(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın gəlirləri azaldı, yük SOCAR-a düşdü

AFFA-nın gəlirləri azaldı, yük SOCAR-a düşdü

AFFA-nın martın 4-də baş tutan Növbəti Hesabat Konfransında 2018-ci ili əhatə edən gəlir və xərcləri açıqlandı. Məlum oldu ki, ötən il milli assosiasiyaya 25 milyon 456 min 685 manat vəsait daxil olub. Xərclər isə umumilikdə 20 milyon 201 min 286 manat təşkil edib.
 
Rəqəmlər 2017-ci illə müqayisədə oxşardı. Amma müəyyən azalmalar var və bu, diqqət çəkir. Xüsusilə sponsorlardan gələn pullarda zalma müşahidə olunur və əsas yük yenə SOCAR-ın üzərinə düşüb.
 
Daxil olan vəsaitlərə nəzər salsaq, SOCAR-ın futbola 11.050.500 manat sərf etdiyini görərik. Bu, ötən illə müqayisədə 2,8 milyon çoxdu. "A" milli komandanın yayım hüquqi gəliri 4.173.000 manat olub, ötən il bu rəqəm 5.955.600 manat idi. FİFA-dan gələn vəsaitdə də (3.404.162) 700 min azalma var. UEFA-da bu göstərici daha pisdi. 3.054.145 manat ötənilki köçürmələrin heç yarısı da deyil. “Azəridmanservis” 2.909.172 manatla 400 min artıb edib. Əvəzində “Bakcell” (172.726) ayırmaları 3,5 dəfə azaldıb. “Paşa sığorta” (118.000) və “Bulvar Hotel” (53.100) 60 min qənaət edib, “Coca Cola” ümumiyyətlə, siyahıdan çıxıb. AFFA-nın digər növlərdən qazancı da azalıb. 2017-də 800 mini aşan kənar vəsait cəlb etmələri ötən il 521.880 manatla məhdudlaşıb.
 
Bu üzdəndi ki, AFFA-nın ötən il büdcəsinə daxil olan vəsait 25.456.685 manat olub. 2017-nin yekunlarına həsr olunan konfransda bu rəqəm 27,6 milyonla ifadə olunurdu.
 
Xərclərlə bağlı qeydlər maraqlıdı. Belə ki, milli yığma komandalara xərclənən vəsait 300 min azalıb - 9.890.762 manat. Əmək haqqları və ezamiyyət xərclərində də eyni vəziyyətdi - 3.015.914. Uşaq və gənclər futbolunun inkişafına 1.739.693 manat xərclənib, 2017-də bu rəqəm 2,3 milyon idi. Hakimlər və hakim-inspektorlar 1.376.926 manta layiq bilinib – 70 min azalma.
 
AFFA oyunların təşkilinə 1.087.406 manat xərcləməklə sabitliyi saxlayıb. Nəqliyyat xərclərində də (232.580) ciddi fərq yoxdu. Təhsil – 205.853, marketinq və sponsorluq - 284.713, kommunal xərclər – 289.947 demək olar, olduğu kimi saxlanılıb. Bir neçə xərc sahəsi, o cümlədən Media Komitəsi və “Cross Cilture” layihəsi siyahıdan çıxarılıb, Elit məşq layihəsi (71.372) 2017 ilə müqayisədə 50 min manat az vəsaitə layiq bilinib, əvəzində Futbol dərsi layihəsinə (169.307) diqqət ikiqat artırılıb.
 
Maraqlıdı ki, hər şeydə azalma olduğu halda təsərrüfat xərcləri (689.229) hansısa səbəbdən 200 min manat artıb. Aviabilet və hotel xərcləri (667.113) isə 260 min manat “şişib”. Əvəzində digər xərclər 481.471 manat olub ki, bud a 2017-ci illə müqayisədə 270 min azdı. Bu rəqəmlər yekuna da təsir edib, bir il əvvəllə müqayisədə 1,3 milyon az xərcləyib - 20.201.286.
 
2018-ci ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitlərdə də fərqlər var. Futzal Federasiyası 493.400 manata, yəni 2017-dəkinin 2 mislinə layiq bilinib. Uşaq və gənclər federasiyasına ayrılan vəsaitdə də eyni artım var - 180.000. Bir çox digər üzvlərdə kiçik rəqəm dəyişiklikləri gözə dəyir, digər əsas fərq Tələbə futbol federasiyasına edilən artımda görünür - 41.500 manat, yəni 2017-dəki məbləğin 4 misli. Ümumilikdə bu qurumlar 1.340.170 manata layiq bilinib ki, bud a yarım milyonluq artım deməkdi.
 
AFFA-nın balansında olan stadionlara, akademiya və məşq mərkəzlərinə ayrılan vəsaitlərdə də fərqlər var. Məsələn, milli komandaların təlim-məşq bazasına 1.292.880 AZN xərclənib. Ötən hesabatda bu rəqəm 1.0006.443 manatla ifadə olunurdu. Əvəzində futbol akademiyasına çəkilən xərc 330 min manat azalıb, amma 643.985 manatın da çox olduğunu deməliyik.
 
Bayıl Məşq Mərkəzinə 423.982 manat ayrılıb, əvəzində “Bayıl Arena”nın xərcləri 5 dəfə azalıb – 35.400 AZN. “Dalğa Arena”ya 300.125 manat sərf olunub. Amma demək olar oyun keçirilməyən arena üçün bu məbləğ də çoxdu. Bununla belə, 2017 ilə müqayisədə 143 min manat qənaət edilib ki, buna da şükr etməliyik. Binə stadionunun büdcəsindən 106 min kəsilib və bura 2017-də cəmi 30.682 AZN xərclənib. Beləcə 2.727.054 manat sərf olunub və bud a bir il əvvəllə müqayisədə 90 min qənaət deməkdi.
 
Göründüyü kimi, xərclər aşağı-yuxarı eynidi. Əsas, prioritet olan sahələrdə xərclər qismən azaldılıb, bud a ümumi büdcənin azalması ilə bağlıdı. Kənar sponsorlardan, FİFA və UEFA-dan gələn pulların azalması isə SOCAR-ın “yüklənməsi” ilə kompensasiya edilib.
 
CAVAD

 
tarix: 05-03-2019 10:38


 
Xəbər lenti
23.05.2019

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az