(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Nihat Kahveci: “Azərbaycanda futbola böyük dəstək var”

Nihat Kahveci: “Azərbaycanda futbola böyük dəstək var”

“Əvvəl Türkiyə milli komandasının heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, bu tarix 7 il əvvələ təsadüf edir. Biz Azərbaycan milli komandasına qarşı köhnə stadionda oynamışdıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən türkiyəli məşhur veteran futbolçu Nihat kahveci jurnalistlərə açıqlamasında deyib. O, Bakının çox dəyişdiyini və infişaf etdiyini vurğulayıb: "Dünən “Bakı 2019: Ulduzlar Finalı”nda iştirak etdim, yaxşı oyun oldu. Azərbaycanda futbola böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsi ilə Azərbaycan dünyada daha da tanına bilər. Avropa Liqasında bu il çox güclü - "Arsenal", "Napoli", Çelsi, "Benfika", "Vilyarreal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final baş tutacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik. Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm".

Türkiyə millisinin sabiq hücumçusu Avropa Liqasında öz ölkəsinin komandalarından birini görmək istədiyini, lakin onların mübarizəni dayandırdığı üçün təəssüfləndiyini söyləyib: "Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisini görə bilərik".

Kahveci sabiq klubu "Vilyarreal"ın da şanslarından danışıb: "Vilyarreal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir".

O, “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün vaxtilə İspaniyanın "Real Sosyedad" komandasında birgə çıxış etdikləri Darko Kovaçeviçi də Bakıya gətirə biləcəyini deyib: "İstəsəydilər, onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sosyedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var".

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 


 
tarix: 04-03-2019 12:56


 
Xəbər lenti
15.12.2019

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az