(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Yurçeviçlə münasibəti olan Kramariç: “Az qol vurmaq? Baxarıq”

Yurçeviçlə münasibəti olan Kramariç: “Az qol vurmaq? Baxarıq”

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqibi Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç futbolinfo.az-a müsahibə verib. Almaniyanın “Hoffenhaym” klubunun üzvü “Maksimir” stadionunda baş tutacaq ilk tur qarşılaşması haqda danışıb, millimizi dəyərləndirib.
 
- Artıq bir neçə gün sonra AÇ-2020-nin seçmə mərhələsi start götürəcək. İlk oyununuzu evdə Azərbaycana qarşı keçirəcəksiniz. Matça hazırsınız?
- İlk oyunumuzun evdə olması sevindiricidir. Çünki doğma azarkeşlər önündə qalibiyyətlə tskilə start vermək istəyirik. Azərbaycan millisi asan rəqib deyil. Ümumiyyətlə, müasir dövrdə asan komanda yoxdu. Bizi çətin qarşılaşma gözləyir. Dünya çempionatından sona Millətlər Liqasında oynadıq. İndi isə seçmə mərhələ başlayır və dünya çempionatında göstərdiyimiz nəticəyə görə insanlar bizdən yaxşı nəticə istəyir. Məhz bu da bizi matçlara motivasiya edəcək.  3 xalla başlamaqüçün hazırlaşmışıq. Mütləq qalib gəlməliyik.
 
- Baş məşqçiniz Zlatko Daliç Xorvatiya yığmasının aşkar favorit adlandırıb. Onunla razılaşırsız?
- Əlbəttə. Doğma azarkeşlər önündə oynayırıq, dünya çempionatının uğurlu komandalarından biriyik. Bu səbəbdən əlbəttə ki, favorit sayıla bilərik. Lakin heç bir rəqibi kiçiltmək lazım deyil. Evdə oynamağımıza baxmayaraq, bizi ağır matç gözləyir. Əlimizdən gələni edəcəyik ki, oyunu qalib başa vuraq, azarkeşlərimizi sevindirək.
 
- Səncə, qrupda hansı komanda sizinlə sona qədər mübarizə apara bilər?
- Düşünürəm ki, heç bir komanda asan rəqib deyil. Elə qrupdayıq ki, bütün komandalar mübarizə aparmaq gücündədirlər. Uels, Slovakiya kimi özünü sübut etmiş rəqiblər var. Bizə də çətin olacaq. Amma Avropa çempionatının final mərhələsində oynamaq üçün var gücümüzü ortaya qoyacağıq. Elə Azərbaycanla qarşılaşmadan başlayaraq, bütün diqqətimizi matçlara yönəltməliyik ki, uğurlu olaq.
 
- Xorvatiya yığması AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinə 6:0 hesabı ilə qalib gəlmişdi. Həmin nəticənin təkrarlanması mümkündü?
- Baxacağıq. Əslində, futbolda sadəcə, xal qazanmaq, uğurlu olmaq daha önəmlidir. Çox və ya az qol vurmağın fərqi yoxdu. Lakin futbolda “ən yaxşı müdafiə hücumdur” kəliməsini unutmayaq. Biz hücum edəcəyik və nə qədər reallaşacaq, görəcəyik. Əgər mümkün olsa, təbii ki, böyük hesabla qalib gəlmək istəyərik. Ümid edirəm ki, bizdə hər şey yaxşı alınacaq.
 
- Həmin matçda 1 qol da vurmuşdun...
- Yadımdadı. Həmin qarşılaşmada start heyətdə meydanda idim. 11-ci dəqiqədə hesabı açmışdım.
 
- Bakıdakı matçı xatırlayırsan?
- 0:0 hesabı ilə bitən qarşılaşma. Mən o matçda meydana çıxmadım. Komandamız xeyli qol epizodu yaratmışdı. Lakin istifadə də bilmədik. Qarşılaşma 0:0 bitdi.
 
- Bilirsən ki, yığmamızın baş məşqçisi həmyerliniz Nikola Yurçeviçdi və o, yeni təyin olunub...
- Bilirəm. Nikola Yurçeviçi isə əla tanıyıram. Uzun illər Slaven Biliçin köməkçisi olub. Düşünürəm ki, yaxşı komanda yaradacaq. Onunla şəxsi münasibətlərim də var.  Yurçeviçin uğurlu olmasına çox sevinərəm. İnanıram ki, Azərbaycan yığmasında uzun müddət işləyəcək və uğurlu olacaq.
 
- Şəxsi münasibətiniz var və güman ki, komandanın əsas heyətində hücum xəttində yer alacaqsan. Yurçeviçin komandasına az qol vurmağı düşünürsən? Ona hörmət əlaməti olaraq...
- Baxarıq (gülür).
 
CAVAD

 
tarix: 05-03-2019 13:12


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az