(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Elxan Məmmədov: “Klublar vergidən azad olunacaqlar”

Elxan Məmmədov: “Klublar vergidən azad olunacaqlar”

“AFFA İcraiyyə Komitəsinin hər bir iclasında klubların sayı müzakirə olunur. Biz də istəyirik ki, minimum 10 komanda olsun. Amma hər şey bizdən asılı deyil. Birinci Divizion klubları və Premyer Liqa təmsilçilərindən bəziləri AFFA ilə SOCAR vasitəsilə maliyyələşir. Lisenziyalaşdırma prosesinin gedişini izləyəcək və mövsümün sonunda neçəsinin hazır olduğuna baxacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib "Kəpəz" klubundakı vəziyyət barədə də danışıb: "O klubda maliyyə problemi yoxdu. Təsdiqlənən büdcə ilə davam edirik. Yeni rəhbər təyin etdik ki, ödənişlər vaxtında təmin olunsun. İcra hakimiyyəti nümayəndələri ilə danışmışıq. Növbəti mövsümdən Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub. 

Elxan Məmmədovun sözlərinə görə, apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq. O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: 

"Klublar gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".

Məmmədov qurumun növbəti Hesabat Konfransında Türkiyəyə böyük hesabla uduzan U-19 futzal yığmasının çıxışından da danışıb. Baş katib bunun ilk oyun olduğunu və müsbət nəticə gözləməyin düzgün olnadığını deyib: 

"Millinin formalaşdırılması bir neçə il gecikdi. UEFA-dan da tələb olmadığından, bütün gücümüzü əsas komandaya vermişdik. Bundan sonra U-19-a da diqqətlə yanaşacağıq. Etiraf edim ki, bir neçə il gecikdik. Əsas komandanın baş məşqçisi Joze Alesio ilə bu barədə danışmışıq".


 
tarix: 04-03-2019 13:07


 
Xəbər lenti
15.10.2019

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az