(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-dan hakimi döyən futbolçuya 10 oyunluq cəza

AFFA-dan hakimi döyən futbolçuya 10 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Astara” – “Alyans” (Masallı) matçınında “Alyans” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

İntizam Komitəsinə daxil olan əlavə məlumatlara əsaslanaraq İntizam Komitəsi 24 N-li protokolun 12-ci maddəsinə aşağıdakı düzəlişləri edib:

Region Liqasında keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində 7 N-li futbolçu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə 10 oyun cəzalanıb. Həmin komandanın heyətində 11 N-li oyunçu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün 5 oyun cəzalandırılıb.

Gənclər Liqasında “Sumqayıt”  – “Səbail” matçının 27-ci dəqiqəsində “Səbail”in futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 63-cü dəqiqəsində “Səbail”in futbolçusu Bayram Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Qarabağ” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə”nin futbolçusu Mikayıl Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Tufan” matçının 55-ci dəqiqəsində “Tufan”ın futbolçusu Murad Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – “Səbail” matçının 44-cü dəqiqəsində “Səbail”in futbolçusu Rəhman Mahmudov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 85-ci dəqiqəsində “Zirə”nin futbolçusu Rüstəm Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Sumqayıt” matçının 36-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Nemət Şıxəmirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17  Liqasında “Neftçi” PFK – “Qarabağ” matçının 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahir Həsənov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Zirə” – “Turan” matçının 23-cü dəqiqəsində “Turan”ın futbolçusu Rufan Tomuyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Gəncə” TİM – “Keşlə” matçının 80-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Nihad Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” PFK – “Qarabağ” matçında “Qarabağ”ın futbolçusu Süleyman Süleymanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Xilə” – “Zirə” matçının 68-ci dəqiqəsində “Zirə”nin futbolçusu Hüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “Leon” – “Polad” matçında “Leon”un heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının “Bakınka” (Bakı) – “Sumqayıt” matçında qonaq komanda iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Zaqatala” PFK – “Veqa”  matçının 61-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Günel Ramazanova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Birinci Liqasının “Sabunçu”  – “Green Log” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan Birinci Liqasının “Sovetski” – “Yasamal” MFK B  matçının 19-cu dəqiqəsində “Sovetski”nin futzalçısı Murad İsmayılovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 19-cu dəqiqəsində “Yasamal” MFK B komandasının futzalçısı Eşqin Tağıyevin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 23-cü dəqiqəsində “Yasamal” MFK B komandasının üzvü İsmayıl Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan İkinci Liqasının “Hövsan” – “Gənclik”   matçının 25-ci dəqiqəsində “Gənclik”in futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan İkinci Liqasının “STAR karqo” – “Avanqart” matçının 30-cu dəqiqəsində “Avanqart”ın futzalçısı Ravin Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


 
tarix: 05-03-2019 14:24


 
Xəbər lenti
10.12.2019

17:54   Millimizin üzvü cəzalı duruma düşdü

17:25   Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00   UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42   Paytaxt klubunda 2 itki

16:20   1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00   Süleymanov Xəlilzadəyə çatdı

15:41   Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24   Messi: 8 ildən sonra ilk dəfə

15:04   Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40   Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26   “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05   "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51   “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43   “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21   Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az