(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sumqayıt” futbolçuları özünü düşünür: hamı komanda axtarır

“Sumqayıt” futbolçuları özünü düşünür: hamı komanda axtarır

Premyer Liqanın son pilləsinə enmiş “Sumqayıt” indi qurtulmağın yollarını axtarır. 2019-da ilk xalını ötən tur qazanan komanda 5 oyunluq qələbəsiz seriyanı bitirmək üçün gözünü bu həftəsonuna dikib. Rəqib liderdi, çətin olacaq, amma başqa yol da yoxdu.
 
“Neftçi” ilə oyunöncəsi “Sumqayıt”ın əsas problemi məhsuldarlıqla bağlıdı. Qışdan sonra 5 oyuna 1 qol vurub, 1 xal qazanan komandada hücum xətti faydasız görünür.
 
Fasilə dövründə alınan Peyman Babayi səviyyəsi aşağı olan oyunçudu, onun hətta qapıya zərbə endirdiyini görən olmayıb. İranlının heyətdən çıxardığı Atilla Yıldırım da eyni gündədi. Bu futbolçu ilk 2 dövrədə ümidləri doğrultmayıb, amma yenə də əzmkarlığına görə daha yaxşı sayılmalıdı. Lakin məşqçilər məhz yeni transferə güvənir, bu da 2 futbolçu arasında münasibətlərə təsir edir.
 
Ümumiyyətlə, “Sumqayıt”ın düşərgəsində dedi-qodular başlayıb. Nəticələr pisləşdikcə futbolçular, məşqçilər, rəhbərlik günahkar axtarışına çıxıb. Son pillədə qalmaq və elitayla vidalaşmaq perspektivi real olduğundan əhval-ruhiyyə yaxşı deyil.
 
İş ondadı ki, kollektiv yumruq kimi birləşməyib. Kubokda yarımfinala yüksəlmək rəhbərlik tərəfindən layiqincə qiymətləndirilməyib. Bu isə bir sıra futbolçuların klubu deyil, özünü düşünməsinə səbəb olub. Artıq bəzi oyunçular yalnız öz karyerasının qayğısına qalır, fərdi bacarığını göstərib başqa klublara keçməyə çalışırlar.
 
Aleksey İsayevlə Əli Bağırov bir neçə klubun maraq dairəsindədi, xüsusilə israillinin yayda başqa komandaya yollanması qaçılmazdı. Onlara həm “Qarabağ”, həm də “Neftçi” maraq göstərir. Avrokuboka vəsiqəyə yaxın olan “Səbail” də onlarla təmasa keçib, maaş tələbləri ilə maraqlanıblar. Heyət üzü görməyən Cavid Tağıyev də “Zirə”dən aldığı təklifi beynindən çıxara bilmir.
 
Əfran İsmayılov və Elvin Məmmədovla “Keşlə” maraqlanırsa, Yusif Nəbiyev gələn mövsüm əcnəbisiz oynayacaq “Qəbələ”yə dönmək niyyətindədi. Futbolçular “Keşlə” ilə oyunda hakim səhvi üzündən uduzduqlarını və bu məsələdə rəhbərliyin onları müdafiə etmədiyini, əksinə, günahlandırdığını unutmayıb. Bu səbəbdən hamı özünə gün ağlamaq niyyətindədi.
 
Bu problemlərin içində “Neftçi”ylə matçın nəticəsini indidən təxmin etmək olar. Həm də kubokdakı nəticələrdən sonra rəqibin “Sumqayıt”a daha ciddi yanaşacağı gözlənilir. Meydan sahibləri doğma azarkeşlər önündə istənilən rəqibə müqavimət göstərə bilər. İndiki ab-hava ilə isə bu, mümkünsüz görünür. Bəzi futbolçular klub prezidenti Riad Rəfiyevdən yaşca daha böyük, futbol bicliklərində daha “peşəkardılar”.
 
AĞA

 
tarix: 09-03-2019 09:00


 
Xəbər lenti
11.12.2019

13:50   AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40   Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30   “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23   Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17   “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10   “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00   Sampaoli istefaya göndərildi

12:40   “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20   Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00   “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42   “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21   “Napoli” Ançelottini qovdu

11:00   Premyer Liqa klubu baş məşqçisini qovur

10:30   Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00   “Liverpul” bunu 11 il sonra bacardı

09:30   Fransa yığmasında Deşamla yeni müqavilə

09:00   UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az