(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Yurçeviç AFFA-dan illik 300 min avro maaş alacaq?

Yurçeviç AFFA-dan illik 300 min avro maaş alacaq?

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç dünən AFFA-da keçirilən konfrans, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşü və başqa məsələlərlə bağlı müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Konfrans fantastik alındı. Fikrimcə, AFFA tədbiri yüksək səviyyədə keçirdi. Milli Assosiasiya Bakıda keçiriləcək Avropa Liqasının final oyununa da yüksək səviyyədə hazırlaşır. Bu konfransı Avropada keçirilən tədbirlərlə müqayisə etmək olar. Hər şey ən yüksək səviyyədə idi. 

– Xorvatiya millisinə qarşı keçirəcəyiniz görüşlə bağlı nə deyə bilərsiz? 
– Bu bizim üçün çox çətin görüş olacaq. Deyə bilərik ki, Xorvatiya dünyanın ən güclü ikinci milli komandasıdır. Buna baxmayaraq, bizim də yaxşı komandamız var. Mən Azərbaycan Premyer Liqasının matçlarını izlədim, oyunçularımızın “performans”ını bəyəndim. Əlbəttə, Xorvatiya bu görüşün favoritidir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, onlara qarşı yaxşı oyun göstərək. Bu görüşdə müsbət nəticə göstərəcəyimizə ümid edirik. 

– Oyunun hazırlıq prosesinə nə zaman başlayacaqsız? 
– Premyer Liqada 15-16 martda keçiriləcək 21-ci tur matçlarından sonra təlim-məşq toplanışı üçün bir araya gələcəyik. Bizim çox az vaxtımız olacaq. Çünki çempionatda fasiləyədək son oyun şənbə günü olacaq, bundan 5 gün sonra – cümə axşamı biz Xorvatiya millisinə qarşı oynayacağıq. Vaxtımız çox az olacaq, amma bu toplanış bizim üçün çox önəmlidir. Vaxt məhdudluğu səbəbindən məşqlərimizin sayı da az olacaq. Ona görə də, bacardıqca yaxşı və sürətli şəkildə bu görüşə hazırlaşmağa çalışacağıq. 

– Tədbirdən öncə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qurban Qurbanovla söhbətinizdə hansı məsələləri müzakirə etdiz? 
– Qurban Qurbanov çox uğurlu baş məşçidir. O, “Qarabağ” komandası ilə xeyli nailiyyətlər əldə edib. Komandası ilə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb, Azərbaycan Premyer Liqasında çempionluqlar yaşayıb. Həmçinin o, məndən əvvəl milli komandanın baş məşqçisi olub. Bilirik ki, hazırda futbol necə çətindir. Ona görə də, məşqçilər bəzən uğurlu, bəzən isə uğursuz olurlar. Biz onunla Azərbaycan futbolu barədə danışdıq. Bəzi kiçik müzakirələr apardıq. 

– Sizinlə müqavilə artıq rəsmən bağlanılıb?
– Bəli, hər şey artıq bitib və yolundadır. Biz müqaviləni keçən həftə imzalamışıq. Müddəti 1+2 illik nəzərdə tutulub. Seçmə mərhələnin oyunları başa çatdıqdan sonra rəhbərliklə müqavilə və gələcək barədə yenidən danışacağıq. 

– Milli komandada illik 300 min avro maaş alacağınıza dair Xorvatiya mətbuatının yazdıqları nə dərəcədə həqiqətə uyğundur? 
– Biz işin maliyyə tərəfi ilə bağlı 5 dəqiqədən bir az artıq danışmışıq. Sadəcə, detallar barədə söhbətimiz olub. Mən bu barədə sizə heç nə deyə bilmərəm. (Report)


 
tarix: 05-03-2019 15:57


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az