(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Məmmədovun şəffaf rəqəmləri və istehzalı nitqi

Məmmədovun şəffaf rəqəmləri və istehzalı nitqi

“Azərbaycanda uşaq futbolu yoxdu deyənlərin bu sahədən xəbəri yoxdu” – bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu. O, fikirlərini hər həftə 245 oyunun təşkil olunması ilə əsaslandırır: “Müxtəlif bölgələrdə həftəsonu oyunların şahidi olursunuz. Bu matçlarda 4225 uşaq iştirak edir. Həmin qarşılaşmaların ümumi xərcinin 74 faizini AFFA çəkir. Bunlara sosial məsuliyyət daşıyırıq. Amma problemlər də var".
 
Elxan bəy hələ az deyib. “PlayStation” salonlarındakı oyunları, dost-tanışın hər həftə yığışıb oynadığı “dır-dır”ları da saymalıydı. O zaman rəqəmlər daha təmtəraqlı görünərdi.
 
Məmmədov “Azərbaycanda uşaq futbolu yoxdu deyənlərin bu sahədən xəbəri yoxdu” deməklə azarkeşləri də təhqir edir. Çünki bunu bir həftə öncə 200-dən çox azarkeş “CBC Sport”un canlı efirində qonaq olan baş katibə sual ünvanlayarkən demişdi. İllərdi mətbuat, futbol ictimaiyyəti, mütəxəssislər də bu barədə danışır. Bəli, onların bu sahədən xəbəri yoxdu, olsaydı, siz 11 il Azərbaycan futbolunun başında dəlləklik etməz, ortada təkbaşına at oynatmazdız.
 
Baş katib o qədər həddi keçib ki, artıq futbol adamları ilə məzələnir. Dünənki konfransda çıxışı zamanı PRO, A, B və C kateqoriyası almaq üçün 1500-ə yaxın mütəxəssisin müraciət etməsinə baxmayaraq, bunların yarısınıdan çoxunun imtahandan keçə bilməməsini xüsusi vurğulayır. Düz deyir, amma bəs sizin diplom verdikləriniz nəyə yarayır? Ölkədə milli komandalara layiq məşqçilər yoxdusa, uşaq futbolunda istedadlar üzə çıxarılmırsa, 574 məşqçiyə necə diplom vermisiz? Onlar hansı işlə məşğuldu?
 
Məmmədov şanssızlıq və əzmkarlığın çatmaması üzündən Azərbaycan millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksələ bilmədiyini deyir. Buradan belə anlaşılır ki, məşqçilərdə günah yoxdu. O zaman əzmkarlığın artırılmasına çalışardız, növbəti dəfə bəxtə möhtac olmamaq üçün səy göstərərdiz, daha məşqçilər heyətini dəyişmək nəyə lazım idi? Nikola Yurçeviç, Milan Obradoviç və başqaları Balkanlardan bəxt və əzmkarlıq gətiribmi? Bəlkə səbəb ölkə futbolunun düzgün idarə edilməməsi və layiqli kadrların üzə çıxarılmamasıdı?
 
8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında əsl mübarizənin getdiyini deyən AFFA rəsmisi, komanda sayının artmasının tərəfdarı olduqlarını bildirib: “Biz də istərdik ki, 10 komanda olsun, amma güclülər çıxış etsin. Klubların maliyyə mənbələri bilinsin, şəffaflıq təmin olunsun. Klublar AFFA kimi şəffaf olsunlar, maliyyə mənbələrini ictimaiyyətə göstərsinlər. Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdı. Bunun 25 faizini (500 min manat) klublardan zəmanət kimi tələb edirik. Bu, UEFA və FIFA-nın tələbidir. Bununla çempionatımızı və klublarımızı sığortalayırıq. Bu, klubu çempionatın gedişatında müflis olmaqdan qoruyur. Əsas məsələ şəffaflığın təmin olunmasıdı. Konfransdan dərhal sonra rəsmi saytımızda maliyyə hesabatımız dərc olunacaq. Çox istərdik ki, klublarımız da oxşar şəffaflığı təmin etsinlər”.
 
Maraqlı mövzudu. Şəffaflıqdan danışarkən Mikayıl Nərimanoğlunun “Kəpəz”dən oğurladıqlarını nəzərdə tutur yəqin. “Kəpəz”in buna görə diviziona düşməsini də unutmaz. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun bu çıxışı dinləyərkən necə qaş-qabaqlı oturduğunu görərdiz kaş. Hamısı AFFA klubları, hamısı da şəffaf... Özləri yeyib, özləri silir.
 
AĞA

 
tarix: 05-03-2019 09:00


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az