(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ölüm ayağında: Zakir Mahmudovu indi xatırlayanlar utansın!

Ölüm ayağında: Zakir Mahmudovu indi xatırlayanlar utansın!

Özünüzü qəhrəman kimi hiss edirsiz, eləmi? Öncə insanların taleyinə biganə qalın, onlarla maraqlanmayın, sonra da sürünərkən, ölüm ayağında olarkən, həyatın onları tam sındırdığına əmin olduqdan sonra səhnəyə çıxın və qəhrəmana çevrilin.
 
Zakir Mahmudovun özünü öldürmək istədiyi haqda xəbər dünən idman mətbuatının gündəm mövzusu oldu. Tanınan məşqçi artıq başqa çıxış yolu görmədiyini deyib, imdad dilədi. Və bütün mətbuatın bu insanın fəryadına biganə qalmadığını görən “Sumqayıt” klubu tələsik tədbir gördü, onunla görüşdü, müəyyən addımlar atacağını bəyan etdi.
 
Halbuki klubun növcavan prezidenti Riad Rəfiyev Sumqayıta ayaq basdığı ilk gün onunla, şəhər futbolunun onun kimi fədailəri ilə görüşməli, problemləri ilə maraqlanmalı, eyni zamanda əl-ələ verib komandanı böyütmək üçün fəaliyyətə başlamalıydı. Rəfiyevin ilk işi Sumqayıt futbolunun tarixini öyrənmək, uzun illər bu şəhər üçün can qoyan bacarıqlı mütəxəssisləri yenidən birləşdirmək olmalıydı. Təbii ki, niyyət təmizdisə, onu pul qazanmaq, cibini doldurmaq yox, burada futbolu inkişaf etdirmək düşündürürsə...
 
Mahmudovun bu vəziyyətə düşməsinə özünün də ciddi səhvləri səbəb olub. Müxtəlif klublarda işləmiş, həqiqi mütəxəssis olan bu insanın şəxsi həyatda qüsurları var, xəbərdarıq. Lakin bəlkə də o səhvlərə elə futbolsuz qalması səbəb olub. Daim işləsəydi, əla bacardığı sahəylə məşğul olsaydı, qüsurlara yol verməzdi. Amma özünə day-day axtarmayıb, kiminsə himayəsi altında olmayıb, “otkat” verməyib, bu üzdən də diqqətsiz qalıb, çətin həyat şərtləri ilə çarpışmaq zorunda qalıb.
 
Rəfiyevə və digər məmurlara belə durum sərfəlidi. Sadə düsturdu: insanlara vaxtında diqqət göstərmirsən, ya məhv olurlar, ya da son həddə çatanda imdad diləyirlər, bunlar da özünü köməyə çatdırır, özlərini reklam edir və xilaskar olurlar.
 
Görəsən, Riad bəy, eləcə də onun kimi səlahiyyət sahibləri Mahmudov kimi və ya ondan betər vəziyyətdə olan, amma qürurunu sındırmayıb sakit dayanan daha neçə mütəxəssisin, futbol adamının olduğunu bilirmi? Bernard Raab, Hans-Yürgen Gede, Bernard Lippert və daha neçə faydasız əcnəbiyə xərclənən pulların kiçik bir hissəsi ilə bu mütəxəssislər daha böyük işlər görə bilərdi. Onlara sadəcə, pul vermək lazım deyil, inkkişaf etmələrinə, təhsillərini artırmalarına, təkmilləşmələrinə yardım etmək lazımdı.
 
Zakir bəy ümumi futbolumuzun aynasıdı. Futbolumuz da belə rəzil gündədi. Və neçə-neçə baş məşqçi məhz onun sayəsində medallara qovuşub, zirvəyə yüksəlib, o isə əsl peşəkar kimi kölgədə qalıb, namusla işini görüb. Sizə özünü yalandan reklam edən, amma heç bir iş görməyən, bugünədək nəticəsi olmayan, illərdi yüzminlər qazanan Yaşar Vahabzadə, Təbriz Həsənov, Babək Alxasov, Vaqif Sadıqov lazımdı. Belə zəhmətkeşlər isə yalnız ölüm ayağında olanda xatırlanır. Həm də sadəcə, görüntü xatirinə...
 
CAVAD

 
tarix: 08-03-2019 13:48


 
Xəbər lenti
16.12.2019

14:50   Balayevin komandasında 3 yeni futbolçu

14:24   Van Bommel istefaya göndərildi

14:08   ÇL-də qrup mərhələsinin rəmzi komandası - FOTO

13:44   “Zirə”nin 50-ci heç-heçəsi

13:22   Milli komandada baş məşqçi istefası

13:04   Fransa klubu bir oyunda iki futbolçusunu itirdi – Mövsümü başa vurdular

12:42   “Fənərbaxça”lı üçün mövsüm erkən bitdi

12:23   Prosineçki Azərbaycana qayıdır? – “Hər şey mümkündü, görəcəyik”

12:20   ÇL-də 1/8 final mərhələsinin püşkü atıldı

12:15   Avroliqada 1/16 finalın püşkü atılır - YENİLƏNİR

12:02   Rəcəb Tayyib Ərdoğan AÇ-2020 üçün Bakıya gələcək

11:31   “Sabah”ı Kolumbiya klubuna dəyişə bilər

11:03   Dadaşov oynadı, komandası “Braqa”ya qalib gəldi

10:47   İsrafilov qovuldu, oyun yarıda qaldı

10:32   Nizamnamə dəyişikliyi: Məmmədovun Musayev planı

10:16   Ufuk Budak üçün 90 dəqiqə və 1 xal

10:00   “Sabah” “Audi Cup”da çıxışını başa vurdu

09:44   “Azərbaycanı Botsvanada mənə görə yaxşı tanıyırlar”

09:31   Paşayevin komandasından səfər qələbəsi

09:18   Riçard Qadze: “Bu oyun çempionatdakılardan daha vacib idi”

09:00   “Qəbələ” işin yarısını gördü, “Sabah”...

02:42   “Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:14   PSJ-dən darmadağın

02:03   “Real” Valensiyadan 1 xalla döndü

01:52   Lider büdrədi, “Yuventus” qalib gəldi

15.12.2019

23:01  Lider səfərdən xalsız döndü

22:34  MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03  “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00  150-ci dəfə qələbə sevinci yaşadı

20:13  “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36  Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13  Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52  Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26  “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06  Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58  Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49  Yalnız Peyman Babayi

16:12  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51  “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15  Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46  “Napoli”də ciddi itki

12:59  Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02  “Bavariya”da 300-cü oyun

11:09  Turabovun komandası səfərdən 1 xalla döndü

10:24  Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17  Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54  “Barselona” səfərdə xal itirdi

01:41  “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02  Marsel “Olimpik”i səfərdə xal itirdi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az