(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”ın da olduğu antirekord

“Qarabağ”ın da olduğu antirekord

İtaliyanın "Roma" klubu Çempionlar Liqasında "Portu" ilə Portuqaliyadakı 1/8 final mərhələsinin cavab görüşündə də qol buraxmaqla antirekorda imza atıb. "Canavarlar" Avropanın ən nüfuzlu klub turnirində son 31 səfər matçının hamısında qapısında qol görüb. Bu uğursuz seriya 2007-ci il aprel ayının 4-də İngiltərədə "Mançester Yunayted" komandası ilə 1/4 final oyununda başlayıb. Həmin matçda "qırmızı şeytanlar" 7:1 hesabı ilə qalib gəlib.
 
"Roma"nın antirekord seriyasında "Qarabağ" klubu da yer alıb. 2017-ci ilin sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə Azərbaycan təmsilçisini "Roma"nın qapısından bir top keçirib - 1:2. Həmin qolu hazırda Yunanıstan PAOK-unda çıxış edən Pedro Enrike vurub. "Qarabağ" "Roma"nın qol buraxdığı matçlar seriyasında 22-ci yerdə qərarlaşıb. Bu oyundan sonra "canavarlar" daha 9 qarşılaşmada qapısında qol görüb.  Ümumilikdə "Roma" Çempionlar Liqasındakı son 31 səfər matçından 18 məğlubiyyət, 7 heç-heçə, 6 qələbə ilə ayrılıb.
 
"Portu" ilə səfər matçında "Roma" əlavə vaxtda 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Paytaxt komandasının baş məşqçisi Eusebio Di Françesko oyundan sonra mətbuat konfransına qatılmayıb. Onu UEFA tərəfindən cəza gözləyir.
 
Qeyd edək ki, "Roma" Çempionlar Liqasının səfər matçlarında sonuncu dəfə 12 il əvvəl - 6 mart 2007-ci ildə "Lion"la görüşdə qapısını toxunulmaz saxlaya bilib. Həmin görüşdə İtaliya təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb. 

 
tarix: 07-03-2019 13:27


 
Xəbər lenti
08.12.2019

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az