(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Şəkidə futbolçu qızlar stereotipləri necə dağıdırlar? - VİDEO

Şəkidə futbolçu qızlar stereotipləri necə dağıdırlar? - VİDEO

2017-ci ildə rəqibin qapısından keçirdiyi 56 qol ilə Nahidə Məmmədova qızlar arasında futbol üzrə U-13 liqasının bombardiridi.

Futbolinfo.az xəbər verir ki, 15 yaşlı Nahidə və onun komanda yoldaşları Şəki şəhərinin "Gənclik" komandasındandı.

Şəkinin mühafizəkar əhalisi hesab edir ki, futbol hara, qız hara. "Futbol klubları və meydançaları kişilərin yeridir" düşüncəsini bölüşənlər az deyil.

Lakin Nahidə və digər yeniyetmə futbolçu qızlar bu stereotiplərə hər oyunda bir qol vururlar. Bu baxımdan şəkili qızlar istisna deyil; onların coşğusu Azərbaycanda qadın futboluna olan marağın artmasını əks etdirir.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının məlumatına əsasən, ölkədə 16 yaşa qədər qızlardan ibarət 52 futbol klubu var. Onlardan 36-sı paytaxtdan kənarda qurulub.

Məşqçi Məmməd Dadaşov Şəkidə qızlardan ibarət komandaların rəhbəri və yaradıcısıdı. O futbol meydançasının qızlara da açıq olduğu ideyasını müdafiə edir.

"Ümumiyyətlə, qadınlar da burda iştirak edirdi deyə, Şəki də bir az qəribə yerdir deyə, bir az qəribə baxdılar.

Biz qadın futbolunu Şəkidə yaradanda əhali arasında bir az çaşqınlıq da yaranmışdı ki, qadın nədir, futbol nədir?! Belə qəribə baxırdılar", - deyə qızlardan ibarət üç komandanın məşqçisi Dadaşov bildirir.

Qadın futbolu Şəkidə valideynlər üçün yad bir fenomen olduğuna görə, Məmməd Dadaşov öz nümunəsini ortaya qoymağa qərar verib.

Şəhərin ilk qız futbol klubunu formalaşdırmaq üçün özünün və yaxın qohumlarının qızlarını cəlb edib. "Onları yığıb formalaşdırdım ki, yəni komanda var.

Sonralar valideynlər gəlirdilər ki, müəllim, mümkündürsə, mənim də qızımı qəbul edin komandaya. Çətinlik də olsa, sonradan asanlaşdı və biz bu minvalla Şəkinin futbol komandasını artıq yaratmış olduq", Məmməd Dadaşov xatırlayır.

Klub üzərində işləyərkən Dadaşovun ağlına uşaq evindəki qızlar gəlir. Dərhal rəhbərliklə görüşür və qızlar arasında futbola maraq göstərənlərlə məşqlərə başlayır.

Beləliklə də o, Nahidə və futbola həvəsli digər 13 yeniyetməni kəşf edir.

"Uşaqlıqdan istəyirdim ki, futbolçu olum, bura - uşaq evinə gəldikdən sonra Məmməd müəllim digər qızları məşqlərə aparmağa gəlmişdi, mən də onlarla getdim, onda hələ uşaq idim və özümdən böyük qızlar məşq edəndə mən də onların arasında topun arxasınca qaçırdım, böyüdükdən sonra isə mən də məşqlərə başladım", - deyə 4 yaşından bəri Şəki şəhər Uşaq Evində yaşayan Nahidə futbola gəlməyini xatırlayır.

Bir müddət sonra Nahidə Bakıda oyun zamanı baş məşqçilərin diqqətini çəkir və 17 yaşlılardan ibarət milli komandada da oynamağa başlayır.

Bir tərəfdən diqqətini dərslərinə cəmləşdirən Nahidə həm də futbol bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışır.

Dünya futbolunun azarkeşlərindən biri kimi sevdiyi bir neçə futbolçu ilə yaxından tanış olmaq arzusundadır - xüsusilə də portuqaliyalı Cristiano Ronaldo ilə.

Chai-khana layihəsinin BBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalistlər Nurlan Babazadə və Aytən Nəcəf hazırlayıb. 

 


 
tarix: 03-03-2019 15:01


 
Xəbər lenti
23.10.2019

01:00   “Qalatasaray” “Real”a uduzdu, MS, PSJ və “Tottenhem” 5 qola sevindi

22.10.2019

23:41  APOEL Bakıya 20 futbolçu ilə gəlir

21:52  Millimizin DÇ-nin əsas mərhələsi üçün heyəti

21:08  ÇL matçında spirtli içki qadağası

19:29  PSJ Avropada yeni rekorda imza ata bilər

18:43  “Düdelanj”ın futbolçusu üçün il bitdi

18:24  “Neftçi” “Sumqayıt” üçün başladı

18:00  “Qəbələ”nin baş məşqçisi: “APOEL-lə oyunda hamı bizdən uğur gözləyir”

17:30  “Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

17:01  İtaliyada daha bir baş məşqçi istefası

16:40  Ronaldoya 100 milyon avroluq təklif

16:18  Qrizmann məsələsi çözüldü - Gizli razılıq

15:54  “Borussiya” Milana ciddi itkilərlə yollanır

15:36  Motta İtaliya klubunda

15:19  Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

15:00  “Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq”

14:43  Ən yaxşı qapıçı adına 10 namizəd

14:22  “Sabah”la “Zirə”nin 6-cı dueli

14:01  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

13:48  Millimizin oyunu yenidən Sumqayıtda

13:30  Divizion klublarının da cəzası açıqlandı

13:15  AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı

12:51  Ən yaxşı gənc futbolçu adına 10 namizəd

12:34  “Qızıl top”a namizədlər açıqlandı

12:12  APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

11:53  Millimizin Moldova ilə oyunlar üçün heyəti

11:34  Radamel Falkao “Real”a qarşı oynayacaq?

11:19  “Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər

11:00  Kamara “Qarabağ”ın çempion, “Neftçi”nin ikinci olacağı ilə razılaşmır: “Hər şey baş verə bilər”

10:40  UEFA-dan Serbiyaya cəza

10:20  Matçın 20-ci saniyəsində qırmızı vərəqə aldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az