(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Solari azarkeşlərdən dəstək istəyir

Solari azarkeşlərdən dəstək istəyir

"Bu, çox ağır həftədi. Bizi çətin zamanlarda dəstəkləyən azarkeşlərdən üzr istəyirik.Əlimizdən gələn hər şeyi etdik. Bizdən üz döndərməsinlər. Bəli, bu, ağır mövsümdü. Ancaq belə çətin anlarda xarakter göstərməliyik" - bu sözləri  "Real"ın baş məşqçisi Santyaqo Solari Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.
 
O, futbolçusu Dani Karvahalın "Real" üçün bu mövsüm hər şeyin bitdiyi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib: "Burada üç dəfə Çempionlar Liqasının kubokunu qazanan futbolçular oldu. İndi isə mübarizəni dayandırdıq. Bu, kədərli andır. Bu,bir daha Çempionlar Liqasının udmağın çətin olduğunu göstərir. Ancaq hələ La Liqa var".
 
Argentinalı mütəxəssəsis komandanın kapitanı Serxio Ramosun cəzalı duruma düşdüyü üçün oynamamağını da şərh  edib: "Onun yeri  görünürdü. Heç  bir oyunçunu günahlandırmaq istəmirəm, amma o bizim kapitanımzdır. Mən start heyətlə bağlı başqa qərar verə bilərdimmi? Bu  suala cavab vermək mümkün  deyil. Məşqçi  oyuna qədər qərarları qəbul edir. Bu ilin çətin olduğunu başa düşürəm. Böyük komandalarda gənc oyunçular çoxdu. Onlar güclü oyunçulardır".
 
"Real"ın çalışdırıcısı çətin durumlarında xarakter göstərməli olduqlarını deyib: "Çünki "Real" hamımızdan böyükdür.O, hər zaman daha güclü geri qayıdır".
 
Solari istefa verib-verməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb:  "Buraya hər şeydən imtina etmək üçün gəlməmişəm".

 
tarix: 06-03-2019 10:40


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az