(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ağayevi kim və niyə sıxışdırır?

Ağayevi kim və niyə sıxışdırır?

Əliyar Ağayev Yunanıstan çempionatının elitasında oyun idarə edəcək. Bu, sıradan xəbər deyil. Azərbaycan hakimlik ənənələrini uğurla davam etdirən, saysız beynəlxalq oyunara təyinat alan və ümidləri doğruldan FIFA referimiz bununla daha bir yeniliyin iştirakçısı olacaq.
 
Cəmi 31 yaşı olmasına baxmayaraq, artıq Avropa Liqasının qrup mərhələsində oyunlar idarə edən, UEFA-nın I kateqoriyasını alan Əliyar Çempionlar Liqasının həlledici mərhələlərində, dünya və Avropa çempionatında ölkəmizi təmsil etməyə də ən yaxın şəxs kimi görünür. Yunanlardan gələn dəvət ona necə ümid bəsləndiyinin, UEFA-dan hansı diqqət gördüyünün sübutudu.
 
Amma bizdə vəziyyət başqadı. Artıq Ağayevin ayağının altını qazmağa, onun inkişafına mane olmağa başlayıblar. Premyer Liqanın ilk 2 dövrəsində 10 matç idarə edən, cəmi 4 turu buraxan Əliyar gözümçıxdıya salınır. Beynəlxalq oyunlara hazırlaşması üçün daha vacib matçlara göndərilməsi, təyinat alması lazım olan referini kənarda saxlayır, ikinci dərəcəli oyunlara göndərirlər. Ağayev qış fasiləsindən sonra Premyer Liqada 3 görüş idarə edib ki, onların da heç biri mərkəzi qarşılaşma olmayıb. Onun beynəlxalq görüşü də yoxdu ki, ona istirahət verildiyini bəhanə etsinlər.
 
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik bunun fərqində olmalıdı, fərqində deyilsə də, diqqət yetirməlidi. Komitə üzvləri Elçin Məmmədov və Anar Salmanov sabiq sədrin acığını Əliyardan çıxmamalıdı.
 
Ağayev Xaqani Məmmədov sədr olan dövrdə üzə çıxıb, bir növ onun yetirməsi sayılır. AFFA rəhbərliyi də bu referinin yüksəlişinə yardım edib, onun təyinatlarının sıralanmasında müəyyən əlaqələrdən istifadə edib. Və indi bu cütlük özlərinin yüksələ bilmədiyi zirvədə Əliyarı görüncə qısqanclığa başlayıblar, onun təyinatlarını azaltmağa, ölkə daxilində sıxışdırılmasına start veriblər. Xaqani Məmmədovun qisasını onun yetirməsindən alırlar. Qışa kimi hər şey qaydasında gedirdisə, yerlərini möhkəmlədəndən sonra məkrli əməllərinə başlayıblar.
 
6 tura Əliyar 3 matça təyinat alıb – “Qəbələ” – “Sumqayıt”, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Zirə”. Heç biri liderlərin oyunu deyil. Bəlkə də ədalətli olması kimlərinsə planlarına mane olduğundan o, kənarda saxlanılır. Bildiyimizə görə, hər hansı zədəsi, narahatlığı da yoxdu, əks halda, Yunanıstandan dəvət almazdı.
 
Əvəzində Akimlər Komitəsi bu 6 turda digər hakimləri önə çıxarıb. Rauf Cabarov və Rəhim Həsənov kimi FIFA referiləri də 3 matça təyinat alıb, Rauf zədələnməsəydi, daha öndə olardı. Lakin onlar 4 matça təyinat alan İnqilab Məmmədovdan, 3 matça göndərilən təcrübəsiz Səbuhi Bayramovdan, FIFA referiliyindən geri çağırılan Orxan Məmmədovdan az diqqət görməməlidi. Beynəlxalq dərəcəli hakimlər mütəmadi iş başında olmalı, ən vacib oyunları idarə etməlidi. Çünki bu referilər UEFA nümayəndələri tərəfindən də izlənilir və gələcək təyinatlarında bu amillərin rolu var.

 
tarix: 07-03-2019 10:33


 
Xəbər lenti
15.10.2019

12:43   “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21   Millimiz San Marino ilə üz-üzə

12:07   AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48   Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

11:21   Uçurumun dibində: dövləti unutduran AFFA

11:03   Cüzeppe Rossi rəsmən La Liqa klubunda

10:51   “Fənərbaxça”nın zədəliləri sıraya döndü

10:37   Paytaxt klubunda yeni futbolçu

10:23   Almeyda APOEL-ə qarşı oynaya biləcək

10:12   Təhlükəli mitinq oyunu

10:00   Almaniya klubundan türk futbolçu ilə bağlı sərt qərar

09:39   PSJ-də Neymar şoku – 4 həftə olmayacaq

09:27   Fransa klubunda yeni baş məşqçi

09:11   “Spartak” Tedeskoya tapşırıldı

09:00   Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

08:45   Macarlar qrupdan çıxsa, Bəhlula hədiyyə göndərəcək

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az