(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Prezidentlə bu tipli görüşlər bölgə stadionlarında keçirilərdi...

Prezidentlə bu tipli görüşlər bölgə stadionlarında keçirilərdi...

Futbolda ən yaxşı müdafiə hücumdur. Əgər işinə, öz gücünə əminsənsə...

Rəhmətlik Torres millimizi bir vaxtlar kapitanı olduğu Braziliya ilə səhv saldı. Hücum deyə-deyə Polşada "aşsüzən" oldu.

Berti Foqts vaxtilə Torres kimi müdafiəçi olsa da, ağıllı tərpəndi. "Futboldan uzaq adamlar"ı görüb dünyada analoqu olmayan 1-9-1 taktiki sxemini icad edərək havadarları ilə illərini uzatdı, milyonları süpürdü. Sonda Xorvatiyada "qonaqpərvərliyi" görüb "danke şön" də demədən aradan çıxdı.

Təriflədiyimiz Prosineçki, "Azərbaycan millisi də 50 ildən bir 1-2 təsadüfi qələbə qazanır" düşüncəsilə Bakı bulvarında gəzməkdən bezərək keçmiş, birləşmiş vətəninə üz tutdu...

Yaşıl meydanda futbol oynaya bilməyən "futbola yaxın adamlar" kabinetlərdə total, hucum üslubuna keçiblər. Sağ-sol otaqlardan kombinasiyalı oyunla top yuxarı havalandırılır və beşinci mərtəbədən baş zərbəsi ilə boş qapının "doqquzluğu"na vurulur. 
Olmayan və ya zəif rəqiblərin qapısına top vurmağa nə var ki?! Kosovoda yaşıl meydanda yaşandığı kimi...

Eksponata çevrilən Azərbaycan futbolunun Milli Ədəbiyyat muzeyi qapıları qarşısında yeyib-içməyə gələn 1-2 ulduz futbolçuları nümayiş etdirməklə hesabatı verildi. Çox böyük, bağışlanmaz haqsızlıq edilmiş oldu. Milyonlar bahasına başa gəlmiş Eddi İsrafilov, Axtyamov kimi "ulduz"lar kənarda saxlanıldı...

Yaxın keçmişdə prezidentlə bu tipli görüşlər Lənkəran, Yevlax, İmişli stadionlarının açılışlarında keçirilirdi, on minlərlə azarkeşlər tribunaları doldururdu. Digər şəhər və rayonlarımız həsrətlə bölgələrdə stadionların, bazaların davamını gözləyirdilər...

Yarıtmaz futbol fəaliyyətinin sayəsində əksi baş verdi. 5-10 ilə stadionlar böyük futbolsuz qaldı. "Karvan", "MKT-Araz", "Xəzər Lənkəran", "Simurq" kimi klubların sorağı heç muzeylərdən də gəlmir. Əsas, tarixi futbolumuzu tarixi muzeylərə yaxınlaşdırıb yeni "futbol əsərləri"nin yazılmasıdı...

"Ölkədə uşaq futbolu yoxdur deyənlər futboldan uzaq adamlardı". Yəqin Lippert yığmalara100-dən çox milliləşdirilmiş əcnəbilərin hesabatını vermək üçün önə çıxarılmışdı. Onların əksəriyyəti Cocuq Mərcanlı kəndinin Almaniya, Türkiyə, İngiltərə, İsrail, Dağıstan "bölgələrində" ərsəyə gəlmiş "istedad"lardı.

"Futbolçu yoxdur" deyənlər illərdi millilərdə bəslənilən əcnəbi, yerli məşqçilərdi. Bu gün də o "futboldan uzaq adamlar" ətrafınızdadırlar. Dünən bir çoxu düzülmüşdü sıraya...

Kor-koranə hücuma keçəndə müdafiə gərək yaddan çıxarılmasın. Futbolu bilməmək bəllidir, qarşılarında güclü rəqibləri görməyib qapıçısız "oynamağa" başlanılıb...

Bu qədər arxayınlıq olmasın gərək. Futbol tanrısının bumeranq dalğası sarsıdıcı olur...

Bacarıqlı peşəkar futbolçu tapılmır, seçim azdır. Bunu da tək millət demir. Təriflənən "Qarabağ"ın baş məşqçisindən tutmuş hələ meydana ayaq basmamış Yurçeviç dilə gətirir. Onlar da sizdən savayı futboldan "uzaq adamlar" imiş...

Kütləvi futbol ölkədə "pik nöqtəyə" çatıb. 10 milyon əhalinin 5 milyonu yer tapmır oynamağa. Sağlamlıqdan xəstəxanalar, "aptek"lər bağlanır...

Rayonlarda 15-20 uşaq tapılmır. Yerli balacalar yetərsay(!) olmadığına görə futbol oynaya bilmirlər. Texniki məğlubiyyətlər sıralanır. Bunu da "futboldan uzaq" jurnalistlər, ictimaiyyət demir. Hakimlərin raportlarına uyğun AFFA İntizam Komitəsi qərar verir...

"Futboldan uzaq"lar, məqsədlilər bilməz, aşağı yaş qrupları yığmamız hələ "peraşki" dövründə elit-raunda vəsiqə qazanıb. Son 10-15 ildə Özbəkistan, futbolu olmayan Tacikistan yığmalarının soraqları dünya çempionatlarının finallarından gəlir...

Avroliqa finalı gözəl tədbirdir. Qonşu Gürcüstan da Superkubokda "Barselona" kimi klubu qəbul etmişdi. Federasiyanın uğuru isə nəticələrdə özünü göstərməlidir. Necə ki, qonşularımız SOCARa, boru kəmərimizə möhtac ola-ola birnəfəsə Millətlər Liqasını lider kimi adladılar.

Klub səviyyəsində uğurların federasiyaya heç bir aidiyyatı yoxdur. Bu, klublarda çalışan insalların əməyidir. AFFA-nın "əməyi" 15 ilə onlarla klubların dağılmasına təkan verməsi, məhv etməsidir.

Qışdakı transferlərdən, vergilərdən dəm vuranlar "yağ-bal" dövründə lisenziyalaşdırma tələblərinə uyğun ikili müqavilələrlə bağlı saxtakarlıqlara göz yummasaydılar, heç bir klub dağılmazdı.

"AFFA klubları maliyyələşdirir". Federasiya klub saxlaya bilməz! Hətta SOCAR-n timsalında bir şirkət eyni liqada yarışan fərqli klublara eyni anda sponsorluq edə bilməz. Bu, birbaşa FİFA, UEFA tələblərinə ziddir, qanun pozuntusudur.
Şəffaflıq ilk olaraq AFFA-nın özündə aparılmalıdır...

Klubların əksəriyyətinə fedrarasiyada lövbər salmış, şəxsi sınaqlardan keçib göndərilən dost, tanışlar nəzarət edir. Əvəzedicilərlə bağlı qərar isə az-çox müstəqilliyini qoruyan, bu illər ərzində ölkəmizi layiqincə təmsil edən klublara hesablanıb. "Sumqayıt"a baş menecerlik etməkdənsə, "Qəbələ" akademiyası nümunə göstərilsə, daha faydalı olar. "Bakı" akademiyası isə klubun özü kimi çoxdan tarixin yaddaşındadır...

Limitdən, legionerlərdən danışılır. Bir peşəkar liqada çıxış edən futbolçunun fərqli divizionda çıxış etməsi nonsensdir. Delarj, Braliç və digərləri 2 ayrı liqalarda çıxış etməyəmi gətirililmişdi? Budurmu Azərbaycan futbolunun təfəkkür dərinliyi...

Son 10 ilin ən uğurlu layihələrindən olan əvəzedicilərin yarışını "bataqlıq" olan diviziona sürgün edilməsinin özü bir futbol cinayətidir. Klubların "B" komandaları əvəzedicilərlə səhv salınmasın. Bunlar fərqli statuslardır.

Həvəskar liqada 18 yaşa qədər futbolçuların çıxış etməsi qadağandır. Futbola bu qədər yatırım etməklə Region Liqası yarışları ilə ölkə futbolu 20-30 il geriyə, 90-cı illərə qaytarılıb.
Şəraitin olmaması, hakimlərin təhqir edilməsi, döyülməsi...Əsas "inkişaf" ulduzlarla bir araya gəlinməsi, uğurlu layihə kimi ictimaiyyətə sırınmasıdır...

VAR sistemi futbol var olanda effektini verəcək.
Bu sistemdən tətbiqindən öncə ölkə futbolunda nizama salınası çox problemlər var...

Son həftələr ölkə başçısının müxtəlif fərmanları, görüşləri xalq arasında geniş rezonans doğurub. Futbola, idmana qayğı da hər zaman diqqət mərkəzindədir. Bilmirəm, prezidentin futbola dair analitik ekspert qrupu var ya yox. Futbolda olan mövcud durum obyektiv, tam olaraq təhlil edilməlıdır.

Dünənki görüşdə futbol ictimaiyyətində heç bir rəğbəti olmayan, hətta nifrət qazanmış Lippert və digər futbolu dağıdanların önə verilməsi bunun əksini göstərir. Futbol dili ilə deyilsə, futbolu dağıdanlar ölkə başçısını tədbirə dəvət edib xalqın arasında arxadan topsuz "podkat" fəndi işlətdilər. Futbolda bunun cavabı birbaşa qırmızı vərəqədir...

Azərbaycan futbolu Abşeron yarımadasına sığınıb. Boş tribunalar önündə futbol oynanılır.
Bölgə klubları dağıdılıb. İnşa edilmiş yeni stadionlar boş qalıb. Yaşıl meydanın ətrafına yığışmaqdan, futbola azarkeşlik etməkdən məhrum edilənlər gec-tez başqa meydanlara axışa bilərlər...

Futbolun dərinliyini, futbol idarəçiliyində olan böhranı bilməyənlər, məqsədlilər geniş ictimaiyyətdə buna doğru fikirlər səsləndirir, dövlətin bölgələrdə stadionların boş qalmasında, futbolun inkişaf etməməsində maraqlı olduqlarını dilə gətirirlər.

Futbolun dirçəlməsinə maraq olmasaydı, bu qədər yatırım edilməzdi, milyonlarla xərc çəkib müasir stadionlar inşa edilməzdi, SOCAR kimi şirkət futbola gətirilməzdi...

Dünyada bir nömrəli idman növü olan futbolun sosial həyata, sağlam həyat tərzinə, xalqın əhval-ruhiyyəsinə, ölkənin nüfuzuna nə qədər təsir etdiyini hər kəs bilir.

Bir qrup şəxsi mənafeyini güdən futbola cavabdehlərə görə ölkə futbolu dərin böhran içində olmamalıdır. Bu qədər yatırımın edilməsinə, "2005-2015 futbola dair Dövlət Proqramı"nın qəbul edilməsinə baxmayaraq Azərbaycanda futbol uçurum həddindədir.

Avroliqa finalı, Avro-2020-yə ev sahibliyi AFFA-nın deyil, birbaşa Azərbaycan dövlətinin əməyidir. Federasiyanın vəzifəsi futbolu inkişaf etdirmək və layiqli nəticələrin qazanılmasıdır.

Ölkə futbol ictimaiyyəti ölkədə futbolun mövcud durumu ilə bağlı hər gün geniş narahatlığını bildirir və bu yolda ümidlərinin ölkə başçısı olduğunu dilə gətirirlər.

AFFA-nın atdığı yanlış, şəxsi məqsədlərini güdən addımlar tək futbola deyil, futbol genefonduna, ümumilikdə gələcək nəsillərin sağlam böyüməsinə, dövlətçiliyə, dövlətə qarşı yönələn addımlardır...

TAHİR SÜLEYMANOV


 
tarix: 04-03-2019 22:43


 
Xəbər lenti
22.07.2019

15:30   Millimiz Latviyaya qalib gəldi

15:08   Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50   “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28   3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09   “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47   Messinin 130 minlik avtomobili əlindən alınır

13:00   “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37   “Napoli”ni “Benfika”ya dəyişdi

12:16   295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az