(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın 26-cı Konfransı - FOTOLAR

AFFA-nın 26-cı Konfransı - FOTOLAR

Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 26-cı növbəti Konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə UEFA Avropa Liqasının elementlərini əks etdirən, Bakının görməli yerlərində çəkilmiş top janqlyorlarının məharətini göstərən videoçarx nümayiş etdirilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb: 

“Hörmətli Konfrans iştirakçıları, hörmətli FIFA və UEFA nümayəndələri, hörmətli qonaqlar!

AFFA-nın növbəti Hesabat Konfransında hər birinizi salamlayıram.

Hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə həyata keçirilən layihələr davam etdirilib. İlk növbədə, futbol ictimaiyyəti adından Respublika Prezidenti cənab İlham Əliyevə bir daha təşəkkür etmək istərdim. Bu il Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununun layiqincə keçirilməsini təmin etmək üçün cənab Prezidentin imzaladığı Sərəncam hazırlıq prosesinin gedişinə əlverişli şərait yaradır. Uğurlu nəticələrdən danışarkən, U-19 millimizin Avropa çempionatının elit-raund mərhələsinə yüksəlməsini qeyd etmək olar. UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində müxtəlif maraqlı layihələr həyata keçirildi. “Qarabağ” klubu növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacardı. Təəssüf ki, milli komandamız UEFA Millətlər Liqasında uğursuz çıxış etdi. Son turda məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilmədi. Bildiyiniz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verdi. Yeni təyinat alan Nikola Yurçeviçə millinin baş məşqçisi vəzifəsində uğurlar arzu edirik. Sadaladığım bütün məsələlər, eləcə də digər  mövzular barədə Konfransın gedişində ətraflı məlumat alacaqsınız”.

Konfransda iştirak edən Gənclər və İdman naziri çıxışında bildirib: “İlk növbədə, AFFA-nın növbəti Konfransında hər birinizi salamlayır və Konfransın işinə uğurlar arzulayıram!

Azərbaycanda idmana və idmançılara böyük diqqət və qayğı göstərilməsi, ölkəmizdə idmanın bütün növlərinin inkişafı hər zaman dövlət siyasətinin tərkib hissəsi olub. Respublika Prezidenti cənab İlham Əliyevin idman sahəsinə xüsusi diqqətlə yanaşması, bu istiqamətdə məqsədyönlü siyasəti nəticəsində Azərbaycan respublikası beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Təsadüfi deyil ki, Bakıda və respublikamızın bölgələrində müxtəlif mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir. Təbii ki, futbol da ən populyar idman növlərindən biri olaraq, bu prosesdən kənarda qalmır. Təkcə bu faktı qeyd etmək kifayət edər ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm arena Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Bir qədər sonra biz AFFA-nın illik hesabatı ilə tanış olacağıq. Amma mən bir neçə vacib faktı diqqətinizə çatdırmaq istərdim. Bu gün AFFA futbolun kütləviliyinin artırılması istiqamətində böyük işlər görür. Bu proses təkcə futbolun inkişafı deyil, həm də əhalinin bütün təbəqələrinin sağlam həyat tərzinə istiqamətləndirilməsi baxımından vacibdir. Müxtəlif yaş qruplarından ibarət uşaq komandaları üçün mütəmadi liqalar təşkil olunur, uşaq, yeniyetmə və gənclər il boyu futbol oynamaq imkanı əldə edir. Kütləviliklə bağlı daha bir vacib məqam ondan ibarətdir ki, AFFA belə tədbirləri təkcə paytaxtda təşkil etmir, bölgələrdə, xüsusilə də, cəbhə xəttinə yaxın ərazilərdə turnirlər və festivallar keçirilir. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonundakı “Qayıdış” qəsəbəsində keçirilmiş “Cəsur ürəklər” futbol festivalları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. AFFA Cocuq Mərcanlı qəsəbəsində süni örtüklü futbol meydançası da inşa etdirərək qəsəbə sakinlərinin ixtiyarına verib. Ümumiyyətlə, ölkəmizdə futbol infrastrukturunun inkişafı ilə bağlı böyük işlər görülməkdədir. Çıxışımın sonunda AFFA-ya, ölkəmizin futbol ictimaiyyətinə uğurlar arzulayıram. Ümidvaram və əminəm ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu uğurla təşkil olunacaq və ölkımizin idman tarixində özünəməxsus yer tutacaq.

Diqqətiniz üçün təşəkkür edirəm!”

Sonra hesabat dövrü ilə bağlı videoçarx nümayiş olunub. Ardınca baş katib Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Çıxışın sonunda dünya şöhrətli futbol ulduzu, portuqaliyalı Dekunu mərkəzə dəvət olunub. Deku bu il mayın 29-da final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin kubokunu ictimaiyyətə təqdim edib.

Daha sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Xalid Cavadov, ardınca isə müstəqil audit Ülvi Həsənov hesabatlarını səsləndirib.

AFFA ilə “Aquq Vita” şirkəti arasında əməkdaşlığın 10 illiyi münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayev “Aquq Vita” şirkətinin nümayəndəsi Fəxri Abbasova xüsusi hədiyyə təqdim edib.

Uşaq futbolunda aqressiya, futbolla məşğul olan uşaqların oyunlarına valideynləri tərəfindən yersiz müdaxilələrin fəsadlarını əks etdirən sosial yönümlü 2 videoçarx nümayiş olunub.

Konfransda iştirak edən FIFA nümayəndəsi Byorn Vassala çıxış edib.

Martın 3-də Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında keçirilmiş “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyundan hazırlanmış videoçarx nümayiş etdirildikdən sonra Konfrans öz işini yekunlaşdırıb.

Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.

 


 
tarix: 04-03-2019 15:49


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az