qaynar xətt
“ASK Arena”da futbol oynamaq olmaz! – mütəxəssislər danışır
“Keşlə” klubunun oyunlarını keçirdiyi “ASK arena”nın süni örtüklü meydançasının durumundan narazılıqlar hələ bura “Şəfa” və “İnter Arena” adı daşıyandan olub. Neçə illərdi ki, narazılıqlar davam edir. Futbolçular, futbol mütəxəssisləri bu cür keyfiyyətsiz meydançada oynamağın yolverilməzliyi barədə həyəcan təbili çalsa da, nə klub, nə də federasiya bu məsələyə önəm verir.
Son olaraq, “Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə açıqlamasında narazılığını dilə gətirib. O, “Keşlə” ilə ötən həftə keçirilən Premyer Liqanın 19-cu turunun görüşündən sonra jurnalistlərə deyib: “Başa düşə bilmirəm ki, belə meydanda oynamağa necə icazə verilir? Bəli, sintetik örtüklü meydançalar var, ancaq onlar son nəsildir. Həmin meydançalarda oynamağı hardasa anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm. Belə meydanlarda özümü rahat hiss etmirəm”.
Kintanın narazılığı təsüdüfi deyil. Sırf Azərbaycandakı süni meydançalarda aldığı zədədən əziyyət çəkən Dani üçün o cür bərbad örtükdə oynamaq daha çətin, bir o qədər də arzuolunmazdır.
Həmin gün meydançanın vəziyyətindən gilyelənən təkcə Kintana deyildi. Elə meydan sahibi “Keşlə”nin öz futbolçusu – serbiyalı Nikola Mitroviç də narazılığını açıq şəkildə dilə gətirmişdi: “Bu, futbol meydançası deyil. Gördüyüm ən pis meydanlardan biridir. Amma biz hər gün burada məşq edirik. Ayaqlarımız ağrıyır. Nə etmək olar? Hər an zədə almaq qorxusu var”.
Bəli, göründüyü kimi, hətta “Keşlə”nin öz futbolçusu belə narazılıq etdiyi halda indiyə qədər dəyişən bir şey yoxdur. Əksinə, vəziyyət daha da pisləşib. Örtüyün necə bərbad halda olduğunu görmək üçün heç meydançaya ayaq basmağa da ehtiyac yoxdu. Acı mənzərə elə kənardan da görünür. Örtüyün bir çox hissəsi o qədər yeyilib ki, futbolçular, topla oynamaq bir kənara, normal hərəkət belə edə bilmirlər. Bu cür meydançalarda mübarizə aparmaq onların zədə almaq riskini də artırır.
Qol.az saytınıın mövzu ilə bağlı müraciət etdiyi əməkdar məşqçi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov lap əvvəldən süni örtüyün əleyhinə olduğunu bildirib. O da düşünür ki, “ASK Arena”da futbol oynamaq olmaz: “Bu cür meydançalarda oyun keçirmək futbolçular üçün təhlükəlidir. Oyunçular təbii otun qoxusunu hiss etməlidirlər. SSRİ dövründə Moskva “Spartak”ının süni örtüklü meydançası var idi. Əksər çalışdırıcılar, xüsisilə Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Lobanovski orada oynamağa qarşı idi. Amma onu da deyim ki, o dövrdə süni örtükləri yaxşı düzəldirdilər, indiki kimi deyildi. Süni meydançada oynamaq olar. Amma gərək yaxşı vəziyyətdə olsun. Təbii meydançalar kimi, süni ot örtüyü də qulluq tələb edir. Bunu həftədə ən azı 2-3 dəfə sulamaq və daramaq lazımdır. “Keşlə” – “Qarabağ” oyunu zamanı mən də stadionda idim.
Ağasəlim Mircavadov
Doğrudan da “ASK Arena”nın örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Orada futbol oynamaq olmaz. Süni örtükdə zədələr də qaçılmaz olur. Son illər futbolçularda əzələ və bel yırtığı, diz bağlarının qopması geniş yayılıb. Gənc futbolçuların çoxunda belə zədələr müşahidə olunur. Süni örtüklü meydançada bəzi təmrinləri etmək də çətindir. Top istiqamətini dəyişir, futbolçu tullanma həkətlərini yerinə yetirə bilmir. Ancaq icazə veriblər, bunlar da ev oyunlarını həmin stadionda keçirirlər”.
Vaxtı ilə “İnter”də (indiki “Keşlə” – E.S) çalışmış, hazırda isə “Qəbələ”nin meneceri olan Səbuhi Səfiyarlı isə deyir ki, "ASK Arena”ın örtüyü sonuncu dəfə 2012-ci ildə qadınlar arasında dünya çempionatından əvvəl yenilənib: “Başqa yerlərdə demək olar, hər il süni örtüyü dəyişirlər. Bizdə isə artıq 7 ildir, o meydançaya əl vuran yoxdur. Yadımdadır, bir dəfə “İnter”lə oyundan sonra Baqali Dabo zədələnmişdi və bir neçə həftə oynamamışdı. Səhv etmirəmsə, arxa əzələsini dartmışdı. Hətta məşqçi narazılıq etmiş, bildirmişdi ki, belə meydançada zədə almaq çox asandır. Dabodan başqa, Yuri Syominin vaxtında Viktor Mendi də həmin arenadakı oyunda zədələnmişdi. Ancaq örtüyü yeniləmək hamısı büdcə məsələsidir. Əlavə xərc tələb edir. Bilirsiniz ki, federasiya hər mövsümün əvvəlində stadionları təftiş edir, çempionata hazır olub-olmadığını yoxlayır. AFFA “ASK Arena”nı qəbul edibsə, biz kluba irad bildirə bilmərik. Düzdür, hamı istəyər ki, təbii örtükdə oynasın. Ancaq artıq qərar qəbul edilibsə, klubluq bir şey yoxdur. Gürcüstan Futbol Federasiyası bir müddət öncə belə bir qərar qəbul etdi ki, 2019-2020 mövsümündən etibarən yüksək və birinci liqanın oyunlarını süni örtüklü meydançalarda keçirmək olmaz.
Səbuhi Səfiyarlı
Federasiya bizi adi bayrağın olmamağına görə cərimələyirsə, eyni şeyi stadiona görə də etməlidir ki, burada oynamaq olmaz. Amma artıq həmin arenanı qəbul ediblərsə, kluba deyə bilmərik ki, sən niyə orada oynayırsan. Çünki biz həmin örtükdə 1 oyun keçiririk və bu, kifayət edir ki, hansısa futbolçumuz zədələnsin. Klub özü isə təsəvvür edin, orada hər gün məşq edir. Onlar üçün daha ağırdır. Elə zədələr var ki, ona görə futbolçuya süni meydançada oynamağı qadağan edirlər. Bu cür örtükdə yüklənmə çox olur, ona bərpasına uzun vaxt lazımdır. Amma yenə deyirəm, bu, sırf imkandan asılı olan bir şeydir. Təbii örtük daim qulluq tələb edir. Mən özüm də o klubda işləmişəm. Bu məsələ daim aktual olub. Oyunçular tez-tez süni meydança olmağından narazılıq edirdilər. Lakin ot örtüyü təbiidirsə, sənin əlavə köməkçi meydançaların olmalıdır. “ASK Arena”da isə həm əsas, həm də əvəzedici komanda oynayır. Bunların hamısının yüklənməsini ancaq süni örtük götürə bilər. Təbii örtük buna heç bir ay dözməz. Süni meydançanın özünü yeniləmək olar. Amma bildiyim qədərilə təbii örtüklə əvəzləmək istəyirlər, yəqin, ona görə gözləyirlər”. (qol.az)
16:00 Süleymanov Xəlilzadəyə çatdı
15:41 Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”
15:24 Messi: 8 ildən sonra ilk dəfə
15:04 Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda
14:40 Turun ən yaxşısı “Qarabağ”lı oldu
14:26 “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO
14:05 "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək
13:51 “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı
13:43 “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq
13:21 Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu
13:02 80-ci qələbə
12:48 “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”
12:32 İsveçrə millisi Bakı proqramını açıqladı
12:15 “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi
12:00 “Traktor”da növbəti ayrılıq
11:46 Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO
11:33 APOEL Tomas Dollu istefaya göndərdi
11:16 Öncə Qurbanov, sonra Krasson
11:00 Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu
10:40 36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə
10:20 “Barselona” Milana Messisiz yollandı
10:01 Elxan Məmmədovun “şişirtdiyi” gündəlik
09:44 “Traktor” Təbriz derbisindən məğlub ayrıldı
09:30 Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi
09:15 Avro-2020 üçün 40 çarter reysi bron edilib
09:00 Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq
01:57 “Arsenal”dan əzmkar qələbə
23:02 Autsayder doğma meydanda sevindi
18:56 “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb
18:34 Uels yığmasının nümayəndələri Bakıda
18:00 120 illik rekord təkrarlandı
17:46 “Neftçi” yeni sponsorla müqavilə bağlayır
17:30 Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi
17:07 Ayaz Quliyev “Spartak”dan ayrılır?
16:35 “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın
16:26 İngiltərə yığmasına daha bir rəqib
15:40 Premyer Liqada 150-ci qol
15:16 Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!
14:43 98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər
14:23 “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya
14:00 Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu
13:38 İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”
13:09 Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı
12:38 Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif
12:10 “Səbail”i məyus edən 100-cü qol
11:54 550-ci səfər qolu
11:42 “Qarabağ”ın legioneri 100-ə çatdı
11:31 2-ci dövrənin ən yaxşısı məlum oldu
11:20 Əliyar Ağayev İsrailə yollanır
11:03 İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan
10:51 Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı
10:32 Bordini tarixə salan səbəb
10:17 La Liqada yeni rekordçu
10:01 Roxas “Sabah”da qalacağına ümid edir
09:47 Ufuk Budak üçün 90 dəqiqə və 3 xal
09:31 Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü