(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
İslam Abbasov hər 2 işiylə vidalaşıb: səbəb nədi?

İslam Abbasov hər 2 işiylə vidalaşıb: səbəb nədi?

Elxan Məmmədovun daha bir kadrı ondan üz döndərdi. Millinin inzibatçısı, “Kəpəz”in Müşahidə Şurasının sədri İslam Abbasov indi bu postlarda deyil.
 
Mətbautda yazılanlara inansaq, İslam bəy uzun illər işlədiyi milli komandalardan uzaqlaşdırılıb. Abbasov özü danışmır, AFFA-dan isə onun ərizəsinə əsasən işinə xitam verildiyi deyilir. Amma şaiyələrə inansaq, inzibatçı yığmanın forma təminatı ilə bağlı hansısa səhv addım atıb və bunu ona bağışlamayıblar.
 
Hansı versiyanın doğru olduğunu bilmirik, İslam bəy özü danışmalıdı. Lakin onun “Kəpəz”dən də uzaqlaşması düşünməyə əsas verir. Ya Abbasov baş katib Elxan Məmmədovla bütün körpüləri yandırıb və bu üzdən də Gəncə klubundan ayrılıb, ya da həqiqətən ciddi nöqsanları var və bu səbəbdən hər iki postdan qovulub. Çünki son mətbuat konfransında Elxan bəy mövsümün sonunda qərb klubunda Müşahidə Şurasının tərkibinə yenidən baxılacağını etiraf etdi.
 
Hələlik “Kəpəz” Abbasovun gedişini təkzib edir, amma onun artıq bu klubda olmadığı dəqiqdi. Ərizəsini yazıb – ya könüllü, ya da məcbur olaraq.
 
Burada maraqlı olan Elxan Məmmədovun artıq neçənci dəfə güvəndiyi adamdan xəyanət görməsi və ya özünün onlara xəyanət etməsidi. Elnur Məmmədovun “Neftçi”dən ayrılması sırf sifarişə əməl etməməsinə görə idi, indi də 1-2 belə adamla problem yaşanır, baş katib onlardan üz döndərib. Sonuncu dəfə Mikayıl Nərimanoğlu olayı baş vermişdi. AFFA-nın sabiq mətbuat katibi idarəçisi olduğu “Kəpəz”də nə fırıldaqlar etmişdisə, onu ümumiyyətlə, futboldan sildilər. İndi də gəncəlilərlə bağlılığı olan daha bir kadr sıradan çıxdı.
 
Məmmədovun güvəndiyi insanlarla belə vidalaşması yaxşı hal deyil. Onlar ya baş katibin dediklərini etməyib işini itirir, ya da Nərimanoğlu kimi qurban gedirlər. Hər iki halda sonuc eyndidi. Elxan bəy özünü firon kimi aparmağa davam etdikcə, bütün kadrlarını itirəcək. Onlardan bəziləri ləkələnir, bəziləri işsiz qalmağı gözə alaraq üsyan edir.
 
Həm də Abbasov AFFA-dakı işindən qovulan yeganə kadr deyil. Onunla birlikdə millinin digər inzibatçısı Cavid Əhmədov da işini itirib. Onu Gəncədən milli komandaya İslam bəy gətirmişdi və yəqin ki, şərik olduqları aşkar edilib.

 
tarix: 06-03-2019 14:33


 
Xəbər lenti
23.07.2019

10:00   Türamın oğlu “Borussiya”da - RƏSMİ

09:30   Dünyanın ən bahalı futbol klubu - “Real”

09:00   “Çelsi”dən Almaniya klubuna

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az