(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: "Qarabağ" şişirdilmiş büdcəyə və güclü futbolçulara malikdi”

Roberto Bordin: "Qarabağ" şişirdilmiş büdcəyə və güclü futbolçulara malikdi”

"Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına geniş müsahibə verib. 54 yaşlı mütəxəssis Azərbaycan futbolu barədə xoş fikirlər səsləndirib.
 
- "Neftçi"yə keçidiniz necə baş vermişdi?
- Mən hələ "Şerif"də olarkən "Neftçi"nin idman direktoru iş prinsipimi izləyib. O, bir italyan vəkil vasitəsilə mənimlə əlaqə saxladı. Cəmi 2-3 görüşdən sonra bura gəlməyə razılıq verdim. Çünki "Neftçi" tarixi klubdu və ölkənin ən titullu komandasıdı.
 
- Ailəniz də Bakıya köçüb?
- Bəli, bu il xanımım 16 aylıq qızımla birlikdə mənimlə yaşamaq üçün Bakıya köçdü. Digər iki övladım böyükdü və onlar Speziada yaşayırlar.
 
- Bakı necə şəhərdi?
- Bakı çox gözəl və müasir şəhərdi. Dənizi, böyük parkı var, iş sahəsi çox inkişaf edib. Şəhərin qədimiliyi də unudulmur. Ümumilikdə yaşayış durumu çox yaxşıdı, burda özümü xüsusi hiss edirəm. Çünki şəhərin gözəl məkanında qalıram. Bir müddət sonra burda Formula-1 yarışı olacaq. İqlim dəyişir: bu gün qar yağırsa, sabahı temperatur 10 dərəcə olur. Heç vaxt dəyişməyən tək şey küləkdi.
 
- Bəs futbol necədi?
- Azərbaycanda hər bir klubun müasir idman mərkəzi var və hərtərəfli iş gedir. Müsbət mənada təəccübləndim, çünki taktiki planda yüksək səviyyədədilər. Modulları dəyişə bilərsiniz. Həmçinin yaxşı məşqçiləri var.
 
- Çempionatın səviyyəsi necə, sizi qane edirmi?
- "Qarabağ" şişirdilmiş büdcəyə və güclü futbolçulara malikdi. Ümumilikdə azərbaycanlı futbolçular güclüdü. Hər oyunda maksimum 6 əcnəbi və minimum 5 azərbaycanlı, həmçinin 1996-cı il təvəllüddən aşağı bir oyunçu iştirak etməlidi. Milli komandaları da pis durumda deyil. Onlar Millətlər Liqasında yalnız son oyunda məğlub oldular.
 
- Mayda Avropa Liqasının final görüşü Bakıda olacaq. Həlledici matçda hansı komandanı görmək istəyirsiniz?
- "Napoli"nin finala çıxacağına ümid edirəm.
 
- Məşqçi kimi iş prinsipiniz nədi?
- Futbolçu vaxtımda gücümü 100 faiz ortaya qoyurdum. İndi də oyunçularımdan bunu tələb edirəm. Mənim üçün dünyanın ən gözəl işidi: futbol oynayırsan, pul qazanırsan, insanlar gəlib səni izləyir. Bu səbəbdən gündə bir neçə saat olan məşqdə əlindən gələni etməlisən.
 
- Bəs hansı taktikanı üstün tutursunuz?
- Mən bir az Lippidən, bir az Boşkovdan, bir az da Mandorlinidən götürmüşəm. Matça hər zaman 4-3-3-lə başlayıram və oyunun gedişində rəqibə uyğun dəyişməyi xoşlayıram. Burda dəyişikliklər hər zaman yaxşı görünmür. Ancaq məşq zamanı oyunçuları buna uyğun hazırlayıram. Açığı, ilk vaxtlar məni yadplanetli kimi görürdülər. Ancaq düşünürəm ki, tələblərimi tez başa düşdülər.
 
- Siz orda çalışan yeganə italyansınız?
- Azərbaycana ilk gələn mən oldum. Sonra Andrea Vetsunu da gətirdim. Məşqçilər korpusunun qalan hissəsi, onsuz da, var idi. Meydanda isə Canluka Sansone çıxış edir. Onu da "Novara"dan gətirdik.
 
- Dil problemi yaşamırsınız?
- Mənim Mixail adlı tərcüməçim var. O, Moldovada da mənimlə birlikdə idi. Çox ağıllı olduğu üçün onun da özümlə gəlməsini istədim. İtaliyada oxuyub və cümləni emosional şəkildə çox yaxşı çatdıra bilir. Paltardəyişmə otağında ingilis dilində danışanlar var. Onlarla birbaşa özüm ünsiyyətə keçirəm. Ümumiyyətlə, qısa və konkret cümlələr işlətməlisiniz. Səsimi yüksəldəndə dərhal başa düşürlər.
 
- Ən böyük xəyalınız nədi?
- Bu illər ərzində İtaliyada çalışmaq imkanım olmadığından, ora qayıtmaq istərdim. İtaliya futbolunun tarixi Moldova və Azərbaycandan daha zəngindi. Ölkə xaricində də Avropa səviyyəsində böyüməyə və uğur qazanmağa çalışırlar. Ancaq klubumla hələ iki illik müqaviləm var.
 
- "Napoli" ilə bağlı xatirələriniz necədi?
- Çox gözəl xatirələrim var. Çiro Ferraranın kapitanlığını xatırlayıram, onun dəstəyi vacib idi. Həmçinin Di Kanionun son qolu yadıma düşür, hansı ki, onun sayəsində UEFA Kubokuna vəsiqə qazandıq. Ən xoş xatirəm isə "Napoli"nin kapitanlıq sarğısını daşımağım oldu. Məncə, bu, ən böyük xoşbəxtlikdi.

 
tarix: 08-03-2019 12:15


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az