(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycan yığmasına çox qol vurmaq niyyətimiz yoxdu” - EKSKLÜZİV

“Azərbaycan yığmasına çox qol vurmaq niyyətimiz yoxdu” - EKSKLÜZİV

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç dünən keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsinə hazırlıqla bağlı danışıb. Milli komandamızın tsikldəki ilk rəqibinin çalışdırıcısı bizimkilərlə görüşə də toxunub, fikirlərini səsləndirib.
 
Amma biz onun bu açıqlamaları ilə kifayətlənməyib, eksklüziv müsahibə götürməyi lazım bildik. Çünki bizi maraqlandıran bir çox suallar var idi.
 
- Azərbaycan millisi ilə matçın favoriti olduğunuzu demisiniz. Asan qələbə qazanacağınızı düşünürsüz?
- Yox, elə düşünmürəm. Sadəcə, həqiqətən favoritik, çünki biz dünya ikincisiyik. Favorit olduğumuzu demək üçün ikinci səbəb doğma azarkeşlər önündə oynamağımızdı. Xorvariyada, seçmə mərhələnin ilk matçında qalib gəlməliyik. Azərbaycan yığmasının gücünü azaltmıram. Yaxşı komandadı, müdafiə olunmağı bacarırlar. Amma qələbə üçün əlimizdən gələni edəcəyik.
 
- Sizcə, qrupda kim Xorvatiya yığması ilə mübarizə aparacaq?
- Uels millisini xüsusi qeyd edərdim. Onlar çox güclü komandadı. Bundan başqa, Slovakiya komandası yaxşı heyətə malikdi. Macarıstanla və Azərbaycan da döyüşkən komandalardı. Hər bir rəqib bizə çətinlik yaradacaq.
 
- Yığmamızın baş məşqçisi Nikola Yurçeviç sizin həmyerlinizdi. Onun təyinatını necə qarşıladınız və haqqında fikirləriniz necədi?
- Yurçeviçi yaxşı tanıyıram.  Uzun illər Slaven Biliçin yanında çalışıb. Ondan çox şeylər öyrəndiyinə və yaxşı təcrübəyə sahib olduğuna əminəm. İnsan kimi də yaxşı keyfiyyətlərə malikdi. İşlədiyi yerin haqqını verəcəyinə inanıram. Ona Azərbaycan yığmasında uğurlar arzu edirəm.
 
- Əgər Yurçeviç sizdən Azərbaycan yığmasına daha az qol vurmağınızı xahiş etsə, nə cavab verərsiniz?
- Bizim Azərbaycan yığmasına çox qol vuracağımıza heç kim zəmanət verə bilməz. Üstəlik, çox qol vurmaq kimi niyyətimiz də yoxdu. 1:0 qalib gələk və 3 xal bizim olsun. Əsas məsələ tskilə yaxşı notlarla başlamaqdı. Belə bir xahişin olacağı da inandırıcı deyil. Rəqib mübarizə aparacaq.
 
- Əgər xatırlayırsınızsa, Azərbaycan yığması bir neçə il öncə Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşdu və həmin vaxt Berti Foqts komandadan istefa vermişdi...
- Yadımdadı. Amma o da yadımdadı ki, Xorvatiya Bakıda Azərbaycan yığmasına qalib gələ bilməmişdi. Həmin vaxt mənim hazırki vəzifəmdə Niko Kovaç çalışırdı. Çox çətin bir oyun keçmişdi. Ona görə hər şeyi 6:0 üzərindən düşünmək olmaz.
 
- Mario Mandzukiçlə bağlı bir məsələ var idi ki, yığmaya dönəcəyi müzakirə olunurdu...
- Bu məsələ dünya çempionatından sonra bağlanmışdı. Çünki Manduzkiç yığma ilə vidalaşmışdı. Onun dönəcəyi müzakirə edilməyib.
 
FƏRİD

 
tarix: 05-03-2019 09:45


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az