tutacaq. “Tottenhem” paytaxt derbisində “Arsenal”la, “Everton” isə “Liverpul”la qarşılaşacaq. London derbisi sabah (16:30), Mersisayd derbisi bazar günü (20:15) keçiriləcək.
Portuqaliya Premyer Liqasında isə 24-cü tur “Portu” - “Benfika” derbisi ilə əlamətdar olacaq. Sabah “Draqau” stadionunda keçiriləcək bu oyun Bakı vaxtı ilə 00:30-da start götürəcək. “Portu” 57 xalla zirvədə, “Benfika” isə 56 xalla ikinci pillədə qərarlaşdığından, bu oyuna böyük maraq var.
02:50 “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR
02:00 ÇL-də qrup mərhələsinə yekun vuruldu
21:44 “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı
19:52 Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”
18:00 “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır
17:39 4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu
17:14 Çempionlar Liqasında eşşək pankartı - FOTO
16:53 Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”
16:37 Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…
16:07 Lippertlə veteranlara münasibətdəki fərq
15:58 Bir həftədə 7-ci ayrılıq
15:33 Mourinyo onları Almaniyaya aparmadı
15:00 AFFA-dan beş komandaya texniki məğlubiyyət
14:20 Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı
14:00 “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev
13:50 AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza
13:40 Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”
13:30 “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza
13:23 Şəxsi karyera üçün düşünülmüş mükafat
13:17 “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO
13:10 “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu
13:00 Sampaoli istefaya göndərildi
12:40 “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO
12:20 Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də
12:00 “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO
11:42 “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü
11:21 “Napoli” Ançelottini qovdu
11:00 Premyer Liqa klubu baş məşqçisini qovur
10:30 Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”
10:00 “Liverpul” bunu 11 il sonra bacardı
09:30 Fransa yığmasında Deşamla yeni müqavilə
09:00 UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb