(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mitroviç hər an zədə almaqdan qorxur: “Bu, futbol meydançası deyil”

Mitroviç hər an zədə almaqdan qorxur: “Bu, futbol meydançası deyil”

"Keşlə"nin futbolçusu Nikola Mitroviç Premyer Liqanın 19-cu turunda "Qarabağ"a məğlub olduqları oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Serbiyalı yarımmüdafiəçi əvvəlcə matçı şərh edib.
 
- Həm bizim, həm də “Qarabağ” üçün çətin oyun oldu. Futbol havası deyildi, güclü külək vardı. Meydanın vəziyyəti də yaxşı deyildi. Amma bu vəziyyət iki komanda üçün də eynidi. “Qarabağ”ın qapımıza ümumilikdə vurduğu bir neçə zərbəsindən biri qol oldu. Bizim də şanslarımız var idi, sadəcə, alınmadı.
 
- “Qarabağ” o qədər də güclü oynamırdı. Amma siz sanki rəqibdən qorxurdunuz.
- Xeyr, qorxmurduq. Bizim taktikamız belə idi. Baş məşqçimizin göstərişi ilə ikinci hissədə pressinq etməyə başladıq. Hava başqa cür olsaydı, bəlkə də fərqli hesab ola bilərdi. Amma hər bir halda, “Qarabağ” çox yaxşı komandadı və yüksək səviyyəli futbolçuları var.
 
- Deməli, nəticə qazanmağınıza hava şəraiti mane oldu?
- Xeyr. Sadəcə, dediyim odur ki, hava yaxşı olsaydı, yaxşı futbol olardı.
 
- Bu cür meydançada futbol oynamaq sizin üçün çətindi?
- Bu, futbol meydançası deyil.
 
- Demək olar ki, ən pis meydanlardan biridi?
- Əlbəttə. Bunu görmək olmur? Dərhal görünür. Biz hər gün burada məşq edirik. Bu, mənə ünvanlancaq sual deyil. Biz işimizi görməyə çalışırıq.
 
- Ayaqlarınız ağrayır?
- Əlbəttə, ağrılar var və olacaq. Amma nə etmək olar? Hər an zədə almaq qorxusu var.
 
- Nəyə görə “Keşlə” uğurlu çıxış edə bilmir?
- “Neftçi” ilə oyunda pis oynamamışdıq, amma epizodlardan istifafə edə bilmədik deyə uduzduq. “Sumqayıt”la görüşdə qalib gəlsək də, işimizi çox çətinə salmışdıq. “Qəbələ”ylə də həmçinin. Məncə, normal komandamız var və normal futbol oynayırıq. Daha yaxşı olacağını düşünürəm.
 
- Bəlkə komandada maddi problem var?
- Xeyr, belə problemimiz yoxdu. Pulumuzu qəpiyinə kimi almışıq.
 
- “Sabah”la görüş haqda nə düşünürsən?
- Onların da yaxşı komandası var. Çox ağır oyun olacaq. Bizə də, onlara da xal lazımdı. Çox güman, maraqlı oyun keçəcək.
 
- Müqavilən mövsümün sonunda başa çatacaq. Klublarımızdan təkliflər almısan?
- Mayda müqaviləm başa çatır. Görək necə olacaq. Müqaviləmin sonuna qədər ən yaxşısını etməyə çalışıram. Əsas odur ki, mən və ailəm Bakını çox sevirik.

 
tarix: 04-03-2019 10:42


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az