(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Aldadılmış, ram edilmiş Axundov

Aldadılmış, ram edilmiş Axundov

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovu heç belə görməmişdik. Sanki ümidləri çilik-çilik olub, xəyalları suya düşüb, yıpranıb.
 
AFFA-nın Növbəti Konfransında o qədər sakit, o qədər məsum görünürdü ki... Yerini o qədər dəqiq göstəriblər ki, hətta nitq söyləyənlərə əl çalmağa da taqəti qalmamışdı. Klubda aparılan yoxlamalar çox sıxıb onu. Assosiasiya rəhbərləri hər dəfə şəffaflıqdan danışanda dalağı cancırdı, növbəti cümlədə adının çəkiləcəyindən ehtiyat edir, rəng verib, rəng alırdı.
 
Axundov baş katib Elxan Məmmədova çox yaxınlaşmışdı, onunla birgə nəfəs alır, eyni hədəfə vururdu. Və yalnız onun dediyi ilə oturub-durur, istifadə edilirdi. Elə bilirdi ki, Məmmədov onu irəli çəkəcək, sirr dostu olacaq. Amma vaxt yetişdi, fərqini gördü. Elxan bəy onu ən çətin məqamında yaxalayıb, “Keşlə”yə maliyyə yoxlaması üçün audit göndərdi, AFFA-nın ayırdığı pulların hesabatını soruşdu. Çünki Zaur bəyin hesabat verə bilməyəcəyinə əmin idi.
 
Və dünən Elxan bəy nitqində tez-tez Axundovu nəzərdə tutaraq ifadələr işlədirdi. Klublarda şəffaflıqdan danışarkən, sözünün bir ucu “Keşlə”yə gedib çıxırdı. UEFA-dan uşaq futbolunun inkişafı üçün ayrılan pulların hara xərcləndiyinin araşdırılmasının lazım gəldiyini deyərkən də, klubların bunun qarşılığında qışda legioner transferi etdiklərini söyləyərkən də nəzərdə tutduqlarından biri Axundov idi.
 
“Bəlkə də futzala elə ciddi yanaşmamışıq və bir neçə il gecikmişik” – sizcə Məmmədovun çıxışındakı bu etiraf-iradın səbəbkarı kimdi? Təbii ki, Futzal Federasiyasının prezidenti Axundov. Baş katib aşkar şəkildə bu sahədə işlərin düzgün qurulmamasına işarə edir.
 
Zaur bəy təklənib və indi ona kömək edən də yoxdu. Dostlarına, himayədarlarına baş katibə görə arxa çevirdi və indi onlar Axundovu tək qoyub, müdafiə etmirlər. Buna görə Zaur bəyin səsi gəlmir, müsahibə vermir, kənar gəzir. Nə “Keşlə”dən danışa bilir, nə futzaldan.
 
Sizi belə görmək istəmirik, Zaur bəy. Çilik-şilik olmuş xəyallarınızın dalınca gedə bilmirsiz. Bunu hamını, hətta mətbuatı da qarşınıza alanda fikirləşməli idiz. Təmiz işləməmisiz, mübhəm sirrlərinizi baş katibə vermisiz, dostları unutmusuz və indi hər gün daha da çökürsüz. Tezliklə “Sumqayıt”a qurban verilərək son pilləyə düşəcək komandanızı da götürüb, diviziona gedəcəksiz və orada heç kim sizə indiki büdcəni ayırmayacaq.
 
Tələs, Zaur, tələs...
 
CAVAD

 
tarix: 05-03-2019 10:15


 
Xəbər lenti
16.12.2019

01:52   Lider büdrədi, “Yuventus” qalib gəldi

15.12.2019

23:01  Lider səfərdən xalsız döndü

22:34  MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03  “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00  150-ci dəfə qələbə sevinci yaşadı

20:13  “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36  Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13  Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52  Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26  “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06  Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58  Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49  Yalnız Peyman Babayi

16:12  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51  “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15  Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46  “Napoli”də ciddi itki

12:59  Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02  “Bavariya”da 300-cü oyun

11:09  Turabovun komandası səfərdən 1 xalla döndü

10:24  Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17  Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54  “Barselona” səfərdə xal itirdi

01:41  “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02  Marsel “Olimpik”i səfərdə xal itirdi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az