(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bilal Həmdi: “Ötürmə verərkən təsadüfə ümid etmirəm”

Bilal Həmdi: “Ötürmə verərkən təsadüfə ümid etmirəm”

“Zirə”nin futbolçusu Bilal Həmdi “Qəbələ” ilə oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Baş məşqçi dedi ki, Bilalın yoxluğunda əziyyət çəkirik. Həkimlər isə az oynamağına icazə vermişdilər. Bəs özün necə dəyərləndirirsən meydanda olduğun vaxtı?
- Meydana daxil olmamışdan əvvəl baş məşqçi tapşırdı ki, çalış xəttə yaxın oyna və rəqib komandanın kompatktlığını poz. Sürətli əks hücuma çıx, cinahları aktiv saxla. Zədəli olduğum üçün 90 dəqiqə oynaya bilmədim, amma çalışdım ki, komandama yardımçı olum.

- Maraqlıdır ki, cinahdan ötürmə verərkən cərimə meydançasında kimisə hədəf alıb atırsan, yoxsa ortaya yollayırsan topu?
- Təbii ki, təsadüfə ümid edib ötürmə vermirəm. Top itkisini sevmirəm, buna görə də cinahdan ötürmə imkanı yaranan kimi başımı qaldırıb cərimə meydançasına baxıram, ondan sonra ötürmə verirəm. Belə bir şans olmayanda isə topun komandamda qalmasına çalışıram.

- Bu ötürməndə də Fofananı görüb atmışdın?
- Qapıçı ilə rəqib müdafiəçi arasında kiçik bir zona gördüm, topu mümkün qədər möhkəm zərbə ilə ora atmağa çalışdım ki, komanda yoldaşım toxuna bilməsə də, rəqibdə dəyib avtoqol olsun.

- “Zirə” 4-cü pillədə qərarlaşmış “Qəbələ” ilə aradakı xal fərqini azalda bilmədi. Növbəti oyunlarda bu fərqi qapada biləcəksinizmi?
- Növbəti matçımız “Qarabağ”a qarşıdı. Bu, sizə çox asan gəlməsin. Amma düşünürəm ki, bizim də keyfiyyətli oyunçularımız var, çalışacağıq ki, lazımi nəticəni qazanaq. (matc.az)


 
tarix: 04-03-2019 11:00


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az