(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Konfransda plan hesabatı, məzhəkəli tamaşa

Konfransda plan hesabatı, məzhəkəli tamaşa

AFFA-nın daha bir Hesabat Konfransı baş tutdu. Nəyin hesabatını kimə verdiklərini yalnız özləri bildi. 2018-də olduqca çox vacib hadisə baş versə də, hər şeyi kiçik bir qovluğa yerləşdirdilər, əməllərini qanuniləşdirib, rəsmiləşdirdilər, arxivə atdılar. Beləcə son 10 ildə olduğu kimi, yenə müsbətyönümlü heç bir iş görmədən daha bir ili “müsbət”lə möhürlədilər.
 
Ölkə futbolu hər il bir addım geri atır. Klub sayı azalır, istedadlar yetişmir, azarkeşlər tribunlardan çəkilir, bölgələrdə top oyunu yaddan çıxır, AFFA isə bəh-bəhlə danışmağa nəsə tapır. Futbolun meyiti ortadadı, gül-çiçəkli məzarından, mərmər başdaşından bəhs edirik.
 
Sovxoz-kolxoz dövrünün plan idarəçiliyinə bənzəyirdi budəfəki konfrans. Ət planı dolub – Ura; yun planı artıqlamasıyla verilib – Ura; süd planı ikiqat yerinə yetirilib – Ura! Ətin mənşəyi, yunun keyfiyyəti, südün qatqısı sonra üzə çıxacaq. İndi əsas məsələ planı doldurmaqdı.
 
Ardınca İcraiyyə Komitəsinin iclası baş tutdu. Yenə eyni ssenari. Növbəti il və illər üçün plan müəyyənləşdi. Pambıq yığımından yayınanlara 100 min manat cərimə, fədakarlıqla çalışanlara 50 min mükafat. “Qızıl Bayraq” kolxozuna çatmaq üçün VAR sisteminin tətbiqi. İnsanların asudə vaxtının səmərəli təşkili üçün Tovuz “mədəniyyət sarayı”nın kənd zəhmətkeşlərinin ixtiyarına verilməsi və s.
 
Bir nəfər də bunlardan hesab soruşmur ki, Tovuzda akademiya açmaq indimi yadınıza düşdü? Rəşad Sadıqovun özünün reallaşdırmasına imkan vermədiyiniz bu ideyası işinizə yaradı yəqin. Bəs, 10 ildi nə işlə məşğul idiz? Yoxsa ölkə futbolunda 2018 üçün müsbət heç nə tapa bilmədiyinizdən baş qatmaq üçün bu addıma məcbur olduz?
 
Baş katib Elxan Məmmədov briqadir Qədir kimi danışırdı. Artıq nitqində sərhəd qoymur, hüquqi ünvanla bağlı məsələdə istehzayla İK üzvlərinə “istəsəz də, istəməsəz də dəyişəcəyik” deyir. Özünü ağa kimi aparır, klubları yükləyir, onlardan hesabat istəyir.
 
Məmmədovun belə meydan sulamasının səbəbi var. O, özünə rəqib görmür, sağlam qüvvələrin hamısını məkrli himayədarlarının sayəsində sıradan çıxarıb, ətrafında sözəbaxan, nüfuzsuz futbol adamlarını saxlayıb, bu diliqısaların yanında söz sahibidi. Konfrans bitən kimi stollara düzülən suvenir topların 6-7-ni qucaqlayıb konfrans salonunu tərk edən Şakir Qəribov, xüsusi çantada belinə şələləyən Nazim Süleymanov özünə hörmət etmirsə, Məmmədov niyə onlara hörmət etsin?
 
Konfrans deyildi, kukla teatrı idi. Elxan bəy iplərini çəkib hamısını oynadır, öz mahnısını oxudurdu. Futbolumuz üçün tragik əsər oynanmalı olan səhnədə məzhəkəli tamaşa...
 
CAVAD

 
tarix: 04-03-2019 21:10


 
Xəbər lenti
21.05.2019
20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az