(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Elxan Məmmədov: “Bununla çempionatımızı və klublarımızı sığortalayırıq”

Elxan Məmmədov: “Bununla çempionatımızı və klublarımızı sığortalayırıq”

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Futbolinfo.az xəbər verir ki, tədbirin aparıcısı assosiasiyanın baş katibi Elxan Məmmədov ötən il futbol sahəsində yetərincə mühüm hadisənin yaşandığını qeyd edib.

“Azərbaycanda uşaq futbolu yoxdu” deyənlərin bu sahədən xəbəri olmadığını dilə gətirən baş katib hər həftəlik 245 oyun təşkil olunduğunu bildirib: “Müxtəlif bölgələrdə həftəsonu oyunların şahidi olursunuz. Bu matçlarda 4225 uşaq iştirak edir. Həmin qarşılaşmaların ümumi xərcinin 74 faizini AFFA çəkir. Bunlara sosial məsuliyyət daşıyırıq. Amma problemlər də var".

Məmmədov PRO, A, B və C kateqoriyası almaq üçün 1500-ə yaxın mütəxəssisin müraciət etməsinə baxmayaraq, bunların yarısınıdan çoxunun imtahandan keçə bilməməsini xüsusi vurğulayıb. O, bunu kateqoriyaların verilməsinə olduqca ciddi yanaşılması ilə əlaqələndirib. Baş katibin fikrincə, məşqçilər uşaqlara futbolu öyrətməlidilər. Bu məqsədlə AFFA rəsmisi kurslar təşkil etdiklərini və 574 məşqçinin imtahandan uğurla keçdiklərini söyləyib. O, məşqçilərin öz üzərində çalışmalarının vacibliyini vurğulayb.

Məmmədov şanssızlıq və əzmkarlığın çatmaması üzündən Azərbaycan millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksələ bilmədiyini deyib. "Futbol 11 nəfərdən ibarət deyil" deyən baş katib bütün sahələrə diqqətlə yanaşmalarının vacibliyini dilə gətirib.

Səkkiz komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında əsl mübarizənin getdiyini deyən AFFA rəsmisi, komanda sayının artmasının tərəfdarı olduqlarını bildirib: “Bz də istərdik ki, 10 komanda olsun, amma güclülər çıxış etsin. Klubların maliyyə mənbələri bilinsin, şəffaflıq təmin olunsun. Klublar AFFA kimi şəffaf olsunlar, maliyyə mənbələrini ictimaiyyətə göstərsinlər. Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunun 25 faizini (500 min manat) klublardan zəmanət kimi tələb edirik. Bu, UEFA və FIFA-nın tələbidir. Bununla çempionatımızı və klublarımızı sığortalayırıq. Bu, klubu çempionatın gedişatında müflis olmaqdan qoruyur. Əsas məsələ şəffaflığın təmin olunmasıdı. Konfransdan dərhal sonra rəsmi saytımızda maliyyə hesabatımız dərc olunacaq. Çox istərdik ki, klublarımız da oxşar şəffaflığı təmin etsinlər”.

Elxan Məmmədov Avropa Liqasının final qarşılaşmasına dair məsələyə də toxunub: “3 gündən sonra onlayn-satışa start veriləcək. Çalışın, bileti tez alın. UEFA bu matça 1500 VİP bileti dekabrda satışa çıxardı. Qiymətləri də təqribən 1700 manat idi. Bu biletlərdən yalnız 19-u Azərbaycandan alındı. Digər biletləri isə ölkə xaricindən aldılar. Bu, ölkəmizə böyük turist axını deməkdi. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdı və dövlətimizə AFFA adından minnətdarıq. Dünən paytaxtımızın mərkəzində gözəl bir matç təşkil olunmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevə həmin görüşdə UEFA Kuboku təqdim edildi. İndi isə bu Kuboku biz təqdim edirik. Portuqaliya millisinin sabiq ulduzu Dekunun təqdimatında”.

Daha sonra Bakıda keçiriləcək Avropa Liqasının kuboku AFFA-nın Konfransında təqdim olunub. Kuboku toplantıya Portuqaliya millisinin sabiq futbolçusu Deku gətirib.


 
tarix: 04-03-2019 11:10


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az